Dubai

Ticarət və bilik mərkəzi

Öz ideal yerləşməsi, yüksək qoşulma qabiliyyəti və əhatəli xidmətləri sayəsində Dubay, Yaxın Şərqdə ticarət, kommersiya və tədqiqat mərkəzinə çevrilmişdir. Dubay, Fortune 500-dən olan şirkətlərin 124-ü daxil olmaqla 20000-dən artıq beynəlxalq şirkətlərə ev sahibliyi edir. Dövlətimiz, regionda ən şəffaf sahibkar fəaliyyətinin dövlət nizamlanmasına malikdir. Dubay vergidən azad zona, birinci dərəcəli fiziki infrastruktur və təcrübəli və bacarıqlı işçi qüvvəsi əldə etmək imkanı təmin edir.

Böyüyən bilik mərkəzi kimi əmirlik texnoloji və elmi nailiyyətlər üçün cığır açmaq məqsədi güdən çoxlu universitetlərin və tədqiqat mərkəzlərinin vətənidir. Dubay bölgədə Dubay Səhiyyə Şəhəri, Dubay Biotexnologiya və Tədqiqat Parkı, Dubay İnternet Şəhəri, Dubay Bilik Şəhərciyi, Dubay Media Şəhəri və Dubay Beynəlxalq Maliyyə Mərkəzi kimi bilik şəbəkələrini təşkil etmiş ilk şəhərdir.

Dubay İnternet Şəhəri və Dubay Silikon Oazis kimi Azad Zonalar qabaqcıl təqdiqat və inkişaf və sənaye obyektləri təklif edir, Dubay Biotexnologiya və Təqdiqat Parkı isə Orta Şərqdə aparıcı həyat elmləri şəbəkəsidir. Bundan başqa, Dubayın mərkəzində ümumi sahəsi 4.1  milyon kvadrat fut sahəni əhatə edən Dubay Tibb Şəhərciyi, iki xəstəxanası və sayı 120-dən artıq olan ambulator tibb mərkəzləri və diaqnostik laboratoriyalarında 4000-dən  artıq lisenziyalı mütəxəssislərə ev sahibliyi edir.