Dubai

İstifadə mümkünlüyü və İnfrastruktur

Dubaya uçan 125-dən artıq hava yolları ilə siz və tədbir iştirakçılarınız geniş çeşiddə daşıyıcılar arasında seçimə malik olacaqsınız və marşrutların sayı və uçuş qrafikləri artdığından, Dubaya indi əvvəlkindən daha çox ekonom sinifli uçuşlar vardır.

Dubay Beynəlxalq hava limanı həftədə 7000 təyyarə qəbul etməklə beynəlxalq sərnişinlərin hərəkətinə görə dünyada ikinci yeri tutur və dünyanın ən məşğul hava limanı kimi Heathrow hava limanını ötüb keçmək üzrədir. Hava limanı dünyanın 260 şəhərini birləşdirir. Dubayın Cebel Əlidə yerləşən yeni Al Maktum Beynəlxalq hava limanı tam istismara verildikdə 160 milyon sərnişini qəbul edə biləcək. Hazırda birinci mərhələ başa çatdırılmışdır və Wizz Air, Qatar Airways və Gulf Air daxil olmaqla, altı hava yolları şirkəti bu hava limanında fəaliyyət göstərir.

Dubayın Beynəlxalq hava limanında hazırda üç sərnişin terminalı vardır. 1-ci və 3-cü Terminallar birbaşa ümumi tranzit sahəsi ilə birləşərək, səyahətini davam etdirən sərnişinlərə immiqrasiya məntəqəsindən keçmədən sərbəst şəkildə terminallar arasında hərəkət etməyə imkan yaradır. Terminal 2 hava limanının əks tərəfində tikilmişdir. Bu terminallar daxilində və onlar arasında nəqliyyat avtobuslarla və yeraltı tunellərlə təmin edilir.

2 Terminalının yanında yerləşən Yüksək səviyyəli uçuşlar terminalının yüksək səviyyəli sərnişinlər üçün öz qeydiyyat məntəqələri vardır və hər hansı digər terminallardan uçan təyyarəyə sərnişinlər şəxsi nəqliyyat vasitələrində daşınırlar. Hazırda dörd terminal ildə 75 milyon sərnişin qəbul edir.

Hava yolları

200-dən artıq təyyarəsi olan "Emirates" Hava yolları hazırda dünyanın 80-dən artıq ölkəsinin 142 şəhərinə uçur və uçuş şəbəkəsi daima genişlənir. Hər həftə Dubaydan altı qitənin müxtəlif yerlərinə 1500-dən artıq Emirates təyyarələri uçur. Bu yaxınlarda "Emirates" artıq müasir təyyarə parkının gələcəyi barədə əhəmiyyətli elanlar vermişdir və hazırda hava yolları dünyada həm Airbus A380, həm də Boeing 777 təyyarələrinin ən böyük operatorudur.

Rəsmi tərəfdaş hava yolları kimi, Emirates biznes tədbiri təşkilatçılarına təyyarə biletlərinə bonus endirimlər və üstünlüklər təklif edir.. Biznes tədbiri təşkilatçıları nümayəndələrin səyahətini daha asan və daha qənaətli edən onlayn kompleks mağazadan istifadə etmək imkanı qazanır. Bu üstünlüklərin bəziləri aşağıdakılardır:

  • Bir əlaqə nöqtəsi və 360-dərəcə müştəri xidməti ilə tələblərin planlaşdırılması və idarəedilməsi və 360-dərəcə müştəri xidməti
  • Tədbirdən beş gün əvvəl və beş gün sonranı əhatə edən səyahət çərçivəsi daxilində Biznes sinfə və Ekonom sinfə xüsusi təyin edilmiş qiymətlər
  • İştirakçılara məlumat vermək üçün reklam materialları və rabitə vasitələri
  • Yığıncaq iştirakçıları bizim səyahət sazişindən istifadə etdikdə, onlara verilən bonus kreditlər
  • Sahənin yoxlanması üçün ucuzlaşdırılmış biletlərin müddətinin uzadılması

 Bu endirim və üstünlüklərdən istifadə etmək üçün biznes tədbiri aşağıdakı tələblərə cavab verməlidir:

  • Yığıncaqlar və Təşəbbüslərdə ən azı 40 nəfər iştirakçı olmalıdır
  • Konfrans və Sərgilər üçün ən azı 300 fərdi iştirakçı olmalıdır.
  • İştirakçılar ən azı iki müxtəlif ölkədən olmalıdır (tədbirin keçirildiyi ölkə istisna olmaqla)
  • Yığıncaqlar və Təşəbbüslər üçün ən azı 45 gün, Konfranslar və Sərgilər üçün ən azı 90 gün qabaqdan hazırlıq görülməlidir.

Emirates hava yollarına əlavə olaraq, flydubai — dünyanın ən sürətlə böyüyən yeni işə salınmış hava yolları — Dubayı Körfəz ölkələrinin, Orta Şərqin, Şimali Afrikanın, Hindistan yarım-qitəsinin, Asiya və Mərkəzi və Şərqi Avropanın 68 şəhəri ilə birləşdirir. Flydubai rəsmi olaraq Dubay Hökuməti tərəfindən 2008-ci ilin mart ayında təşkil edilmişdir və şəhərin ilk ucuz hava yolları olub, hazırda həftədə 800-dən artıq uçuşu həyata keçirir.

Nəqliyyat

Dubaya gəldikdən sonra onun təmiz, rahat və etibarlı əla ictimai nəqliyyatından istifadə edə bilərsiniz. Aparıcı mehmanxanaların hava limanında öz avtobusları var və, bəzi hallarda, vacib yerlərə də marşrut avtobuslar işləyir. Kifayət sayda taksi vardır və bir çox yerli və beynəlxalq kirayə avtomobil verən firmalar geniş çeşiddə, o cümlədən dörd-çarx avtomobillər, mikroavtobuslar və dəbdəbəli avtomobillər təklif edir. Sürətlə genişlənən Dubay Metrosunun isə vacib məntəqələrdə dayanacağı vardır və hava limanını rahatlıqla yığıncaq mərkəzi və xətt boyu yerləşmiş mehmanxanalarla birləşdirir. Hazırda Metro xətti boyu 25000-dən artıq mehmanxana otağı vardır.

Bunlar da xoşunuza gələ bilər
Eataly Dubay Kafe həyatının ləzzəti
Bura elə də kiçik olmayan İtaliyadır
Eataly italiya möcüzələr aləminə baş çəkin
Combo Saver (Qənaətcil Kupon) Sövdələr
Combo Saver (Qənaətcil Kupon)
Şəhərin görməli yerlərinə Avtobus Turu və Helikopter Gəzintisində 185 dirhəmə qədər qənaət edin
The Meat Co Dubayda Restoranlar
Ət Sevərlər üçün
Meat Co istəyinizi təmin etməyə söz verir
West L.A Butiki Dubayda butikləri kəşf edin
Kaliforniya Arzusu
West L.A Butikində alış-veriş edin
Dubay Dizayn Rayonu Dubayda butikləri kəşf edin
Dizayner Dünyası Tikilir
Tezliklə: Dubay Dizayn Rayonu