Dubai

Viza və Giriş Məlumatları

BƏƏ-ə daxil olmaq üçün lazım olan vizanın növü, sizin milliyyətiniz, sizin planlaşdırılmış səfərinizin məqsədi və səfərin planlaşdırılmış müddəti kimi bir neçə müxtəlif amillərdən asılıdır.

BƏƏ səlahiyyətli orqanları bu prosesin mümkün qədər şəffaf və asan olması üçün bir sıra tədbirlər həyata keçirmişlər. 46 ölkə vətəndaşları üçün - Fars Körfəzi Ölkələrinin millətləri və siyahıda yer alan ölkələrin əhalisi üçün - viza tələb olunmur.

Vətəndaşı olduğunuz ölkənin adı aşağıdakı siyahıda verilmişdirsə, BƏƏ-nə səfər üçün əvvəlcədən viza almaq lazım deyil. Sadəcə olaraq Dubay Beynəlxalq Hava limanında təyyarənizdən düşün və İmmiqrasiya masasına gedin, burada sizin pasportunuza 30 günlük pulsuz viza möhürü vurulacaq. Bu müddəti əlavə ödəniş etməklə daha 30 gün artırmaq olar.

Andorra
Avstraliya
Avstriya
Belçika
Brunei
Bolqarıstan
Kanada
Xorvatiya
Kipr
Çex Respublikası
Danimarka
Estoniya
Finlandiya
Fransa
Almaniya
Yunanıstan

Honq Konq
Macarıstan
İslandiya
İrlandiya
İtaliya
Yaponiya
Latviya
Lixtenşteyn
Litva
Lüksemburq
Malayziya
Malta
Monako
Niderland
Yeni Zelandiya
Norveç

Polşa
Portuqaliya
Rumıniya
San Marino
Sinqapur
Slovakiya
Sloveniya
Cənubi Koreya
İspaniya
İsveç
İsveçrə
Böyük Britaniya
Birləşmiş Amerika Ştatları
Vatikan Şəhəri

Əgər ölkəniz yuxarıdakı siyahıda yoxdursa, səfər etmək üçün sizdən viza və zamin tələb olunacaq. Adətən zamin, viza üçün sizin adınızdan müraciət edir.

Etibarlı zaminlər:

  • Turist Vizası (30 gün ərzində etibarlıdır), Xidməti Viza (14 gün ərzində etibarlıdır) və ya Səfər Vizası (30 gün ərzində etibarlıdır və növbəti 30 gün müddətinə uzadıla bilər) üçün sizin adınızdan otellər və turizm agentlikləri müraciət edə bilər.
  • Avia şirkətlər və Avia şirkət işçiləri 96-saatlıq Tranzit Vizası üçün yalnız öz işçi heyətlərinin adından müraciət edə bilərlər
  • BƏƏ-də təsis olunan digər təşkilatlar yalnız Səfər Vizası və Xidməti Viza üçün müraciət edə bilərlər
  • BƏƏ-nin daimi sakini olan şəxslər də (qohumlar və ya dostlar) qaydalara müvafiq olaraq Səfər Vizası üçün sizin adınızdan müraciət edə bilərlər

Viza üçün tələb olunan sənədlər

  • Pasportun surəti
  • Təsdiq olunmuş uçuş biletlərinin surəti
  • Bankdan təsdiq məktubu
  • Pasport ölçülü şəkillər
  • Viza haqqı

Viza üçün müraciət edin

Daha ətraflı məlumat və viza üçün mürəciət etmək üçün Yaşayış və Əcnəbilərin İşləri üzrə ümumi kataloqa baş çəkin.

Lütfən nəzərə alın ki, viza, tranzit və giriş tələbləri hər ölkə üçün müxtəlifdir və cüzi bildirişlə, yaxud bildiriş vermədən dəyişdirilə bilər. Bu səhifədə verilmiş məlumatlar ancaq göstəriş məqsədi daşıyır, ona görə də, ən son məlumatı almaq üçün səyahət marşrutunuzda olan bütün ölkələrin, o cümlədən son səyahət məkanınız olan ölkənin müvafiq səfirlik və konsulluqlarına müraciət edin.