Dubai

İcazələr, Lisenziyalar və Biletlər

Elektron biletlərin və elektron icazələrin verilməsi platforması Dubayda bütün tədbirlərə biletlərin və lisenziyaların verilməsi prosedurlarının mərkəzləşdirilməsi və nəzarət edilməsi üçün təqdim edilir. Platformalar tədbirlərin təşkilatında iştirak edən bütün tərəflərin fəaliyyətinin təkmilləşdirilməsini asanlaşdırır və biletlərin satış kanallarının sayını artıraraq, Dubayda tədbirlər üçün bilet alınmasını asanlaşdırır.

Dubayda fəaliyyət/tədbir təşkil etmək üçün lütfən aşağıdakı məlumatı nəzərdən keçirin.

Tədbir üçün icazə
e-İcazə tədbirlərə icazə vermək üçün istifadə edilən sistemidr. Təşkilatçılar və Obyektlər sistemdən istifadə etmək və tədbir icazəsi almağa ərizə vermək üçün qeydiyyatdan keçməlidir.
 
Qeydiyyatla bağlı Təlimat
  • Sistemə daxil olmaq üçün növbəti URL-dan istifadə edin: https://epermits.dtcm.gov.ae​​
  • Ana səhifədəki Hesab üçün qeydiyyatdan keç düyməsinə basın
  • Ümumi İmtina Bəyanatını oxuyun və qəbul edin.
  • Lazımi qeydiyyat növünü (Təşkilatçı, Məkan) seçin və tələb olunan sahələri doldurun. 
    • Qeyd: Ticarət adı ərəb dilində daxil edilməlidir.
  • Tədbir yeri növünün və ikinci dərəcəli tədbir yerlərinin qeydiyyatı üçün əsas tədbir məkanına məxsus olan ikinci dərəcəli yerləri daxil edin (Əsas tədbir yerinin ikinci dərəcəli tədbir yeri olmadığı hallarda ikinci dərəcəli yerin adı əsas tədbir yerinin adı ilə eyni ola bilər). 
  • Əlaqə məlumatını daxil edin və "yenisini əlavə et" düyməsini basın.
  • Lisenziyanı yükləyin.
    • Qeyd: Qoşma aydın və oxunan olmalıdır.
  • Ərizəni təqdim edin və qeydiyyat nömrəsini yazın.

Tədbir üçün icazə Təlimatı - Təşkilatçı
  • Sistemə daxil olmaq üçün növbəti URL-dan istifadə edin: https://epermits.dtcm.gov.ae​​​
  • İstifadəçi adını və parolunuzu daxil edin və Loqin düyməsini basın.
  • "Yeni Tədbir əlavə et" düyməsinə basın
  • Tədbirin verilənlərinə əsasən seçiminizi edin (Bir yerdə keçirilən tədbir və ya çox yerdə keçirilən tədbir (müxtəlif yığıncaq obyektləri) və Bir dəfəlik tədbir və ya Çoxsaylı tədbir)
  • Tədbir üçün tələb olunan qrafaları doldurun.
    • Məsələn: Tədbirin adı, Tədbirin profili, bilet tələb edən Tədbir, Texniki fəaliyyət tələb edir.
  • Əsas tədbir növü ilə əlaqədar tədbir növünü və fəaliyyətləri seçin.
  • Yer və tarix bölməsində tələb olunan qrafaları doldurun.
  • Köməkçi proqrama uyğun əlaqə məlumatlarını daxil edin (Tədbir sahibi, Tədbir əlaqələndiricisi və ya Tədbir iştirakçısı).
  • Sənədlər səhifəsində lazımi sənədləri yükləyin.
  • Tədbirlə bağlı bütün məlumatları nəzərdən keçirin.
  • Ərizənizi təqdim edin.
  • Sistem ərizə üçün tələb olunan haqqı göstərəcək.
  • Ödəniş şlüzünə daxil olmaq üçün Ərizəni davam et düyməsinə basın və ya Tədbir Nömrəsini almaq və ödənişi sonra etmək üçün Ödənişsiz davam et düyməsinə basın.
İstifadəçi təlimatları:
·    - Qeydiyyatla bağlı istifadəçi təlimatları [Buraya klikləyin]
·    - e-Permit İstifadəçisi üçün Təlimatlar (Ərəb dilində) [Buraya klikləyin] 
·    - e-Permit İstifadəçisi üçün Təlimatlar (İngilis dilində) [Buraya klikləyin] 
·    - e-Permit Bank Köçürmələri [Buraya klikləyin]
·    - e-Permit Onlayn Ödəniş [Buraya klikləyin]
Hər hansı sual və ya aydınlaşdırmalar üçün bizimlə növbəti ünvanda əlaqə saxlayın epermit@dubaitourism.ae

