Dubai
Yol ilə səyahət etməyi planlaşdırırsınız? Minik avtomobili və ya avtobus ilə səyahət etməyinizdən asılı olmayaraq birinci dərəcəli müasir magistral yollar şəbəkəsi Birləşmiş Ərəb Əmirliyinin yeddi əmirliyini birləşdirir. Qonşu ölkələrdən Dubaya maşınla səyahət etmək həm asandır, həm də ölkəni kəşf etmək üçün mükəmməl üsuldur. Əmirliyin Marşrut Nömrəsi, Birləşmiş Ərəb Əmirliyi ilə Dubayın magistral və əsas yollarını müəyyən edir. BƏƏ-də maşınlar sağ cinah ilə hərəkət edir. Sürət həddi aydın bildirilir və adətən şəhər ətrafında 60-80 km/saat (37-50 mil/saat) və magistral yollarda 100-120 km/saat (60-75 mil/saat) olur.


 Sürücülük vəsiqəsi  
Sizin FKÖƏŞ və ya beynəlxalq sürücülük vəsiqəniz varsa Dubayda bu vəsiqədən istifadə edə bilərsiniz. Sizin vəsiqəniz aşağıdakı ölkələrdən birində verilibsə —  Avstraliya, Avstriya, Bəhreyn, Belçika, Kanada, Danimarka, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, İrlandiya, İtaliya, Yaponiya, Cənubi Koreya, Küveyt, Hollandiya, Yeni Zelandiya, Norveç, Oman, Polşa, Qətər, Rumıniya, Səudiyyə Ərəbistanı, Cənubi Afrika, İspaniya, İsveç, İsveçrə, Türkiyə, Böyük Britaniya və ABŞ — öz ölkənizin vəsiqəsi ilə müvəqqəti sürücülük icazəsi ala bilərsiniz. 

 Aşağıdakı ölkələrin vəsiqə sahiblərindən tərcümə və ya müvafiq tövsiyə məktubu tələb edilir:
  • Kanada: Vəsiqənizi ölkədə istifadə etməzdən öncə onun həqiqi olduğunu yoxlamaq üçün Kanadanın Dubaydakı konsulluğundan məktub tələb olunur.
  • Yunanıstan, Kanada, Türkiyə, Yaponiya və Cənubi Koreya vəsiqələrinin sahiblərindən müvafiq konsulluqdan sürücülük vəsiqələrinin tərcüməsi tələb olunur.
Tələb olunan sənədlər və ödənişlər:
  • Sakinlər üçün pasport (əsli və surəti)
  • Cari sürücülük vəsiqəsi (əsli və surəti)
  • Sürücülük vəsiqəsinin tərcüməsi (bəzi ölkələr üçün)
  • Tövsiyə məktubu (kanadalılar üçün)
  • 1 pasport şəkli
  • Gözün müayinəsi sertifikatı və 100 AED köçürmə haqqı
  • Səfər vizanızın nüsxəsi
Sənədlər və haqlar haqqında daha ətraflı məlumat üçün bu linkə daxil olun www.rta.ae.

Mühüm məlumatlar

  • Sürücülərin yaşı 18-dən yuxarı olmalıdır.
  • Üçüncü tərəfin sığortası icbaridir.
  • Oturacaq kəmərləri icbaridir və idarə zamanı əlinizdə mobil telefondan istifadə etmək qadağandır.
  • Dubayda içkili şəkildə sürməyə qarşı dözümsüzdürlər.
  • Salik - rüsum yığanlar və ya məntəqələri olmadan nəqliyyatın hərəkətinə sərbəst şəkildə icazə verən rüsum sistemidir. Sürücülər Salik zonasına daxil olmamışdan əvvəl ödəniş edirlər və hər dəfə belə yollardan keçəndə rüsum çıxılır (icarəyə götürülmüş maşınlar öncədən Salik ilə təchiz edilirlər). Həmin ərazilər üçün salik.gov.ae səhifəsinə baxın.
  • Fövqəladə qəza xidməti: Ərəb Avtomobil Birliyi. Daha ətraflı məlumat üçün www.aaauae.com daxil olun və ya +971 [0]4 266 99 89-ə zəng edin

Avtobus xidmətləri
Oman, İordaniya, Livan və Suriya arasındakı avtobus xidmətləri Dubaya rahat və sərfəli səfər etmək üçün daha bir üsuldur. Həmçinin BƏƏ-in əsas şəhərlərinə sərnişin mikroavtobusu xidmətlər də var. Şəhərlərdən Dubaya olan məsafə: Əl-Əyndən 1 saat 15 dəq., Abu Dabidən 1 saat 30 dəq., Məsqətdən 5 saat.

Linklər: 
www.rta.ae 

www.ontcoman.com 

www.saptco.com.sa 

www.dot.abudhabi.ae 

www.dubai-bus.com

Bunlar da xoşunuza gələ bilər
Eataly Dubay Kafe həyatının ləzzəti
Bura elə də kiçik olmayan İtaliyadır
Eataly italiya möcüzələr aləminə baş çəkin
O-Concept Dubayda butikləri kəşf edin
İncə arzular
O-Concept mağazasına baş çəkin
Dubai Outlet Mall Alış-veriş həvəskarları birləşin
Öz təcrübəli alıcınızı yönləndirin
Dubai Outlet Mall-da sərfəli alış-veriş
"Al Hadheerah" BƏƏ mətbəxi
Şam yeməyi şousu
Səhrada "Al Hadheerah"-da nahar edin
Emirates NBD Mirvari Muzeyi Dubay muzeyləri
Dünyanı öz istridyənizə çevirin
Mirvari Muzeyinə gəlin