Dubai

Avtomobillə / İcarəyə avtomobil götür

Siz, avtomobil icarəyə götürməniz, taksi saxlamanız və ya limuzin sifariş etmənizdən asılı olmayaraq həmişə aydın işarələnmiş, müasir yollara etibar edə bilərsiniz. Bizim yollarımız əla keyfiyyətə malikdir və ABŞ və ya Avropanın hər hansı müasir şəhərlərindəki yollara bərabərdir.

Avtomobillərin İcarəsi

Əgər siz şəhəri tək gəzmək istəyirsinizsə, icarəyə avtomobil götürmək sizə sərbəstlik və öz səyahətinizi idarə edə bilmə imkanı verəcək. Avtomobil icarəyə götürmək üçün sizdən sadəcə beynəlxalq sürücülük vəsiqəsi, pasport və kredit kartınız tələb olunur. Qeyd etmək lazımdır ki, üçüncü tərəfin sığortası da icbaridir. Sükan arxasına keçməzdən əvvəl, istədiyiniz yerə getmək üçün bir neçə məsləhət:

  • Yolların çoxu iki və ya dörd zolaqlıdır, əsas yollar isə hər istiqamətdə dörd-altı zolaqlı yollardır.
  • Yolun sağı ilə sürün.
  • Radarların olması ilə əlaqədar sürət hədlərinə ciddi şəkildə əməl edin

Taksilər

Sayğacla təmin olunmuş taksilər, getmək istədiyiniz məntəqəyə çatmaq üçün təhlükəsiz və rahat vasitədir. Sürücülərə, nəzakətli, bilikli olmaları üçün və ingilis dilində danışmaları üçün təlimlər keçilir.

Şəhər minik avtomobilləri və Limuzinlər

Sizi hava limanında qarşılamaq, iş görüşlərinə aparmaq və ya şəhəri gəzdirmək üçün sürücüsü olan şəxsi avtomobil xidmətləri də mövcuddur. Siz çoxlu sayda şirkətlər arasında seçim edə bilərsiniz və əvvəlcədən sifariş etmək və ya rezervasiya etmək çox asandır.

Bunlar da xoşunuza gələ bilər
Jumeirah Məscidi Dubay Möcüzələri
Vüqarlı İslam irsi sahəsi
Jumeirah Məscidini gəzin
Wild Wadi Akvaparkı Atraksion və akvaparklar
Dubayın Bənzərsiz Akvaparkı
Wild Wadi-də əylənin
Ski Dubay Dubay Möcüzələri
Səhrada xizək sürün
Ski Dubayda slalomla sürüşün.
Parça Bazarı Dubay Möcüzələri
Rənglərin işıltısı
Parça Bazarı boyu sarmaşın
Combo Saver (Qənaətcil Kupon) Sövdələr
Combo Saver (Qənaətcil Kupon)
Şəhərin görməli yerlərinə Avtobus Turu və Helikopter Gəzintisində 185 dirhəmə qədər qənaət edin