 
Tədbir Biletləri
  • İcazə üçün ərizə verin
  • İcazə üçün təsdiq alın
  • Menecer çeki üçün "Bilet haqqı formasını" doldurun (aşağıdan yükləyə bilərsiniz)
  • TTMD-in biletləri çap etməsini istəyirsinizsə, "Biletləri çap etmə haqqı formasını" doldurun (aşağıdan yükləyə bilərsiniz)
  • Menecer Çekini "Bilet haqqı forması" ilə birlikdə TTMD ofisinə göndərin.
  • Biletləri TTMD çap edəcəksə, bu biletlərin haqqını "Biletləri çap etmə haqqı forması"nı təqdim etməklə TTMD ofisində ödəyin.
  • "Tədbir haqqında bildiriş forması"nı doldurun.
  • Aşağıdakıları etixDubai@dubaitourism.ae​ ünvanına göndərin: 
    • Doldurulmuş "Tədbir haqqında bildiriş forması"
    • "Bilet haqqı forması" üçün qəbzin surəti
    • "Biletləri çap etmə haqqı forması" üçün qəbzin surəti
    • Tədbir icazənizin surəti
  • eBilet komandası tədbiri kofiqurasiya edəcək.
  • Biletlərin TTMD tərəfindən çap edilməsini istəyirsinizsə, tədbir konfiqurasiya edilən kimi eBilet komandası sizinlə əlaqə saxlayaraq biletin formasını təsdiq etmənizi xahiş edəcək və onların nə vaxt hazır olacağını bildirəcək. Bütün formalar və qəbzlər  etixDubai@dubaitourism.ae  ünvanına təqdim edildikdən sonra Ümumi Girişli tədbirlər üçün biletlərin hazır olmasına iki iş günü, Yerlərin ayrıldığı / xüsusi saxlanmış yerlərin təchiz edildiyi biletlər üçün beş iş günü vaxt ayırmanız xahiş olunur.
 
Məlumat üçün bütün forma və sənədlər aşağıda verilmişdir.
Yüklə və OXU Tədbirə dair bildiriş prosesi sənədi burada 
Yüklə və DOLDUR Tədbirə dair bildiriş forması burada 
Yüklə və DOLDUR Menecer çekinin ödənməsi üçün Bilet haqqı forması burada 
Yüklə və DOLDUR TTMD-n biletləri çap etməsini istəyirsinizsə Biletləri çap etmə haqqı forması burada 
Yüklə və OXU İcazə sahibləri sənədi üçün Göstərişlər və Qaydalar burada 
Yüklə və OXU 2013-cü il 25 saylı Tədbirlərə lisenziya verilməsi və Biletlərin verilməsi haqqında fərman, ingilis dilində - burada
- Yüklə və OXU e-Permit və e-Biletlərlə bağlı Tez-tez verilən suallar burada
Yüklə və DOLDUR Təcili sifariş vermək istəyirsinizsə burada
müraciət edin
 
Ümumi Girişli tədbirlər üçün biletlər iki (2) iş günü, Yeri göstərən biletlər üçün beş (5) iş günü tələb olunacaq.

Dolaqdan qoparılmış hər hansı bir bilet satılmış hesab olunacaq və geri qaytarılmayacaq/haqqı geri ödənməyəcək.

Əyləncə fəaliyyəti başa çatdıqdan sonra 30 gün ərzində satılmış biletlərin haqqının 10% qədər komisyon haqqını ödəmək tələb olunur. Ödəniş təyin edilmiş müddətdə həyata keçirilmədikdə, birinci həftə üçün 2000 dirhəm cərimə tətbiq ediləcək, növbəti həftələrdə isə cərimə ikiqat artaraq toplanacaq.

eBilet komandası ilə müzakirə aparmaq və ya suallara cavab vermək üçün tədbir təyin etmək lazım gələrsə, lütfən bizimlə növbəti ünvanda əlaqə saxlayın etixDubai@dubaitourism.ae.
Bunlar da xoşunuza gələ bilər
Tədbirlər
Global Village 2015-2016
Combo Saver (Qənaətcil Kupon) Sövdələr
Combo Saver (Qənaətcil Kupon)
Avtobusla "Dubay Mənzərələri" Şəhər Turunda və "Ərəb Macəraları" Səhra Safarisinə birgə kuponlar ilə 225 dirhəmə qədər qənaət edin
Dubayın min-düş avtobus turlarına 25% eksküziv endirim Sövdələr
Dubayın min-düş avtobus turlarına 25% eksküziv endirim
24-48-72 saat müddətində Dubayın min-düş avtobus turlarına 25% eksküziv endirim
Combo Saver (Qənaətcil Kupon) Sövdələr
Combo Saver (Qənaətcil Kupon)
Şəhərin görməli yerlərinə Avtobus Turu və Helikopter Gəzintisində 185 dirhəmə qədər qənaət edin
XVA ART HOTEL’S CAFÉ-YƏ BAŞ ÇƏKİN Kafe həyatının ləzzəti
Yeyilə bilən incəsənət əsərləri
XVA ART HOTEL’S CAFÉ-YƏ BAŞ ÇƏKİN