Dubai

BestCities (Ən yaxşı şəhərlər) qlobal alyansı

Dubay Biznes Tədbirləri dünyada birinci və yeganə yığıncaqlar bürosu alyansı olan BestCities Qlobal Alyansının üzvü olmaqdan qürur duyur. Beş qitədə yerləşən on iki tərəfdaşı ilə alyans yığıncaq sənayesinə ən yaxşı xidmət təcrübəsi gətirir.

Geniş miqyasda fərqli xidmətləri və standartları ilə tanınan sənayedə BestCities Qlobal Alyansı keyfiyyətə, təcrübəyə və peşəkarlığa zəmanət verir. Xidmət standartları misilsizdir və BestCities Qlobal Alyansının təmsil etdiyi məkanların yığıncağın başlanğıcdan sona qədər uğurlu olacağını təmin edəcək obyektləri, atraksionları və infrastrukturu vardır.

Ardıcıl surətdə yüksək xidmət standartları və tərəfdaşlar arasında yaxın əməkdaşlıq və əlaqə onu bildirir ki, Dubay, Berlində, Boqotada, Keyptaunda, Çikaqoda, Kopenhaqendə, Edinburqda, Hyustonda, Melburnda, Sinqapurda, Tokioda və Vankuverdə yerləşən yığıncaq büroları ilə birlikdə sizə misli olmayan xidmət təklif edə bilər.

BestCities Keyfiyyəti İdarəetmə Proqramı tərəfdaşların BestCities Xidmət Nizamnaməsini dəstəkləyən sənədli siyasətləri və prosedurlarına sahib olmalarını təmin edir. Buraya yüksək səviyyəli xidmət, məkan təcrübəsi, tədbirə yerində xidmət, işçilərin götürülməsi və seçilməsi, işçilərin qiymətləndirilməsi və təlimi, subpodratçılıq və qeydlərin aparılması daxildir.

2008-ci ildə BestCities Qlobal Alyansı təşkilatın keyfiyyəti idarəetmə sisteminin və xidmət standartlarının Lloyd's Reyestrinin Keyfiyyətin Təmini (LRQA) şöbəsi tərəfindən təsdiq edildiyini sübut edən Təsdiq Sertifikatı almışdır. Bu, yığıncaq büroları üçün ilk ümumdünya sertifikatlaşdırma proqramıdır.

BestCities haqqında əlavə məlumat almaq üçün lütfən növbəti sayta baş çəkin: http://www.bestcities.net/