Dubai

İntellektual şəhər

Həm sakinlər, həm də qonaqlar, xüsusilə tədbir təşkilatçıları və konfrans nümayəndələri üçün faydalı olan "SmartCity" yüksək sürətli optik lifli (fibro-optik) şəbəkəyə pulsuz girişi olan intellektual (smart) cihazlar vasitəsilə Dubay dövlət xidmətlərini ictimaiyyətlə birləşdirən əlaqələr təklif edəcək. Hər bir smartfon istifadəçisi istənilən vaxt, istənilən yerdə havaya, nəqliyyata, əyləncələrə, turizmə, uçuşlara, yemək yerlərinə, təcili xidmətlərə və bir çox digər xidmətlərə dair ən son məlumatı almaq imkanına malik olacaq.

2017-ci ilə 1,000 dövlət xidməti intellektual sistemə qoşulacaq. Plana şəhər haqqında bütün məlumat və verilənlərin daxil edildiyi intellektual və fərdi lövhələrin bir yerdə qurulması və, beləliklə, fiziki şəxslərin şəhərdə müxtəlif təşkilatlar və obyektlərlə əlaqə saxlamasını asanlaşdırmaq daxildir.

"SmartCity" parlaq bilik iqtisadiyyatı və sənayedə aparıcı qlobal, regional və yerli adlarla möhkəmləndirilmiş cəmiyyətlər yaratmaqla quraşdırıldığı iqtisadiyyatlara nəzərəçarpacaq təsir göstərir. Bunların hamısı biliyin köçürülməsini və iş yerlərin yaradılmasını asanlaşdırır.