Dubai
dummy-image-2 dummy-image-2

Saruq Al-Hadid Muzeyi

Torpağın altından aşkar edilmiş, Dubayın Ərəbistan Yarımdasında ticarət və sivilizasiya mərkəzi olduğunu sübut edən artefaktları nümayiş etdirən bu mütləq baş çəkilməli muzeydə tarix canlanır.

Saruq Al Hadid indiyə qədər Dubayda aşkar edilmiş ən qədim arxaeoloji sahədir və 4,000 il bundan əvvəl Rub Əl Xali səhrasında mövcud olmuş sirli sivilizasiyanın maraqlı faktlarını aşkar edir. 2002-ci ildə bu sahə Birləşmiş Ərəb Əmirliklərinin Vitse Prezidenti və Baş Naziri və Dubayın Hakimi əlahəzrət Şeyx Məhəmməd bin Rəşid Əl Maktum tərəfindən aşkar edilmişdir. O, ərazi üzərində vertolyotla fırlanan zaman qum təpələrinin ətrafdakılara nisbətən daha tünd rəngdə olduğunu müşahidə etmişdi.

Əyləncəli fakt: Yenu Dubay Expo 2020 loqosunun yaranmasına ilham vermiş qızıl üzük buradan aşkar edilmişdir.

Bu yeni açılmış muzey sizi arxaeoloji tapıntıların sirli yolu ilə aparır və qədim vaxtların həyəcanlı xəzinələrini təqdim edir. Siz indi sahədən aşkar edilmiş reliktlərin, qızıl, bürünc və dəmirin təsiredici sıralarının və 900 ədəd heyrətamiz əşyanın düzüldüyü rəflərin arasında tələsmədən gəzişə bilərsiniz. Gənc müsafirlər mədəniyyətlə bağlı əməli təcrübə qazana və öz əlləri ilə dolça bərpa edə, heyvan skeletini yığa, hətta mütəxəssislərə hər hansı sirri həll etməyə yardım edə bilərlər.

Onda niyə bu həftəsonu divandan qalxaraq, Dubayın ən həyəcanverici muzeylərinin birində qədim ticarət xəritələrini əhatə edən nəzəriyyələri gözdən keçirməyəsiniz. Məsələn, bu sivilizasiya necə məhv olub? Onlar əslində sonuncu dəfə nə vaxt bu ərazidə olublar? Onların sahədən itməsinə səbəb nə olub? Kim bilir, bəlkə də bütün cavabları tapa biləcəksiniz...

Tarix

27 Jul - 31 Dec 2019

Kateqoriya

Məkan

Şindagha Rayonu

Telefon

Bilet qiyməti

Yaşlılar: 20 dirhəm, 7-12 yaşlı uşaqlar: 10 dirhəm, 60 yaşından yuxarı şəxslər: pulsuz, 6 yaşına qədər uşaqlar: pulsuz

Qəbul

Muzeyin iş saatları:
8:00 - 20:00 – Şənbə - Cümə axşamı
16:00 - 20:00 – Cümə

Sosial Linklər