Dubai

Görüş yeri tapın

Dubay yığıncaqlar, konfranslar və sərgilər təşkil edən şirkətlər və təşkilatlar üçün ilk seçimlərdən biri kimi meydana çıxmışdır. Dünya səviyyəli obyektləri, hər bir büdcəyə uyğun geniş çeşiddə mehmanxanaları, müasir texnologiya və hər şeyin mümkünlüyü sayəsində biz hər il yüzlərlə ticarət yarmarkasını, sərgiləri, tədbirləri, yığıncaqları və konfransları təşkil edirik.

Tədbir yerlərinin rəngarəngliyinə gəldikdə isə, biz istənilən növ tədbiri qəbul edə bilərik. Standart səviyyədən lüks səviyyəyə qədər, yaxşı keyfiyyətli və dəyərli yerlər Dubayın cəlbediciliyinin bünövrəsini təşkil edir, müasir texnologiyalar və obyektlər isə əmirliyi biznes tədbirləri üçün aparıcı yerə çevirir.

Bu bölmədə siz Əmirlikdə bir neçə bu məqsədlə tikilmiş ən böyük görüş yerləri tapa bilərsiniz. Əlavə seçimlər üçün lütfən Dubay Biznes Tədbirləri təşkilatı ilə əlaqə saxlayın.



3.1 Dubay Dünya Ticarət Mərkəzi


Həsədedici yerə, dəyişkən görüş və sərgi sahələrinə və heyranedici obyektlərə malik Dubay Dünya Ticarət Mərkəzi (DWTC) Orta Şərqdə bu məqsədlə tikilmiş ən böyük yığıncaq və sərgi mərkəzidir.

30 illik təcrübəyə və bir milyon kvadrat futdan artıq çox-məqsədli sahəyə malik DWTC dünyanın bir çox ən yüksək profilli tədbirlərini salamlamışdır. Özü-özlüyündə görüş məkanı olan DWTC hər il beynəlxalq ticarət yarmarkaları, meqa istehlakçı sərgiləri və nüfuzlu yığıncaqlar kimi 500-dən artıq tədbir keçirir - və 160 qlobal bazardan 2,2 milyondan artıq müsafiri salamlayır. Bunun minlərlə iştirakçını salamlayan nəhəng konfrans, yaxud seçilmiş bir neçə nəfər üçün nəzərdə tutulmuş özəl məhsul reklamı olmasından asılı olmayaraq, DWTC-n dəyişən sahəsi və tələblərə uyğunlaşan münasibəti tədbirin uğurla planlaşdırılacağına zəmanət verir.

Əsas hissəsini Dubay Beynəlxalq Yığıncaq və Sərgi Mərkəzi təşkil edən DWTC Şeyx Rəşid Qülləsi və Konvensiya Qülləsi kommersiya ofislərini də özündə cəmləşdirir. Apartment bölməsində tam xidmətlə təchiz edilən mənzillər, həmçinin burada yerləşən Novotel və Ibıs mehmanxanaları uzağa getmədən bütün gecəni yatmaq imkanı verir. Nəticədə, Dubayın biznes mərkəzinə tam daxil edilmiş kompleks alınmışdır.

http://www.dwtc.com/en/Pages/default.aspx#.U25n9fmSxPM saytına link



JW Marriott Marquis Dubay


Yerdən qülləsinin ən uc hissəsinə qədər 355.35 metr yüksələn dünyanın ən hündür binası JW Marriott Marquis Dubayda 1,600-dan artıq otaq vardır və o, 32 yığıncaq otağına və iki böyük mərasim zalına bölünmüş 5,155 kvadrat metrlik sahəni yığıncaq iştirakçılarının istifadəsinə verir.

Emirates Group şirkətinə məxsus olan bu mehmanxana tədbir təşkilatçıları və nümayəndələr üçün müsair obyektlər təklif edir. Yığıncaq otaqları amfiteatr üslubda oturacaqlar olan 18 nəfərlik kiçik otaqlardan tutmuş 1,548 nümayəndənin yerləşəcəyi amfiteatr üslublu oturacaqlar qoyulmuş Dubay Mərasimlər Zalına qədər müxtəlif ölçüyə malikdir.

