Dubai

Dubay Kosmetika alış-verişi

Dubay Kosmetika alış-verişi https://www.visitdubai.com/az/articles/arabian-beauty 20150906T072155 20161222T110713:636180016334730133 Dubayda alış-veriş

Dubay sürətlə kosmetika azarkeşləri arasında dünyanın ən birinci məkanlarından birinə çevrilir və Əmirlik qadınlarının qüsursuz qulluq və mükəmməl bəzənmiş üz istəyi bu inkişafda mühüm rol oynayır. Unikal kosmetika qəniməti əldə etmək istəyənlər yerli və beynəlxalq brendlərin geniş çeşidindən narazı qalmayacaq. Dubayda tanımağa dəyən brendlər barədə bələdçimizi nəzərdən keçirin.


Dubayda arzuladığınız kosmetika qənimətlərini haradan əldə etmək olar 

Bütün tendensiyalar, bilməyə dəyər yerli adlar və baş çəkməli mağazalar


Dubay, ənənəvi xına rənglərindən tutmuş Dubayın hava şəraitinə dözmək üçün nəzərdə tutulan məhsullara qədər müxtəlif çeşidli seçimləri ilə gözəllik həvəskarları üçün ilk seçimdir. Bilməyə dəyər meylləri, aşkar edilməli yerli brendləri və marşrutunuza əlavə etmək üçün mütləq baş çəkilməli butikləri diqqətinizə çatdırırıq.



Mikyajy


Mikyajy-ın dəb yönümlü xətlərinə əsas, maskara, sürmə və dəbdə olan rənglərdə və dəbdəbəli qutularda satılan dodaq rəngləri daxildir. Onların qaradan da qara sürməsi suya və rütubətə dözümlü şəkildə müasirləşdirilmişdir və qadınlara əsrlərdən qalmış ənənəvi sürmənin qıcıqlandırmayan tərkibi ilə gözlərini haşiyəyə almağa, yaxud Hollivud üslubundan ilham alaraq, yumşaq, qanad şəkilli alt lay vurmağa imkan yaradır - bu alt lay ərəb üslubuna əsasən daha böyük və uzun olmalıdır.


dubai-beauty-makeup-shopping-mikyajy


Wojooh


Bundan əvvəl "Faces" adlanan Wojooh Ərəbistanın Sephora brendinə cavabıdır və Benefit və Elizabeth Arden-dən tutmuş Guerlain və Dior kimi dəbdəbəli brendlərə qədər hər şeyi təklif edir. Wojooh-n öz, Wow by Wojooh xətti Əmirliklərdən olan müştərilərə halal sertifikatı almış dırnaq boyası, o cümlədən heyrətamiz rənglərdə pomadalar və sürmələr təklif edir.



Huda Beauty


Uzun, zil qara kirpiklər mütləq tələb olunan cəhətdir və əksər Ərəb qadınları həm həcmə, həm də uzunluğa nail olmaq üçün müxtəlif maskara laylarında istifadə edir və sonda, həddindən artıq böyük qırpılmaya nail olmaq üçün - hətta gündüz vaxtı - saxta kipriklər taxırlar. Yerli bloqqerdən kiprik kraliçasına çevrilmiş Huda Kattan brendinin bölgənin müxtəlif yerlərində Sephora mağazalarında satıldığını təmin edən cəmi bir neçə Ərəb sahibkarından biridir və onun Huda Beauty xətti daha böyük və cəsarətli gözlər yaratmağı nəzərdə tutan müxtəlif ölçülü saxta kipriklərdən ibarətdir.


dubai-beauty-makeup-shopping-huda-kattan


Bassam Fattouh


Dubayın müasir gözəllik meylinə Livan üslubu böyük təsir edir və şəhərin bir çox yerində - iş mərkəzindən dəniz kənarına qədər - böyüdülmüş dodaqlara rast gəlmək olar. Livanın kosmetika ustası Bassam Fattouh-un öz qələm və pomada xətti ilə cəmi bir neçə mərhələyə belə ultra-dolu dodaq görünüşünə nail olmaq olar. Dodaqlara təbii dodaq xəttinin üstündən xətt çəkilir və zəngin və piqmentli pomada ilə ("Matte Tricks" çeşidlərində olduğu kimi) rənglənir və bir anda nazik dodaqlar daha dolu görünüş alır.


dubai-beauty-makeup-shopping-bassam-fattouh


Maria Dowling


Saçlara gəldikdə, bizim şəhərimiz fenlə saçları qurulama və yaraşıq vermə salonları ilə doludur. Lakin evə qayıdanda da salon saçını yenidən yaratmaq istəyirsinizsə, mütləq Maria Dowling-in evdə xəttini alın. Maria-nın xəttinə daxil olan dərin təmizləyici Saç və Baş dərisi üçün gil səhra sakinlərinin Dubayda üzləşdikləri problemləri aradan qaldırmaq üçün nəzərdə tutulmuşdur və qum tozundan sonra qumla dolmuş saçları təmizləməyə və duzsuz suda yuyulmuş saçlara yumşaqlıq verməyə imkan yaradır.



Tatu Bijoux


Görünüşünüzü Dubayın sosial məşhurlarının mütləq tələb etdiyi cizgilərlə - müvəqqəti metal döymələrlə tamamlayın. Ənənəvi həna bədən sənətindən ilham almış qızıl və gümüş müvəqqəti döymələr sizin biləklərinizi, topuqlarınızı və əllərinizi bəzəyəcək. Bijoux-nun xətti zərif toy bilərziyindən və üslublu Ərəb qolbaqlarından tutmuş tam bel dizaynlarına qədər fərqlənir, bu döymələr vurulduqdan sonra, onlarla ehtiyatla davrandıqda 3-6 gün qalır.

456
Azerbaijani Dubai Corporation of Tourism & Commerce Marketing

Qrafik sifariş elementləri

Otelləri və uçuşları axtarın

Uçuşları axtar

Bunlar da xoşunuza gələ bilər
City Centre Deira Dubayda alış-veriş
Ailə üslubunda alış-veriş et
City Centre Deira-ya baş çəkin
Alserkal Prospekti - İncəsənət Rayonu İrs və Mədəniyyət
İncəsənət sahəmizi də kəşf edin
Alserkal prospektində qalereya turu, Dubayın gizli incəsənət mərkəzi
JA Jebel Ali Golf Resortda Qolf İrəli atılın
Əsl peşəkar kimi oyna
JA Jebel Ali Golf Resortda Qolf
Qızıl bazarı (Gold Souk) Dubay Möcüzələri
Parlayın
Qızıl Bazarında alış-veriş edin
Dubai Outlet Mall Dubayda alış-veriş
Öz təcrübəli alıcınızı yönləndirin
Dubai Outlet Mall-da sərfəli alış-veriş