Dubai

Səyahətlə bağlı tövsiyələr

Spirtli içkilər


Spirtli içkilər lisenziyalı mehmanxanalar və restoranlarda satılır.



Banklar


Bütün beynəlxalq bankların şəhərdə filialı vardır, onlar Şənbə günündən cümə axşamına qədər səhər 8.00-dan 14.00-a açıq olur. Bankomatlar hər yerdə vardır.



İş saatları


Əksər müəssisələr şənbədən cümə axşamına qədər səhər 8.00-dan 18.00-a qədər işləyir. Səfirliklər, konsulluqlar və dövlət ofisləri səhər 7.30-dan 14.30-a qədər işləyir.



Kredit Kartları


American Express, Diners Club, MasterCard və visa kimi əsas kredit kartları əksər mehmanxana və ticarət mərkəzlərində qəbul edilir.



İqlim


Subtropik, quru iqlim demək olar ki, bütün il boyu mavi səma təmin edir. Qışda nadir leysan yağışları baş verə bilər. Temperatur mövsümdən asılı olaraq dəyişir: yanvarda temperatur 15°C/59°F dərəcəyə düşə bilər, iyulda isə temperatur 48°C/118°F-ə yüksələ bilər.



Valyuta


BƏƏ valyutası adətən AED, yaxud daha çox Dhs kimi göstərilən Ərəb Əmirlikləri Dirhəmidir. 1 dirhəm 100 filə bölünür. Dirhəmin bir ABŞ dollarına kursu təxminən US$1=Dhs3.679 səviyyədən tərpənmir.



Geyim qaydaları


Yerli adət və ənənələrə hörmət kimi təvazökar paltar üslubu təkidlə tövsiyə olunur. İctimai yerlərdə həddindən artıq açıq paltarı geyinməməyə çalışmaq lazımdır. Çimərlik paltarına ancaq mehmanxana hovuzları, kurortlar və çimərliklərdə icazə verilir. Bu sahələrdən çıxmazdan əvvəl paltarınızı adi geyimə dəyişin.



Avtomobil idarəsi


Avtomobillərdə sükanlar sol tərəfdə yerləşir və Avropada olduğu kimi yolun sağ tərəfi ilə hərəkət edirlər. (Nəzərə alın ki, BƏƏ şəxsi avtomobillərini beynəlxalq sürücülük icazəsi və xarici sürücülük vəsiqəsi ilə idarə etməyə icazə verilmir).



Salamlama


Körfəz Ərəbistan ölkələrində kişilər arasında məqbul salamlama ayağa qalxaraq əl sıxmaqdır. Bununla belə, əksər hallarda kişilərin Müsəlman qadınlarının əlini sıxması (və əksinə) qeyri-məqbul hesab olunur. Yerli qadınlar adətən kişilərə əl uzatmır və əvəzində gülümsəyirlər və bəzi yerli kişilər qadınların əlini sıxmamağa üstünlük verir. Şübhə edirsinizsə, kiminlə isə ilk dəfə görüşən zaman onların əl uzatmasını gözləyin.



Mehmanxanalar

Mənzil seçimləri dəbdəbəli beş ulduzlu mehmanxanalardan təvazökar büdcəyə uyğun gələn mehmanxana növlü mənzillərə qədər müxtəlifdir. Əksər mehmanxanalarda konfrans, görüş, toplantı və qonaqlıq otaqları təklif edilir.



Dil


BƏƏ-n rəsmi dili ərəb dilidir. İngilis dili də geniş şəkildə istifadə edilir və başa düşülür.



Tibbi Xidmətlər


Əmirliklərdə Dubay Səhiyyə Orqanı (DHA) bütün tibbi xidmətləri tənzimləyir. Rəşid, Lətifə və Dubay Xəstəxanaları DHA-n özü tərəfindən idarə olunur və bütün təcili tibbi yardım həm sakinlər, həm də müsafirlər üçün pulsuzdur. Şəhərdə bir çox özəl xəstəxanalar var və onların haqqı müxtəlifdir.



Qəzetlər


İngilis dilində: Gulf News, Khaleej Times, The Gulf Today və The National.

Ərəb dilində: Al-Bayan, Al-Ittihad, Al-Khaleej və Emarat Al-Youm.



Fərdi davranış və ədəb qaydaları


Kobud və ədəbsiz davranış qeyri-məqbuldur. Kişi ilə qadın arasında hisslərin ictimai yerdə göstərilməsi hörmətsizlik hesab olunur. Sərxoş halda avtomobil idarəsi və spirtli içkinin təsiri altında qeyri-məqbul hərəkət dözülməzdir. Söyüş həddindən artıq təhqiredici hesab olunur. Orucluq ayında ictimai yerlərdə yemək, içmək və siqaret çəkmək qəti qadağandır.



Fotoqrafiya


Qadınların fotoşəklini çəkməyin, çünki bu, müdaxilə edici və kobudluq hesab olunur. Hərbi konstruksiyaların, dövlət binalarının və özəl evlərin şəklini çəkmək qəti qadağandır.



Əhali


2.36 milyon.



Orucluq


Ramazan İslam hicri təqviminin ən müqəddəs ayı hesab edilir və bu ay müsəlmanlar Quranın həzrət Məhəmməd Peyğəmbərə agah olmasını yad edirlər (Salamlar olsun ona)



Alış-veriş


Ticarət-əyləncə mərkəzləri: bazar - çərşənbə günləri 10.00 - gecə yarısına qədər, cümə axşamı, cümə və şənbə 10.00 - gecə 1.00

Müstəqil pərakəndə satış məntəqələri: şənbə - çərşənbə günləri 10.00 - 13.00 və 16.00 - 22.00, Cümə günləri 16.00 - gecə yarısı.

Telekommunikasiyalar


Telekommunikasiya xidmətləri Etisalat və du tərəfindən təchiz edilir, əksər ölkələrin nömrəsini birbaşa yığmaq mümkündür. Dubayda ev/ofis telefonları arasında zənglər pulsuzdur. Ölkə kodu +971, ərazi kodu 04-dür.



Vaxt


Dubay Standart Körfəz Vaxtındadır (GST), bu, GMT+4 vaxt zolağındadır. Yazda/payızda saat dəyişdirilmir.



Çaypulu vermə


Bu, vacib deyil, lakin ümumi haqqın 10 faizinə bərabər çaypulu təşəkkürlə qəbul edilir.



Kommunal xidmətlər


Elektrik təchizi: BƏƏ-də elektrik təchizi 50 Hz 220/224 volt gərginliklə işləyir. ABŞ-da istehsal edilmiş cihazlar transformator tələb edə bilər.

Su: Şüşələrdə satılan mineral sular mehmanxana və restoranlarda təklif edilir, onları supermarketlərdən də almaq mümkündür.