Dubai

Bölgənin artan var-dövləti, trans-sərhəd ticarəti və sərmayə fəaliyyəti, dövlətə məxsus müəssisələrin, korporasiyaların və özəl şirkətlərin Birləşmə və alınma fəaliyyəti və davam edən yenidənqurma fəaliyyəti ilə bölgəyə cəlb olunmuş çox sayda banklar və brokerlər artıq Dubayda ofislərini açmışlar.

Biznes və maliyyə təşkilatları Dubay Beynəlxalq Maliyyə Mərkəzinin (DIFS) vasitəsilə ilə bölgənin artan maliyyə ehtiyaclarını ödəyə və bölgədə və bölgə ətrafında işgüzar əməliyyatların artan mürəkkəbliyini dəstəkləyə bilirlər. Son illərdə korporativ sektor daha mürəkkəb maliyyələşdirmə tələbləri ilə bir qədər də genişlənmişdir.

DIFC şərq və qərb arasında strateji yerdə yerləşən onşor maliyyə mərkəzidir və bizneslərə və maliyyə təşkilatlarına bölgənin meydana çıxan bazarları daxilində və ondan kənarda fəaliyyət göstərmək üçün təhlükəsiz və səmərəli platforma təchiz edir.

DIFC qərbdə London və Nyu Yorkda, şərqdə isə Honq Konq və Tokioda yerləşən aparıcı maliyyə mərkəzləri vasitəsilə qlobal maliyyə mərkəzi üçün bütün vaxt zonalarında xidmət göstərir. Və DIFC-n  müstəqil nüfuzununümumi qanunvericilik çərçivəsinin, dəstəkləyici infrastrukturunun keyfiyyəti və əhatə dairəsi və əlverişli vergi rejimi onu bölgənin sürətlə artan maliyyə və biznes xidmətlərindən faydalanmaq üçün mükəmməl bazaya çevirir.