Dubai

Dubay Dünya Ticarət Mərkəzi

Lap əvvəldən Dubay Dünya Ticarət Mərkəzi (DDTM) kommersiyanın qlobal mərkəzi kimi Dubayın mövqeyinin möhkəmlənməsində və formalaşmasında mühüm rol oynamışdır. Təklif edilən məhsulların geniş çeşidindən əlavə DDTM media, reklamçılıq, texniki, mühəndislik və təhlükəsizlik xidmətləri kimi faydaları da təmin edir və bununla da dünyanın aparıcı qurultay mərkəzləri arasında nüfuz qazanmışdır.
 
Şeyx Zayed Küçəsində 1979-cu ildə tikilən 37 mərtəbəli ənənəvi qüllə DDTM-in ilk səlahiyyətli mülkü idi. O vaxtdan, onun tərkibinə Beynəlxalq Dubay Qurultay və Sərgi Mərkəzi (BDQSM), Qurultay Qülləsinin ofis binası, Novotel və İbis otelləri, Dubay Ticarət Mərkəzi Otel Mənzillərində xidmətli mənzillər daxildir.
 
Burada müvafiq sərgi ərazisi kimi bir milyon kvadrat fut sahə, kafe və restoranlar kompleksi, habelə qeyri rəsmi əyləncə ərazisi kimi və ya qala nahar yeməkləri üçün istifadə oluna biəcək Palma Bağı vardır. Burada həmçinin metro, avtobus və taksi kimi hərtərəfli nəqliyyat vasitələrinə rahat çıxış vardır. Dubay Beynəlxalq Hava Limanından maşınla 15 dəqiqəlik, Dubay Dünya Mərkəzi - Əl Məktum Beynəlxalq Hava yolundan 45 dəqiqəlik yol sərgi mərkəzlərinə və əks istiqamətdə tez karqo keçidini təmin edir.
 
DDTM-in təqvimi beynəlxalq əyləncə, Çikaqodakı kimi "Broadway" şouları turnirində çıxış edəcək Enrike İqlesias, Maroon 5 və Selena Qomez kimi ifaçıların çıxışı ilə doludur. Texnika vasitələrinin fanatları regionun ən böyük elektronika topdan satış mərkəzi Gitex Shooper-də bu günə olan ən sonuncu yeniliklər və işlər ilə tanış ola bilərlər. Və Dubay Dünya İdmanı ərzində istənilən sahənin idmançısı futbol, basketbol, qaçış, reqbi, voleybol, tennis, kriket oyunları və geniş ərazilərdəki turnirdə çıxış edə bilərlər.


Bunlar da xoşunuza gələ bilər
Riva Çimərlik Klubu Çimərliyin ətrafında lounge-lar
Dincəlmə üçün əla yer
Riva Çimərlik Klubunda sərinlənin
Virgin Megastore Dubayda alış-veriş
Pop musiqi və hədiyyələr qalereyası
Virgin Mega-mağazasında alış-veriş edin.
Dubay Akvariumu və Sualtı Zoopark Dubay Möcüzələri
Köpəkbalıqları ilə üzün
Dubai Akvariumuna baş çəkin
Dubayda Apple Store Dubayda alış-veriş
Dubayda Apple Store
Geek Chic
Mənzərəli Nahar Dubay muzeyləri
Mənzərəli Nahar
Bayt Al Wakeel göyərtəsindən Dubay Creek mənzərəsi