Dubai

EXPO 2020 sərgisi

2013-cü ilin noyabr ayında Birləşmiş Ərəb Əmirlikləri Ümumdünya Sərgisinin 2020-ci ildə Dubayda keçirilməsi hüququnu qazandı. Bununla ümumdünya sərgisi ilk dəfə olaraq Orta Şərq, Şimali Afrika və Cənubi Asiya (MENASA) bölgəsində keçiriləcək.

1851-ci ildə təşkil edilmiş Böyük Yarmarkadan başlayaraq Ümumdünya Sərgiləri ən böyük və ən davamlı qlobal meqa tədbir hesab olunurlar. Altı ay davam edən Ümumdünya Sərgiləri millətlərin, beynəlxalq təşkilatların və şirkətlərin daxil olduğu yüzlərlə iştirakçı tərəfindən təşkil edilmiş pavilyonları, sərgiləri və səhnələri tədqiq və kəşf edən milyonlarla müsafiri cəlb edir.

Dubay Ümumdünya Sərgisi Zəkaları birləşdirən, Gələcəyi yaradan, şüarı altında keçirilərək, BƏƏ-n yeni inkişaf və novatorluq cığırlarının ilk tədqiqatçısı simasında müvəffəqiyyət qazanmasına səbəb olmuş tərəfdaşlıq və əməkdaşlığın güclü ruhunu əks etdirir. Bu mövzu vasitəsilə Expo 2020 Dubay dünyanın hər yerindən gəlmiş zəkaları birləşdirərək katalizator rolunu oynayacaq və iştirakçıları misli-bərabəri olmayan qlobal məzmunda Mobillik, Dayanıqlıq və İmkan alt-kateqoriyalarına bölünmüş şərikli problemlərin birgə həllinə toplanmağa həvəsləndirəcək.

Expo 2020 Dubay sərgisinin 25 milyon müsafir cəlb edəcəyi gözlənilir ki, onların 70 faizi xaricdən gələn müsafirlər olacaq. Bu, müsafirlərin əksəriyyətinin ölkə hüdudlarından kənardan gəldiyi ilk sərgi olacaq. 20 oktyabr 2020-ci ildən 10 aprel 2021-ci ilə qədər davam edəcək Sərgi ölkənin Qızıl Yubileyi ilə üst-üstə düşəcək və gələcək onilliklərin proqressiv və dayanıqlı perspektivlərini başlamaq üçün təkanverici platforma rolunu oynayacaq.

Descubra los 10 motivos por los que Dubái es una ubicación ideal para cualquier evento empresarial. EXPO 2020 sərgisi haqqında əlavə məlumat almaq üçün lütfən www.expo2020Dubay.ae saytına baş çəkin.