Dubai

Faydalı Kömək və Linklər

Siz Dubaya gəlib çatdığınızda, kəşf ediləcək imkanlar sonsuz saydadır. Lakin siz səyahət planladıqda və ya əhəmiyyətli bir məlumat axtardıqda, ehtiyacınız olan hər şeyin bir yerdə olması çox faydalıdır. Mən viza almalıyam? Dubayın mədəniyyəti barədə bilməli olduğum ən vacib şeylər hansılardır? Turizm və Kommersiya Marketinqi Departamenti necə kömək edə bilər? Bütün bu və daha artıq suallara cavab alın.

Faydalı faktlar və köməklər

  • Dubayın saat qurşağı GMT + 4.
  • Pul vahidi 100 filsə bölünən Dirhəmdir (Dhs və ya AED). Dirhəmin ABŞ dollarına bağlılığı sayəsində 1997-ci ildən bəri orta qiymət olaraq 3.67 AED müəyyənləşmişdir. Bizim valyuta çeviricimizdən istifadə edin.
  • Elektrik təchizatı 50 dövrədə 220/240 voltdur. Elektrik yuvaları Böyük Britaniya ilə eynidir. ABŞ istehsalı olan cihazlar və avadanlıqlardan istifadə etmək üçün sizə 220 voltu 110 volta çevirmək üçün transformator və elektrik yuvasına keçirmək üçün adapter lazım olacaq.

Mədəniyyət və adətlər

Dubay kosmopolitik və liberal şəhərdir, lakin, geyim və davranışla əlaqədar bəzi şeyləri yadda saxlamaq lazımdır:

  • Geyim: İnsanlar bir çox ictimai yerlərdə konservativ geyinirlər. Çimərlik geyimləri, çimərlikdə və ya hovuz ətrafında münasibdir, lakin başqa ictimai yerlərdə qəbul olunmazdır. Şortlar və futbolkalar bir çox yerlərdə normal qarşılanır, lakin məscidlərə, dini məkanlara və ya şəhərin qədim hissələrinə səyahət edərkən, çiyin, qol və ayaqları örtəcək, bədəndə boş oturan geyimlər münasibdir. Qadınlar məscidlərə gedərkən başlarına yaylıq örtmələri tələb olunur.
  • Etiket: Əks cinsin nümayəndələri ilə görüşdükdə, onlar ilk olaraq əllərini sizə uzatmadan sizin əl uzatmamaniz çox vacibdir. Əgər siz məclisə - qonaqların qarşılanıb əyləndikləri xüsusi yer - dəvət olunmusunuzsa ayaqqabılarınızı girəcəkdə çıxarın. Yemək və içkiləri sağ əllə yemək adətdəndir. Ayağınızın altını göstərməyin və ya ayağınızı heç kimə tərəf uzatmayın. Əgər siz çox vacib bir qonaqla birlikdəsinizsə, ayaqlarınızı çarpazlaşdırmağınız kobud hərəkət olaraq qəbul olunacaq. Sevginizi ictimai şəkildə ifadə etməkdən çəkinin. Əl-ələ tutmaq məqbuldur, lakin öpüşmək və ya qucaqlaşmaq qəbul edilməzdir.
  • Ramazan: Ramazan ayı İslam təqvimində ən müqəddəs ay hesab olunur. Daimi sakinlər və ya qonaqlar, gündüz vaxtlarında ictimai yerlərdə yeyib içməkdən özlərini çəkindirməlidirlər. Qeyri müsəlmanlar müəyyən yerlərdə yeyib içə bilərlər, bir çox otellər və ticarət mərkəzlərində Ramazan ayı ərzində açıq olan restoranlar vardır.
  • Spirtli içkilər və narkotik maddələr: Spirtli içkilər adətən, otel restoranları və barları kimi lisenziyalı məkanlarda təqdim olunur. Dubay, spirtli içki qəbul edərək sükan arxasına əyləşmək hallarına qarşı heç bir tolerantlıq nümayiş etdirmir və narkotik vasitələrin istifadəsi və saxlanılması qeyri-qanunidir və ciddi şəkildə qadağan olunmuşdur.

Mənə viza lazımdır?

Qalmağa yer tap

Trip Planner

Dubaya səyahət

Tədbirlər Təqvimi

Applikasiyanı yüklə

Sövdələşmə və Təkliflər

Buraya işlə bağlı gəlmisiniz?

Turizm və Kommersiya Marketinqi Departamenti (DTCM)

Bunlar da xoşunuza gələ bilər
Combo Saver (Qənaətcil Kupon) Sövdələr
Combo Saver (Qənaətcil Kupon)
Şəhərin görməli yerlərinə Avtobus Turu və Helikopter Gəzintisində 185 dirhəmə qədər qənaət edin
Combo Saver (Qənaətcil Kupon) Sövdələr
Combo Saver (Qənaətcil Kupon)
Avtobusla "Dubay Mənzərələri" Şəhər Turunda və "Ərəb Macəraları" Səhra Safarisinə birgə kuponlar ilə 225 dirhəmə qədər qənaət edin
Tədbirlər
Elton Con canlı ifa
Milyonlarla albomu satılmış, piano musiqisi əfsanəsi Dubayın günəşli sahillərinə gəlir
XVA ART HOTEL’S CAFÉ-YƏ BAŞ ÇƏKİN Kafe həyatının ləzzəti
Yeyilə bilən incəsənət əsərləri
XVA ART HOTEL’S CAFÉ-YƏ BAŞ ÇƏKİN
Dubay Alış-Veriş Festivalı 2017 Tədbirlər
Dubay Alış-Veriş Festivalı 2017
Tezliklə açılacaq