Dubai

Əmirliklər haqqında

230-dan artıq təyyarəsi olan Emirates hava yolları hazırda dünyanın 80-dən artıq ölkəsinin 145-dən çox şəhərinə uçur və şəbəkə davamlı olaraq genişlənir. Hər həftə Emirates hava yolları Dubaydan altı qitənin müxtəlif şəhərlərinə 1,500-dən artıq uçuş həyata keçirir.

Rəsmi tərəfdaş hava yolları kimi, Emirates biznes tədbiri təşkilatçılarına təyyarə biletlərinə bonus endirimlər və üstünlüklər təklif edir.. Biznes tədbiri təşkilatçıları nümayəndələrin səyahətini daha asan və daha qənaətli edən onlayn kompleks mağazadan istifadə etmək imkanı qazanır. Bu üstünlüklərin bəziləri aşağıdakılardır:

  • Bir əlaqə nöqtəsi və 360-dərəcə müştəri xidməti ilə tələblərin planlaşdırılması və idarəedilməsi və 360-dərəcə müştəri xidməti
  • Tədbirdən beş gün əvvəl və beş gün sonranı əhatə edən səyahət çərçivəsi daxilində Biznes sinfə və Ekonom sinfə xüsusi təyin edilmiş qiymətlər İştirakçılara məlumat vermək üçün reklam materialları və rabitə vasitələri
  • Yığıncaq iştirakçıları bizim səyahət sazişindən istifadə etdikdə, onlara verilən bonus kreditlər
  • Sahənin yoxlanması üçün ucuzlaşdırılmış biletlərin müddətinin uzadılması

Bu endirim və üstünlüklərdən istifadə etmək üçün biznes tədbiri aşağıdakı tələblərə cavab verməlidir:

  • Yığıncaqlar və Təşəbbüslərdə ən azı 40 nəfər iştirakçı olmalıdır
  • Konfrans və Sərgilər üçün ən azı 300 fərdi iştirakçı olmalıdır
  • İştirakçılar ən azı iki müxtəlif ölkədən olmalıdır (tədbirin keçirildiyi ölkə istisna olmaqla)
  • Yığıncaqlar və Təşəbbüslər üçün ən azı 45 gün qabaqcadan məlumat verilməlidir. Konfranslar və Sərgilər üçün ən azı 90 gün qabaqdan hazırlıq görülməlidir.

Emirates Rəsmi Hava Yolları proqramına dair əlavə məlumat almaq üçün lütfən http://www.emirates.com/ae/english/plan_book/corporate-travel/mice.aspx saytına baş çəkin.

Emirates hava yollarına əlavə olaraq, flydubai — dünyanın ən sürətlə böyüyən yeni işə salınmış hava yolları — Dubayı Körfəz ölkələrinin, Orta Şərqin, Şimali Afrikanın, Hindistan yarım-qitəsinin, Asiya və Mərkəzi və Şərqi Avropanın şəhərləri ilə birləşdirir. Flydubai rəsmi olaraq Dubay Hökuməti tərəfindən 2008-ci ilin mart ayında təşkil edilmişdir və şəhərin ilk ucuz hava yolları olub, hazırda həftədə 1400-dən artıq uçuşu həyata keçirir.