Dubai

İstirahət tədbirlərinin dəstəklənməsi

Dubay Təqvimi bütün növdə, ölçüdə və miqyasda olan tədbirləri Dubay cəmiyyətinə, bölgəyə və dünyaya bir asan və rahat onlayn səhifədə nümayiş etdirmək üçün platforma təqdim edir. Şəhərdə nə baş verdiyinə dair hamıya xəbər verməklə yanaşı, Dubay Təqvimi həm hökumət həm də ictimai dəstəklə yardım edir və hamı üçün yaddaqalan tədbiləri, festivalları və təcrübəni təmin edir.

Dubay Turizmin bir hissəsi olan Dubay Təqvimi, Dubayın canlı illik tədbirlər təqviminə əlavə edilə biləcək tədbirləri cəlb edir və dəstəkləyir. 

Dubay Təqvimi tədbirləri bir sıra müxtəlif üsullarla, o cümlədən aşağıdakı qaydada dəstəkləyir:

  • Dubay Turizmin internet saytına daxil etmə
  • Yerli və beynəlxalq marketinq
  • Hökumət və maddi-texniki dəstək
  • Maliyyə investisiyası

Dubay Turizmin internet saytına daxil etmək hüququnu qazanmaq üçün tədbir aşağıdakı meyarlara cavab verməlidir.

            Tədbir:

  • Başlama və başa çatma tarixi olmalıdır 
  • İctimaiyyətə açıq olmalıdır
  • BƏƏ ənənə və mədəniyyətinə əməl etməlidir

            Tədbir:

  • Özəl funksiya və ya qapalı dəvətlə keçirilən tədbir olmamalıdır
  • Yeni məhsul buraxılışı, xüsusi təklif və ya mağazada keçirilən kampaniya/əyləncə kimi brendin təbliği ilə bağlı olmamalıdır
  • Fərdi məktəb tədbiri, proqramı və ya istirahət düşərgəsi olmamalıdır 
  • Fərdi fayda üçün, məsələn toy mərasimi, məzunluq, yenidən görüşmə

                  ildönümü, ad günü olmamalıdır

  • Əsas məqsədi qanunvericiliyə təsir göstərmək olan siyasi

      təşkilatlar üçün proqramı olmamalıdır

  • Odlu silahları, silahları, pornoqrafiyanı, qumar / lotereya oyunlarını, siyasi məsələləri və müqayisəli sponsorluğu dəstəkləməməlidir 

Bütün digər dəstəklər növbəti tədbiri dəstək meyarına zidd hesab olunur.

Bunlar da xoşunuza gələ bilər
Kinokinuya Dubayda alış-veriş
Mədəni maarifləndirmə
Kinokinuya-da dünya cəvahirlərini oxuyun
Su Macəra Əyləncəsinə 25% endirim Sövdələr
Su Macəra Əyləncəsinə 25% endirim
Dubayda Su Macəra Əyləncəsinə elə indi 25% endirim əldə edin
Qızıl və Almaz Parkı Dubayda alış-veriş
Cəvahir tap
Qızıl və Almaz Parkını aşkar et
Delfin Körfəzi Atraksion və akvaparklar
Diqqət çəkin
Delfin körfəzində macəra tapın
Çərpələng Çimərliyi Dubay Möcüzələri
Dalğaları əhilləşdirin
Çərpələng Çimərliyində serfinqlə məşğul olun