Dubai

Dubay Viza və Giriş Məlumatları

BƏƏ-nə viza üçün ərizə vermə qaydaları

BƏƏ-ə daxil olmaq üçün lazım olan vizanın növü, sizin milliyyətiniz, səfərinizin məqsədi və onun planlaşdırılmış müddəti kimi bir neçə amildən asılıdır. Hazırda Fars Körfəzi Ölkələrinin millətlərindən başqa 47 ölkə vətəndaşları vizanı ölkəyə girişdə ala bilərlər.

Növbəti ölkələrin vətəndaşlarından BƏƏ-nə daxil olmaq üçün əvvəlcədən viza almaq tələb olunmur və onlar 90 günlük vizanı ölkəyə girişdə ala bilərlər:

Fransa İslandiya İtaliya Norveç Hollandiya
Almaniya İsveç Avstriya Finlandiya Lixtenşteyn
Belçika Yunanıstan Lüksemburq Polşa İsveçrə
Estoniya Portuqaliya Malta İspaniya Kipr
Danimarka Xorvatiya Sloveniya Rumıniya Slovakiya
Bolqarıstan Çexiya Respublikası Macarıstan Litva Latviya

Lütfən nəzərə alın:

  • Siyahısı yuxarıda verilmiş ölkələrin vətəndaşları ümumi vətəndaş pasportu ilə ölkəyə daxil olduqları gündən etibarən 90 günlük viza ala bilərlər.
  • Bu vizanın vaxtını uzatmaq mümkün deyil.
  • Pasportlar ümumi vətəndaş pasportu olmalı və altı aydan artıq qüvvədə olmalıdır.
  • Viza sahibi ölkəyə girişdə aldığı 90 günlük vizadan ölkəyə daxil olduğu ilk gündən etibarən 180 gün ərzində istifadə edə bilər.

Aşağıdakı ölkələrin vətəndaşlarından BƏƏ-nə daxil olmaq üçün əvvəlcədən viza almaq tələb olunmur və onlar 10 günlük güzəştlə 30 günlük vizanı ölkəyə girişdə ala bilərlər:

Malayziya Bruney Birləşmiş Krallıq Andorra
Yaponiya Kanada San Marino Honq-Konq
ABŞ Avstraliya Yeni Zelandiya İrlandiya
Monako Vatikan  Sinqapur Cənubi Koreya

Lütfən nəzərə alın:

  • Siyahısı yuxarıda verilmiş ölkələrin vətəndaşları ümumi vətəndaş pasportu ilə ölkəyə daxil olduqları gündən etibarən 30 gün müddətində qüvvədə olan viza ala bilərlər.
  • Vizanın müddətini uzatmaq mümkündür və onun ümumi qüvvədə olma müddəti ölkəyə daxil olma günündən etibarən 60 gün təşkil edir.
  • Pasportlar ümumi vətəndaş pasportu olmalı və altı aydan artıq qüvvədə olmalıdır.
  • Viza çox-girişli viza hesab olunur və BƏƏ-də və ya ondan kənarda olmasına baxmayaraq, viza sahibinə 30-günlük etibarlılıq müddətindən istifadə etməyə imkan verir. Viza sahibinin BƏƏ-dən kənarda keçirdiyi günlərin sayı vizanın 40-günlük etibarlılıq müddətindən hesab olunacaq.
  • Müsafirlər öz vizalarının etibarlılıq müddətini yoxlamaq üçün 8005111 nömrəsinə zəng etməklə AMER telefonla xidmət mərkəzi ilə əlaqə saxlaya bilərlər.

 

Digər viza növləri:

İş Vizası

Viza üçün müraciət edin

Etibarlı zaminlər


Dubaya ilk səfərinizdir? Şəhərin ən görməli attraksionlarına baş çəkinbu mənzərəli yerlərdə əla bir selfi çəkdirin. 
Bunlar da xoşunuza gələ bilər
XVA ART HOTEL’S CAFÉ-YƏ BAŞ ÇƏKİN Kafe həyatının ləzzəti
Yeyilə bilən incəsənət əsərləri
XVA ART HOTEL’S CAFÉ-YƏ BAŞ ÇƏKİN
Combo Saver (Qənaətcil Kupon) Sövdələr
Combo Saver (Qənaətcil Kupon)
Avtobusla "Dubay Mənzərələri" Şəhər Turunda və "Ərəb Macəraları" Səhra Safarisinə birgə kuponlar ilə 225 dirhəmə qədər qənaət edin
Tədbirlər
Global Village 2015-2016
Tədbirlər
Elton Con canlı ifa
Milyonlarla albomu satılmış, piano musiqisi əfsanəsi Dubayın günəşli sahillərinə gəlir
Combo Saver (Qənaətcil Kupon) Sövdələr
Combo Saver (Qənaətcil Kupon)
Şəhərin görməli yerlərinə Avtobus Turu və Helikopter Gəzintisində 185 dirhəmə qədər qənaət edin