Dubai

Biznes texnologiyasının daim inkişaf edən mənzərəsi yeni mürəkkəblik səviyyələrinə çatdıqca, Dubay tək onunla ayaqlaşmağa deyil, həmçinin sənayeni yönəltməyə çalışır.

2011-ci ildə Dünya İqtisadi Forumunda Ərəb ölkələri arasında birinci yeri tutmuş BƏƏ Orta Şərqdə informasiya və rabitə texnologiyasının ön cəbhəsində, Dubay isə novatorluğun, inkişaf və İRT tətbiqinin mərkəzində durur.

Xarici sərmayə Hökumət dəstəyi ilə birlikdə texnologiyada nəhəng addımlarla irəliləyir və nəzərəçarpacaq nailiyyətlər əldə edir.  BƏƏ şirkət səviyyəsində texnologiyanın qəbul edilməsinə görə dünyada beşinci yeri, Hökumətin qabaqcıl texniki məhsullara pul xərcləməsinə görə üçüncü yeri, adam başına mobil telefona sahib olma üzrə isə dünyada birinci yeri tutur.

Texnologiya və bağlantı Dubay üçün əsas diqqət mərkəzində durur və şəhərin ən yaxşı İRT peşəkarlarını və şirkətlərini cəlb etmək üçün göstərdiyi cəhdlər onu ən nüfuzlu sənaye liderləri üçün əsas məkana çevirir.

Ən görkəmli texnologiya şirkətlərinin əksəriyyətinın artıq Dubayda, xüsusilə Dubay İnternet Şəhəri azad zonasında təşkil edilmiş ofisi vardır və yeni ofis təşkil emək, yaxud mövcud ofislərini genişləndirmək imkanı axtaran sərmayədarlar Dubayı bölgədə İT xidmətləri üçün cazibə mərkəzi hesab edirlər.