Dubai
dummy-image-2 dummy-image-2

Qərb Əhvəlatı

Çoxsaylı Toni mükafatı qazanmış və bütün dünyada heyranlarının qəlbini fəth etmiş bu şou Valentin günündə Dubay Operasına gəlir. Romeo və Culyettanın tragediya əhvalatına əsaslanan və Nyu-Yorkun Yuxarı Qərb Ərazisində baş verən bu tamaşada iki rəqib qrup olan Jetlər və Şarklar arasında ədavətdən bəhs olunur.

Artur Laurentsin ilkin romanı Brodvey musiqili tamaşasına və daha sonra isə Leonard Bernsteinın klassik musiqisi və Stefen Sondheimin “Mən Gözələm”, “Amerika”, “Maria”, “Bu Gecə” və başqa əsərlərin daxil olduğu Oskar qazanmış filmə çevrildi.

36 ifaçı və 80 iştirakçıdan ibarət möhtəşəm heyət ilə Joey McKneelynin mükafatlara layiq görülmüş səhnə tərtibatı ilə Jerome Robbinsin original xoreoqrafiyası birləşəcək və yarım əsr əvvəl səhnəyə qoyulduğu kimi görüntü baxımından heyrətamiz və maraqlı hekayə xətti ilə təqdim olunacaq.

Artıq 60 ildən artıqdır bütün dünyada sevilən bu musiqili tamaşanı əldən buraxmayın!

Tarix

14 Feb - 18 Feb 2017

Kateqoriya

Məkan

Dubay Operası

Telefon

Qəbul

Şounun müddəti 2 saat yarımdır və bu müddətə 20 dəqiqəlik fasilə də daxildir.
Vaxtlar təxminidir və istənilən vaxt dəyişə bilər.