logo image
La Perle-də bir gecə https://www.visitdubai.com/az/articles/a-night-at-la-perle 20180130T120118 20180830T122305:636712285857679648 Şəhər boyunca incəsənət və əyləncə yerlərini kəşf edin La Perlenin açılışı Dubayın teatr səhnəsində yeni bir səhifə açır. Dünya səviyyəli məkanda yaradıcı direktor Franco Dragone tərəfindən ölkənin ilk rezident şousu yer alır. Al Habtoor City rayonunda açılmış La Perle-də şou ilə və məkan ilə bağlı təfərrüatları təqdim edirik

Dubayın ən son teatr incisi ilə tanış olun


Dubayın Al Habtoor City rayonunda açılmış La Perle Dubayın teatr səhnəsində yeni bir səhifə açır. Dünya səviyyəli məkanda yaradıcı direktor Franco Dragone tərəfindən hazırlanmış, şəhərin ilk rezident şousu yer alır.

Dragone-nin “gələcəyin laboratoriyası” adlandırdığı Dubaydan ilhamlanmış bu səhnə əsərində sənətkarlıq, yaradıcılıq və texnologiya yer alır. La Perle-də aşağıdakıları gözləmək olar.


in-article-la-perle-01

Qeyri-adi tamaşa


La Perle öz 860 kv metrlik "akva-səhnəsi" ilə Dubayın ab-havasını özündə əks etdirir. Hər bir performans üçün 2.7 milyon litr suyun istifadə olunduğu bu teatr şounun konsepsiyası ətrafında xüsusi hazırlanıb. Şəhərin qələbələyindən ilhamlanan şouda hər şey var - şəlalələr, sürətli akrobatika, 25m yüksəklikdə dalğıclıq yeri, fantastika qəhrəmanları.

Dragone ümid edir ki, bu sənət işi ziyarətçilərdə böyük təəssürat oyadacaq və teatrdan kənar olan dünyanı unutmağa imkan yaradacaq. “Biz xəyalpərəstlərik, amma biz həmçinin təsir yaratmaq istəyirik və inanırıq ki, bu təsir daha çox sülhə, əbədiliyə səbəb olacaq” deyə o bildirir.


in-article-la-perle-02

Sadəcə bir bilet


1300 oturacaqlı məkan maksimum təsir üçün dizayn olunub. Yalnız 14 sıranın olduğu bu məkanda oturacaqlar akva-səhnənin ətrafında 270 dərəcə dolanaraq yaxınlıq hissi yaradır. Hər bir oturacağın öz bənzərsiz mənzərəsi olduğuna görə məyus olmaq üçün səbəb yoxdur. Daha mərkəzdən baxmaq istəyənlər üçün Silver kateqoriyasında N sırasını, Gold kateqoriyasında isə A sırasını məsləhət görərdik.

Xüsusi günlərdə isə VİP bileti ala bilərsiniz. Lüks teatr lounge oturacaqlarına getməmişdən öncə sizi premium görüntülər üçün şou öncəsi özəl lounge-da salamlayacaqlar.


in-article-la-perle-03

Ustalıq


Yaradıcılıq üzrə direktor Franco Dragone La Perle-ni “yeni növ teatr” adlandırır. Bu sahənin əfsanəvi nümayəndələrindən olan Dragone öz karyerasına Cirque du Soleil-də başlamış, yaradıcı direktor kimi onun məşhurluğunda əsas rollardan birini oynamışdır. Onun tərtib etdiyi səhnələrə Celine Dionun "Yeni Gün", Las Vegasda Le Rêve, Macau-da Rəqs Edən Su Evi və Lidoda Paris Merveilles daxildir.


in-article-dragone

Nə geyinməli


Dubay gecələri əla geyinmək yaxşı səbəbdir. Əgər şübhə edirsinizsə, rahat və klassik paltarlar geyinməyiniz tövsiyə olunur. Kişilər rahat köynək və bədənə oturan pencək, qadınlar isə daha rəngarəng, xüsusi hazırlanmış şalvar-kofta, dikdabanlar, qələmlə işlənmiş köynək geyinə bilərlər.


Oraya necə getmək olar


Şeyx Zayed yolunda yerləşən Al Habtoor City-də kəşf olunmalı o qədər şey var ki. Rayonda üç beşulduzlu otel, qızğın marina gəzinti zonası, eləcə də gözəl üslublu kafe və restoranlar yerləşir. Unudulmaz bir nahar üçün Atriumda Meksika-Peru restoranı olan Zoco-da bir masa sifariş edə və ya Westin-də İl Capo italyan yeməyi dada bilərlər. Atriumda həmçinin özəl karaoke otaqları olan və əyləncə dolu bir gecə keçirə biləcəyiniz Asiya mövzulu lounge Blind Dragon yerləşir. Daha çox opsiyalar üçün Habtoor City nahar bələdçimiz ilə tanış olun.

Aeroportdan qısa 20 dəqiqəlik məsafədə olan Habtoor City-yə asanlıqla taksi ilə gedə və ya +971 4 208 0808-a zəng etməklə öncədən rezerv edə bilərsiniz. Əgər metro ilə gəlirsinizsə Qırmızı İşıqda Business Bay metro stansiyasında düşərək taksi ilə beş dəqiqəlik məsafədə yerləşən La Perle-yə gələ bilərsiniz.

Növbəti şou hansıdır?


La Perle bir gecədə iki dəfə, həftədə beş dəfə keçirilir. Tamaşalar çərşənbə axşamı - cümə saat 19:00-21:30-da, eləcə də şənbə günləri saat 16:00 və 19:00-da olur Biletlər 400 dirhəmdən başlayır.


in-article-laperle-infographic


487
banner image
Azerbaijani Dubai Corporation of Tourism & Commerce Marketing

İndi Yüklə

Flight search button
Böyüklər (18+) Members 16+ yaş Uşaqlar (0-17) Traverller Number 0-15 yaş
TAMAM
Hotel search button
Bunlar da xoşunuza gələ bilər
Jumeira-Plaza Dubayda alış-veriş
Fərdi Dükanlarda Alış-veriş Edin
Jumeirah Plaza ətrafında gəzişin
Comptoir 102 Dubayda alış-veriş
Très Chic
Comptoir 102-də alış-veriş edin və qəhvə için
Wild Wadi Akvaparkı Atraksion və akvaparklar
Wild Wadi Akvaparkı
Wild Wadi-də sərinlənin və əylənin
Parça Bazarı Dubay bazarları
Rənglərin işıltısı
Parça Bazarı boyu sarmaşın
Habtoor Grand Beach Club Çimərliyin ətrafında lounge-lar
Lüks Yaşama
Habtoor Grand Beach Club-da Dincəlin
Top