Dubai
Əl Quozun qaynar nöqtələri https://www.visitdubai.com/az/articles/al-quoz-hotspots 20150925T105035:635787750353183589 20161207T140459:636167162997255837 Dubayın incəsənət qalereyaları

Əl Quoz gənc, dəbli və yaradıcı bir məkan kimi inkişaf edir. Bir neçə müəssisənin rəssam və dizaynerləri sayəsində müasir incəsənət, metropoliten kinoteatrı, yerli və turnir estrada ifaçılarının çıxışı və həqiqətən yaxşı qəhvə ilə rastlaşacağınız bu region indi ruhlandırıcı mərkəzdir.

Dubayda qalereya, topdan satış mərkəzləri və gözəlliyin izləri ilə tanış olun

Səfər ediləcək qalereyalar və dəbli yerlər


Zahirindən Əl Quozun sənaye ərazisi əksər insanların düşüncəsindəki səciyyəvi Dubay turistinin məkanı olması fikrinə tam ziddir. Lakin, quru tozlu küçələr və geniş topdan satış mərkəzləri ilə Əl Quoz aşkarlanmasını gözləyən cəvahiratların xəzinə toplusudur; səs-küylü ərazi incəsənət qalereyaları və çıxış etmək üçün səhnələr ilə doludur.

Burada yeni olanlar üçün ən yaxşı başlanğıc məkan Alserkal Prospektidir – 2007-ci ildə yaradılmasından bəri yavaş-yavaş incəsənət və mədəniyyətləri özünə cəlb edən mərkəzdir. İndi bura 15-dən çox müasir incəsənət qalereyaları, müxtəlif çıxış səhnələrini və yaradıcılıq məkanları, bir neçə topdan satış mərkəzlərinə ev sahibliyi edir. Alserkal prospekti ilə yanaşı həmçinin Əl Quozu həmçinin Dubayın ən yaxşı kafelərinə malik məkan kimi də kəşf edəcəksiniz. Həmin rayonda səfər edə biləcəyiniz bir neçə məkana nümunə:



Fridge


Alserkal Prospektinin mərkəzində geniş iki mərtəbəli topdan satış mərkəzi, Fridge Dubayın yaradıcılıq növləri üçün təbii seçimdir. Bu hərtərəfli məkan il ərzində konsertlər, teatr səhnələri, mətbuat konfransları, incəsənət sərgiləri, dərs və təlim yerləri kimi fəaliyyət göstərir. 2007-ci ildə ilk fəaliyyətindən bəri Fridge Dubayın yaradıcılıq və incəsənət səhnəsinin ön sıralarında olub və hətta bütün BƏƏ-nin canlı musiqi məkanları və otellərində il ərzində 3000-dən çox çıxışlar reklam etdirən istedadların idarə olunması agentliyi vardır.

+971 4 347 7793


Al-Quoz-qaynar nöqtələr


Tom&Serg


Baxmayaraq ki, Əl Quoz qurman seçimləri ilə hələ təmin edilməyib, Tom & Serg kafesinin mövcudluğu bu ərazinin şəhərin ən yaxşı kafelərinin məkanına çevrilməsinə iddia edə bilər. Təzə, mövsümi məhsullar və Dubay kafe sevərləri bir fincan qəhvə üçün uzaq yerlərdən bura gəlirlər, Tom & Serg şəhərin ən dəbli kafe mərkəzlərindən biri kimi nüfüz qazanıb.

+ 971 56 474 6812


Al-Quoz-qaynar nöqtələr


A4 Space


Alserkal Prospektinin dəhlizlərində yerləşən digər gizli cəvahirat olan A4 Space Dubayın müstəqil yazarlarının, dizaynerlərinin və rəssamlarının qabaqcıl, yaradıcılıq atmosferində işləmək və ideyalarını birlikdə paylaşmaq üçün toplaşdıqları məkandır. İki mərtəbəli, xüsusi çardaq, kinoteatr otağı, yerli rəssam və dizaynerləri təbliğ edən konseptual mağaza və 100% təbii qəhvə dənələrin istifadə edən kafeni nəzərə alaraq A4 Space yaradıcılıq sahəsində inkişaf edənlərin məkanıdır.

+971 50 556 9797


Al-Quoz-qaynar nöqtələr


Green İncəsənət qalereyası


2010-cu ildə Əl Quoza gəlməklə Green İncəsənət qalereyası yaxın şərq, Şimalı Afrika, Türkiyə və sigər yerlərdən olan qarışıq müasir artistlərin işlərini nümayiş etdirir. Yerli istedadların bacarıqlarını əks etdirən incəsənət məkanı axtarırsınızsa qalereya bunun üçün mükəmməl yerdir. Burada rast gələcəyiniz işlərin bəziləri yenidir və onlar ilk dəfədir ki, ictimaiyyətə göstərilir.

+971 4 346 9305



Cartel


Dünyanın hər yerindən olan 60 dizaynerin təmsil olunduğu ultra-müasir konseptual məkanda incəsənət dəb ilə görüşür. Burada ticarət mərkəzlərində rast gələ bilməyəcəyiniz unikal parçaların alış-verişi ilə qalereya nümayişini birləşdirə bilərsiniz. Cartel modaya əsaslanan film ekranlaşdırma işləri, sərgilər və il ərzində olan mühazirələrə ev sahibliyi edir.

+971 4 388 4341

Al-Quoz-qaynar nöqtələr

424
Azerbaijani Dubai Corporation of Tourism & Commerce Marketing

Qrafik sifariş elementləri

Otelləri və uçuşları axtarın

Uçuşları axtar

Bunlar da xoşunuza gələ bilər
Kinokinuya Dubayda alış-veriş
Mədəni maarifləndirmə
Kinokinuya-da dünya cəvahirlərini oxuyun
LİME Spa
Sakitliyə səfər
LIME Spa-ya qurtulma
25 55 Café Bistro Yeni qida tendensiyası
Səhər yeməyi klubu
Get Nautical, 25 55 Café Bistro
iFly Dubay Dubayda paraşütlə tullanma
Cazibə qüvvəsini dəf edin
iFly Dubayda içəridə paraşütlə tullanın
"At.mosphere" Dubayda Restoranlar
Buludların üzərində nahar edin
"At.mosphere"-də naharın hündürlüyü