Dubai
dummy-image-2 dummy-image-2

McLaren Kuboku

McLaren Kuboku Dubay Poli Qızıl Kuboku Seriyasının bir hissəsi olub, 18 qoldan ibarət hendikap turniridir və Dubayın vitse-hakimi Əlahəzrət Şeyx Maktum bin Məhəmməd bin Rəşid Əl Maktumun patronajlığı altında səkkizinci ildönümünü qeyd edir.  Turnir, dünyanın ən nüfuzlu polo turnirlərindən biridir.


Bu turnir, həyəcanlı polo yarışı ilə beynəlxalq DJ-lərin iştirak etdiyi yüksək səviyyəli əyləncəni və ailə üzvləri və dostlar üçün yarışdan sonra təşkil edilən zövqlü naharı birləşdirən tədbirdir. Yarış sahəsində McLaren Super avtomobillərinin sərgisi dəbdəbəli avtomobillərin ən cəlbedici nümayişini təqdim edir ki, bu da istənilən polo tədbirini kölgədə qoymaq deməkdir.


Qızıl Kubok Seriyası Argentina, ABŞ və Böyük Britaniyadan sonra dördüncü ən böyük turnirdir. O, Hurlingham Polo Assosiasiyasının (HPA) bayrağı altında oynanılır.

Turnir, ilin birinci növbəli regional polo yarışı olub, Körfəzyanı Ölkələrdən VİP-ləri, ictimai xadimləri və şirkət prezidentlərini cəlb edir.

Tarix

20 Jan - 03 Feb 2017

Kateqoriya

Məkan

Al Habtoor Polo Kurortu və Klubu

Bilet qiyməti

Ödənişsiz