O, Sheikh Zayed Yolunda əlverişli yerdə, əsas iş rayonuna yaxın yerləşir. Digər satış məntəqələrinə məşhur steykhaus, 72-ci mərtəbədə yerləşən dəbdəbəli (penthaus) bar, hamam spa və böyük açıq havada yerləşən hovuz daxildir.

http://www.marriott.com/hotels/maps/travel/dxbjw-jw-marriott-marquis-hotel-Dubay/ saytına link



Conrad Dubai


Bu heyrətamiz müasir 555 otaqlı mehmanxana Dubay Dünya Ticarət Mərkəzindən cəmi iki dəqiqəlik məsafədə yerləşir. Conrad Dubay cəmi 4,400 kvadrat metrik ərazidə yerləşərək şəhərdə ən böyük yığıncaq yerlərindən birini təmsil edir və bütün növ sosial toplantılar üçün gözəl struktur təklif edir. 11 dəyişkən və dinamik konfrans otağı, üç iclas zalı və iki nəhəng mərasim zalı ilə Conrad Dubay xüsusi mərasimlər, biznes yığıncaqları, məhsul nümayişləri və korporativ qonaqlıqlar üçün mükəmməl fon təklif edir.

Conrad Dubay Dubayda ən böyük günəş işığı ilə işıqlandırılan zala malikdir. 1,215 kvadrat metrlik Böyük Mərasim Zalı amfiteatr üslublu oturacaqlarda 1,100 nümayəndə tuta və ya 1,250 qonaq üçün kokteyl qonaqlığı təşkil edə bilər. Bu zərif, sütunlarsız mərasim zalında büllur çilçiraqlar, yüksək keyfiyyətli İtaliya mərmərindən bəzəklər və əllə işlənmiş xalılar vardır və zal səkkiz müxtəlif konfiqurasiyalı otağa bölünə bilər.

http://conradDubay.com/ saytına link



Madinat Jumeirah


Gözəl çimərlik boyu yerləşmiş Madinat Jumeirah kompleksinə cəmi 850-dən artıq otağı olan üç möhtəşəm butik mehmanxana daxildir — Al Qsar, Mina A’Salam və Dar Al Masyaf. Kompleksə həmçinin the dünya səviyyəli Talise Spa, havalı Madinat Souq bazarı və, əlbəttə ki, çox məqsədli Madinat Konfrans və Tədbirlər Mərkəzi daxildir. Mina A’Salam mehmanxanasında iki ərəb üslublu mərasim zalı vardır — Majlis Al Mina və Majlis Al Salam. Majlis Al Salam onlardan ən böyüyü olub 400 qonaq tutur, Majlis Al Mina isə daha yığcam olaraq, 120 qonaq üçün nəzərdə tutulmuşdur.

Konfrans Mərkəzi daxilində Joharah Mərasim zalı yeddi müxtəlif otağa bölünə bilər və ya bölünmədən 1,700 nəfərlik zal kimi istifadə edilə bilər. Murjaan Mərasim zalı isə doqquz müxtəlif ölçülü otağa bölünə bilər və 400 nəfərə qədər qonaq üçün nəzərdə tutulmuşdur. Zalların hər ikisi müasir audio-vizual və işıqlandırma avadanlığından yararlanır. Madinat Arean 4,500 nəfərə qədər qonaq tutan dəyişkən "ağ kətan"dır. Bu dinamik sahədə həmçinin stasionar yuxarı mərtəbə eyvanları və VİP bölmələri vardır.

http://www.jumeirah.com/en/hotels-resorts/Dubay/madinat-jumeirah/saytına link



Atlantis "The Palm"


Dubayın Atlantis kurortu ölçülü və miqyaslı yığıncaq yerindən gözlədiyiniz kimi, bu, konfrans və tədbir təşkilatçıları üçün hər şeyin bir arada toplandığı kompleksdir. Əslində, 1,539 otaqlı kurort özünü "Dubayda ən böyük yemək, görüşmək və yatmaq imkanlı konfrans məkanı" kimi təqdim edir.

