Dubai

Tədbir yerlərinin siyahısı

Dubay yığıncaqları, konfransları və sərgiləri təşkil edən şirkətlər və təşkilatlar üçün ən birinci seçimlərdən biri kimi meydana çıxmışdır. Beynəlxalq səviyyəli obyektlər, istənilən büdcəyə uyğun müxtəlif çeşidli mehmanxanalar, müasir texnologiya və istənilən məsələnin həll edilməsinin mümkün olduğunu təsdiq edən münasibətimiz bizə hər il yüzlərlə ticarət yarmarkaları, sərgilər, tədbirlər, yığıncaqlar və konfranslar keçirmək imkanı verir.

Tədbir yerlərinin rəngarəngliyinə gəldikdə, biz istənilən növ tədbiri qəbul edə bilərik. Standart səviyyədən lüks səviyyəyə qədər, yaxşı keyfiyyətli və dəyərli yerlər Dubayın cəlbediciliyinin əsasını təşkil edir, müasir texnologiyalar və obyektlər isə Əmirliyi biznes tədbirləri üçün aparıcı yerə çevirir. 

Təklif edilən tədbir yerlərinin siyahısı burada verilmişdir.

DUBAY ÜMUMDÜNYA TİCARƏT MƏRKƏZİ (DUBAI WORLD TRADE CENTRE)
Həsəd doğuran yeri, tələblərə uyğunlaşdırılan toplantı və sərgi sahələri, təsiredici məkanlar Dubay Ümumdünya Ticarət Mərkəzini (DWTC) Orta Şərqdə bu məqsədlə tikilmiş ən böyük yığıncaq və sərgi mərkəzinə çevirir.

30 ildən artıq təcrübəyə və bir milyon kvadrat futdan böyük çoxməqsədli əraziyə malik DWTC dünyanın ən yüksək səviyyəli tədbirlərinin bir neçəsinə sahiblik etmişdir. Özü xüsusi məkan olmaqla bərabər, DWTC hər il beynəlxalq ticarət yarmarkaları, meqa istehlakçı sərgiləri və nüfuzlu konfranslar kimi 500-dən artıq tədbirə sahiblik edir və 160 qlobal bazardan iki milyondan artıq müsafiri salamlayır. Minlərlə iştirakçını cəlb edən nəhəng konfrans, yaxud seçilmiş azlıq üçün nəzərdə tutulmuş özəl məhsul buraxılışları olmasından asılı olmayaraq, DWTC-n dəyişkən ərazisi və tələblərə uyğunlaşan münasibəti tədbirin uğurla planlaşdırılacağına zəmanət verir.

Kompleksin özəyini təşkil edən Beynəlxalq Toplantı və Sərgi Mərkəzi DWTC-i Şeyx Rəşid Qülləsinin və Toplantı Qülləsinin kommersiya ofislərini özündə cəmləşdirir. Yerində bütün xidmətlərin göstərildiyi yaşayış mənzilləri (The Apartments), həmçinin burada yerləşən Novotel və İbis mehmanxanaları uzağa getmədən gecəni rahatlıqla keçirməyə imkan verir. Nəticədə kompleks Dubayın işgüzar qəlbinə tam daxil edilmişdir

JW MARRIOTT MARQUIS OTEL DUBAY
Dünyanın ən hündür mehmanxanası olub, yerdən qülləsinin ən yuxarı nöqtəsinə qədər hündürlüyü 355.35 metr təşkil edən JW Marriott Marquis Dubay mehmanxanasında 1600-dan artıq otaq vardır və burada yerləşən 32 yığıncaq zalında və iki böyük akt zalında cəmi 5155 kvadrat metrə qədər ümumi tədbir sahəsi təklif edilir.

"Emirates Group" qrupuna məxsus olan bu mehmanxana tədbir təşkilatçıları və nümayəndələr üçün müasir vasitələr təklif edir. Yığıncaq otaqları arasında 18 nəfər nümayəndə üçün nəzərdə tutulmuş kiçik auditoriya növlü toplantı otağından tutmuş 1,548-ə qədər nümayəndə tutan amfiteatr üslublu oturacaqları olan Dubay Akt Zalı vardır.

KONRAD DUBAY
Bu valehedici 555 otaqlı müasir mehmanxana Dubay Ümumdünya Ticarət Mərkəzindən cəmi iki dəqiqəlik yolda yerləşir. Konrad Dubay cəmi 4400 kvadrat metrlik sahəsi ilə şəhərin ən böyük toplantı yerlərindən biri olub, istənilən məzmunda sosial yığıncaqlar üçün əla mühit təklif edir. Öz 11 tələblərə uyğunlaşdırıla bilən və dinamik konfrans otağı, üç iclas zalı və iki böyük akt zalı ilə Konrad Dubay xüsusi tədbirlər, işgüzar yığıncaqlar, məhsulların buraxılışı və korporativ toplantılar üçün mükəmməl fon təqdim edir. 

