Dubai

Nə üçün Dubay?

Dubay Avropa, Asiya və Afrikanın kəsişməsində yerləşən kosmopolitan rəngarənglik və təzadlar şəhəridir. Bir göz qırpımında şəhər özünü məşğul beynəlxalq metropolisə çevirmişdir. Asan giriş, müasir infrastruktur, müasir görüş yerləri və mehmanxanalar, o cümlədən hökumət və görüşlər sənayesinin unikal tərəfdaşlığı Dubayı Orta Şərqin aparıcı biznes tədbirləri məkanına çevirmişdir.

Dubay rahatlıq və əlverişli imkanın yüksək standartları ilə Ərəbistanın ənənəvi macərasnı bir araya gətirir. Məşğul bazarlardan səmaya yüksələn göydələnlərə, geniş səhraya qədər Dubay hər hansı işgüzar tədbiri üçün mükəmməl yerdir.

Onun Şərq və Qərb arasında strateji yerləşməsi o deməkdir ki, dünya əhalisinin üçdə biri dörd saatlıq uçuş məsafəsində, üçdə ikisi isə səkkiz saatlıq uçuş məsafəsində yaşayır. Buna əlavə olaraq, Dubay Beynəlxalq Hava limanından dünyanın 260-dan artıq şəhərinə uçan 125-dən çox hava xətti istifadə edir.

Dubayı seçmək mükəmməlliyi, imkanı, irəliləyişi və tərəfdaşlığı təcəssüm edən orijinal qlobal brendi seçmək deməkdir. Buraya həmçinin dünya səviyyəli biznes tədbirləri ekosisteminin yaradılmasına həm içtimai, həm də özəl diqqəti əlavə edin və siz mükəmməl sahib şəhər alacaqsınız.

Aşağıda Dubayın istənilən işgüzar tədbir üçün ideal yer olduğunu sübut edən 10 səbəb verilmişdir.



1. Asan gediş


Dubayın mərkəzi mövqeyi onu dünyanın ən məşğul səyahət mərkəzlərindən birinə çevirir. Dubay Beynəlxalq Hava limanı həftədə 7,000 uçuşu qəbul etməklə, beynəlxalq sərnişin nəqliyyatı baxımından dünyada birinci yeri tutur.

Hava limanı dünyanın 260-n artıq şəhərini birləşdirən 125 hava xətti tərəfindən istifadə edilir. Dubayın yeni hava limanı, Al Maktoum Beynəlxalq Hava limanı tam istismara verildikdə 160 milyon sərnişinə xidmət edə biləcək.

Emirates Hava xətləri Dubay bayrağının daşıyıcısıdır və dünyanın 145-dən artıq şəhərinə uçur. 2009-cu ildə işə başladığı andan flyDubay dünyanın ən cəld inkişaf edən hava xətti olmuş və Körfəz ölkələri, Asiya, Afrika, Hindistan və Avropanın müəyyən hissələrində 65-ə yaxın şəhərə uçmağa başlamışdır.



2. Dünya səviyyəli infrastruktur


Kim kiçik Ərəb kəndinin bugünkü kimi güc mərkəzinə çevriləcəyini düşünə bilərdi? Dubay öz beynəlxalq səviyyəli infrastrukturu ilə qürur duyur. Əla vəziyyətdə saxlanan yolları, əla ictimai nəqliyyat və bağlantı imkanları, o cümlədən müasir Dubay Metrosu burada gözləyə biləcəyiniz xidmətlərdən cəmi bir neçəsidir. Dubayın həmçinin müasir səhiyyə müəssisələri və təcili yardım xidmətləri vardır.



3. Bütün ehtiyaclara və büdcələrə uyğun gələn mehmanxanalar


Dubayda bütün ehtiyaclara və büdcələrə qulluq göstərən müxtəlif çeşiddə yüksək keyfiyyətli, standart və büdcə mehmanxanalar vardır. Hazırda cəmi 93,000-dən çox otağı olan 625-dən artıq mehmanxana vardır. Hazırkı hesablamalar göstərir ki, 2016-cı ilin sonuna daha 15,000 - 20,000 otağın istifadəyə veriləcəyi gözlənilir və onların əksəriyyəti 3 və 4 ulduzlu seqmentdə olacaq.



