Dubai

Xidmətlərimiz və dəstək

Dubay, onun unikal mədəniyyəti, beynəlxalq səviyyəli tədbir yerləri və biznes tədbirləri sənayesinin səciyyəvi tələbləri haqqında dərin biliyə malik Dubay Biznes Tədbirləri təşkilatı sizin səciyyəvi ehtiyaclarınıza uyğunlaşdırılmış pulsuz və qərəzsiz məsləhət vermə bacarığı ilə qürur duyur.

Biz tam çeşiddə yığıncaq və tədbir planlaşdırılması xidmətlərini təklif edirik. Biz xidmətlərimiz üçün heç bir haqq tələb etmirik və bizim sizin işlərə nə qədər cəlb olunacağımıza özünüz nəzarət edəcəksiniz.

Sizin biznes tədbirinizi planlaşdırmağa yardım etmək və onun uğurla başlamasını təmin etmək üçün biz növbəti xidmətləri təchiz edirik:

  • Mehmanxanalarda otaqların və tədbir yerlərinin mövcud olmasını yoxlama
  • Mehmanxanalardan, görüş yerlərindən və digər yerli xidmət təchizatçılarından təklif və qiymətlərin alınması
  • Mehmanxanalarda otaqların və tədbir yerlərinin bloklanması
  • Sahə yoxlanışlarının asanlaşdırılması
  • Peşəkar Qurultay Təşkilatçısının (PCO), Məkanı İdarəetmə Şirkətinin (DMC) və ya digər xidmət təminatçılarının təyin edilməsinə yardım
  • Tədbirdən əvvəl və sonra ekskursiya proqramlarının hazırlanması
  • Yerli sənaye və hökumətdə əlaqə saxlanacaq şəxslərlə tanışlıq
  • Nümayəndələrin cəlb edilməsi strategiyalarının hazırlanmasına və maliyyələşdirilməsinə yardım
  • Dubay haqqında reklam-məlumat məhsullarının, videoların, təsvirlərin və broşürların təchiz edilməsi
  • İctimaiyyətlə əlaqələrdə yardım
  • Nümayəndələr üçün pulsuz müsafir yaddaş kitabçaları
  • Böyük tədbirlərdə müsafirlər üçün məlumat büroları
  • Konfransın qeydiyyat internet saytına təyinat linklərinin yaradılması
  • Sosial tədbirlər və əlavə fəaliyyət növləri ilə bağlı tövsiyələr
Bizim xidmətlərimiz beynəlxalq yığıncaq sənayesində ən yaxşı xidmətlərdən biri hesab olunur. BestCoties Qlobal Alyansının bir üzvü kimi bizim xidmətlərin standartları Lloyd Reyestrinin Keyfiyyətin Təmini şöbəsi tərəfindən təftiş olunmuşdur və bu da beynəlxalq biznes tədbiri təşkilatçılarına ən yaxşı xidmət təcrübəsi bəxş etmək səylərimizi sübut edən zəmanətdir.