Konrad Dubay Dubayda ən böyük gün işığı ilə işıqlandırılan akt zalına malikdir. 1215 kvadrat metrlik Böyük Banket Zalında (Grand Ballroom) amfiteatr üslubunda 1100 nümayəndə otura, yaxud 1250 qonaq üçün kokteyl qonaqlığı təşkil edilə bilər. Zərif, sütunsuz zalda büllur çilçıraqlar asılmış və yüksək keyfiyyətli İtalya mərməri ilə işlənmişdir və onu səkkiz müxtəlif formaya bölmək olar.

MADINAT JUMEIRAH
Gözəl çimərlik boyu yerləşən Madinat Jumeyrah özündə cəmi 850 otağa malik üç butik mehmanxananı — Al Qsar, Mina A’Salam və Dar Al Masyaf — birləşdirir. Kompleksə həmçinin beynəlxalq səviyyəli Talise Spa, canlı Madinat Souk (bazar) və çoxməqsədli Madinat Konfrans və Tədbirlər mərkəzi daxildir. 

Mina A’Salam mehmanxanası daxilində iki ərəb üslublu akt zalı - Majlis Al Mina və Majlis Al Salam vardır. Majlis Al Salam onların arasında ən böyüyü olub, 400-ə qədər qonaq tutur, Majlis Al Mina isə daha yığcamdır və 120 qonaq üçün nəzərdə tutulmuşdur.

Konfrans Mərkəzinin özündə Joharah Akt zalını yeddi müxtəlif otağa bölmək, yaxud 1700-ə qədər adam tutan bir böyük zal kimi istifadə etmək olar, Murjaan Akt zalı isə hər biri 400-ə qədər qonaq tutan müxtəlif ölçülü doqquz otağa bölünə bilər. Hər iki zal müasir audiovizual və işıqlandırma avadanlığı ilə təchiz edilmişdir. 

Madinat Arena dəyişkən ‘ağ kətan’ olub, 4500 qonaq tutur. Bu dinamik sahədə stasionar yuxarı balkonlar və VIP bölmələri də var.

ATLANTIS THE PALM
Dubay Atlantıs kurortu tipli yerin ölçüsündən və səviyyəsindən gözlədiyiniz kimi, bura konfrans və tədbir təşkilatçıları üçün kompleks yanaşma məkanıdır. Əslində 1539 otaqlı kurort özünü ‘Dubayda ən böyük yemək, görüş və yatmaq konfrans məkanı kimi tanıtmışdır.'

İstər 1500 nəfərlik qala naharı, istərsə 10 qonaqlıq yüksək səviyyəli iclas üçün Atlantis 5600 kvadrat metrlik sahədə müxtəlif formada planlaşdırıla bilən otaqlar təklif edir. Məşhur Atlantis kompleksinin bir hissəsi olsa da, Konfrans Mərkəzi kurortun əsas vestibülündən ayrılıqda yerləşir və nümayəndələrə mehmanxana qonaqlarından kənar olmağa imkan verir. 

Yığıncaq sahəsi 14 iclas otağından, üç akt zalından və döşəmədən tavana qədər Royal Tower çimərliyinin mənzərəsi görünən 1,000 kvadrat metrlik foye boyu uzanan iki iclas otağından ibarətdir. Geniş, 630 kvadrat metrlik "Royal Terrace" eyvanı 250-ə yaxın adama bir-biri ilə ünsiyyətə olmağa və açıq havada günün batmasına baxmağa əla yer təqdim edir.

Atlantis Banket zalı öz yüksək tavanları ilə tələblərə uyğunlaşdırıla bilən 2,100 kvadrat metrlik enli daxili məkana qapılarını açır. Silk və Spice banket zallarının hər biri 500 kvadrat metr sahəyə malikdir və eyni dəyişkənliyə malik iki ayrı-ayrı sahəni təqdim edir ki, onlardan ya bir böyük banket zalı kimi istifadə etmək, ya da iki, yaxud üç böyük otağa bölmək olar. Onların hər ikisi 600 nəfərlik yığıncağın və ya 250 nəfərlik qonaqlığın keçirilməsinə imkan verir. Eyni zamanda Atlas və Andes (And dağları) iclas otaqları rəsmi iclas otağı planına malik olub, 12 nümayəndə üçün nəzərdə tutulmuşdur. 

Bunlar da xoşunuza gələ bilər
Dubayda Apple Store Dubayda Mağazalar
Dubayda Apple Store
Geek Chic
Palm Jumeirah Dubay Möcüzələri
Həqiqi vadinin şahidi olun
Palm Jumeirah-nı aşkar edin
İMG Macəralar Dünyası Dubay Möcüzələri
İMG Macəralar Dünyası
Həyatınızın Ən Maraqlı Anlarına Hazır Olun
Tədbirlər
Elton Con canlı ifa
Milyonlarla albomu satılmış, piano musiqisi əfsanəsi Dubayın günəşli sahillərinə gəlir
Dubay Muzeyi Dubay muzeyləri
Bilik Qalası
Dubay Muzeyində Dəfinə tap