4. Müasir görüş yerləri


Dubayda külli miqdarda tələblərə uyğunlaşdırıla bilən, 10 nəfərlik yığıncaq otağından tutmuş minlərlə adamı tutan konfrans zallarına kimi biznes tədbiri binaları vardır. Dubay Beynəlxalq Konvensiya və Sərgi Mərkəzi (DICEC) 100,000+ kvadrat metrlik sərgi və yığıncaq sahəsinə malikdir və Metronun Qırmızı xətti ilə hava limanından cəmi 10 dəqiqəlik yolda yerləşir.



5. Biznes imkanlarının bolluğu


Dubayın ideal ərazidə yerləşməsi, əla bağlantı imkanları və geniş biznes xidmətləri sayəsində o, bütün Orta Şərqdə ticarət və kommersiya mərkəzinə çevrilmişdir.

Bizim hökumətimiz biznes tərəfdarıdır və bölgədə ən şəffaf biznes qaydalarına malikdir. Dubay vergidən azad zonalar, birinci dərəcəli fiziki infrastruktur və təcrübəli və bacarıqlı işçi qüvvəsindən istifadə etmək imkanı verir.

Yeni təşkil edilmiş Dubay Assosiasiya Mərkəzi ilə Əmirliklər indi beynəlxalq assosiasiyalara bölgədə mümkün olan geniş inkişaf füsrətlərindən yararlanmağa imkan verəcək ofis və ya nümayəndəliyini asanlıqla təsis etməyə yardım edən platforma qaznmışdır.



6. Böyüyən bilik mərkəzi


Dubay texnoloji və elmi nailiyyətlərə yol açmaq məqsədi güdən nəzərəçarpacaq sayda universitetlərə və tədqiqat mərkəzlərinə malik böyüyən bilik mərkəzidir.

Dubay biliyi bölüşdürmək və ideyaların mübadiləsinə imkan yaratmaq üçün Dubay Biotexnologiya və Tədqiqat Parkı, Dubay Media Şəhəri, Dubay İnternet Şəhəri və Dubay Səhiyyə Şəhəri kimi çiçəklənən cəmiyyətlər təşkil etmişdir.



7. Hamı üçün təhlükəsiz və mühafizə edilən


Dubay həm vətəndaşlar, həm sakinlər, həm də müsafirlər üçün siyasi cəhətdən stabil mühit və təhlükəsiz şəhərdir. İnterpolun verdiyi məlumata əsasən, Dubay cinayət və səhiyyə baxımından dünyanın ən təhlükəsiz şəhərlərindən biridir və, beləliklə, bütün nümayəndələr üçün ağılabatan görüş yeridir. Biznes tədbirləri nümayəndələri həmçinin müasir səhiyyə müəssisələrindən və mehmanxanalardakı ilk yardım mütəxəssislərindən istifadə edə bilərlər.



8. Macəra və təcrübə ilə zəngin


Adrenalini yüksəldən səhra safariləri, dəbdəbəli spa fasilələri, təmtaraqlı xörəklər, sakit (dhou) qayıq gəzintiləri, yüksək həyəcanlı paraşütlə tullanmalar və həyəcanlı akvapark atraksionları - Dubayın öz qonaqlarına təklif etdiyi unikal təcrübələrdən yalnız bir neçəsidir.

Bundan başqa siz, şəhərimizin təzadlarla dolu, sakinlərimizin isə qarışıq mədəniyyət qazanı olduğunu aşkar edəcəksiniz. Yeni və köhnənin təzadı dərin köklərini Ərəb ənənələrindən götürən və müasir mühitdə təşkil edilmiş mədəni təcrübə bəxş edir.



9. İstənilən zövqə uyğun gələn restoranlar və əyləncə


Ərəb mətbəxindən tutmuş Asiya, Fransız və Meksika mətbəxinə, həmçinin digər müxtəlif mətbəxlərə qədər Dubay yemək sevənlərə ağız sulandıran cəlbedici yeməklərin dadına baxmağı təklif edir. Həmçinin şəhər öz canlı gecə həyatı və əyləncə səhnələri ilə doludur və siz sakit çimərlik klublarında dincələ və ya dünyanın ən həyəcanlı at yarışlarına baxa bilərsiniz.



10. Təcrübəli sənaye dəstəyi


Dubayın biznes tədbirləri cəmiyyəti dünyada ən təcrübəli, sədaqətli və xidmət yönümlü mütəxəssislərdən biridir. Dubayda sənye ilə hökumət tərəfdaşları arasında təşkil edilmiş güclü komanda işi sizin müvəffəqiyyətinizi təmin edəcək.