Tədbirin 1,500 nəfərlik qala nahar, yaxud 10 qonaq üçün nəzərdə tutulmuş icraedici şuranın görüşü olmasından asılı olmayaraq, Atlantis öz 5,600 kvadrat metrlik görüş sahəsində çoxsaylı konfiqurasiyalar təklif etməklə onu tələblərə tam uyğun edir. Və ənənəvi Atlantis kompleksinin bir hissəsi olmasına baxmayaraq, Konfrans Mərkəzi əsas kurort vestibülündən ayrıdır və mehmanxananın digər qonaqları nümayəndələrə mane olmur.

Görüş ərazisi 14 toplantı otağından, üç mərasim zalından və iki idarə heyəti üçün görüş zalından, o cümlədən döşəmədən tavana qədər Royal Tower çimərliyininin mənzərəsini təklif edən 1,000 kv. metrlik foyedən və 250 nəfərə qədər qonağa görüşmək və açıq havada günəşin batmasını seyr etmək imkanı verən 630 kv. metrlik geniş Royal Terrace eyvanından ibarətdir.

Atlantis Mərasim Zalı öz yüksək tavanı ilə 2,100 kv. metrlik geniş dəyişkən bağlı sahəyə açılır. Üç hissəyə bölünə bilən zal idarə heyəti görüşləri üçün otaqda 360 nümayəndəni, qonaqlıq zalında isə 2,500 nəfərə qədər qonağı qəbul edə bilər. Silk (ipək) və Spice (ədviyyat) Zallarının hər biri 500 kv. metr olub, oxşar dəyişkənliyə malik iki zal təklif edir və bu zallar ya böyük mərasim zalı kimi istifadə edilə, ya da iki, yaxud üç böyük otağa bölünə bilər. Onların hər ikisində 600 nəfərlik qonaqlıq, yaxud 250 nəfərlik banket keçirmək olar. Eyni zamanda, Atlas və Andes (And dağları) Zalları isə idarə heyət görüşləri üçün təklif edilən otaqlarda 12 nümayəndə qəbul edə bilər.

http://www.atlantisthepalm.com/ internet saytına link



Dubay Festival Şəhəri


Dəbdəbə, stil və rahatlıq dünyanın iki aparıcı beynəlxalq restoran-mehmanxana sənayesi brendindən - InterContinental və Crowne Plaza - ibarət olan Dubay Festival Şəhərinin təklif etdiyi qonaqpərvərliyin təcəssümüdür. Zərif və mürəkkəb gecə həyatı, kafelər və restoranlar çoxlu seçim təklif edir.

Körfəzdə yerləşərək hər istiqamətdə heyrətamiz mənzərə təklif edən InterContinental Dubay Festival Şəhəri şəhərin turist oriyentiridir. InterContinental Dubay Festival Şəhərində 498 eksklyuziv dizaynlı otaq, o cümlədən 121 lüks, üç Prezident otağı və bir Kral otağı vardır. Mehmanxanada hər birindən Körfəzin heyranedici mənzərəsi görünən beş müstəsna restoran vardır.

a href="http://www.ichotelsgroup.com/h/d/cp/1/en/hotel/dubfc" target="_blank">Crowne Plaza Dubay Festival Şəhərində iki restoran və 316 otaq vardır və onun yüksək sürətli internet xidməti və yastı ekranlı plazma televizorlarla təchiz edilmiş otaqları işgüzar səyahətçilər üçün ideal yerdir. Mehmanxana 45,000 kvadrat futluq müasir çoxməqsədli konfrans və sərgi obyekti olan Tədbir Mərkəzinin (Event Centre) üstündə yerləşir.

http://www.dubaifestivalcity.com/About-Us-1.aspx saytına link