Top

Ənənəvi Ərəb İçkilərinin bələdçisi

logo image
Ənənəvi Ərəb İçkilərinin bələdçisi https://www.visitdubai.com/az/articles/arabic-drinks 20170508T110506 20170814T165440:636383264803193140 İrs və Mədəniyyət Artıq Ərəb qəhvəsi ilə, nəzərəçarpacaq kafein dozası olan zəngin, qatı içki ilə tanış ola bilərsiniz, lakin diqqət tələb edən daha çox sayda Orta Şərq içkiləri mövcuddur. Çox sevəcəyiniz ənənəvi ərəb içkilərinin bələdçisi

Ərəb zövqünə badə qaldırın


Qəhvənin qonaqpərvərlik nişanı olduğu şəhərdə bir qədər "jellab" və ya dəvə südündən kapuçinonun dadına baxmaq yerli dadları və yerli ənənəni yoxlamanın mütləq hissəsidir. Həm unikal, həm də sərinləşdirici olan bu ərəb içkiləri çeçidləri ilə dad hissinizi həvəsləndirin.



Qəhvə


Dubay küçələrində gəzişdikcə tünd ərəb kofesinin və ya qəhvənin ( "qahva da tələffüz olunur") sizi izləyəcək. Ərəb qonaqpərvərliyinin simvolu olan qəhvə, adətən ədviyyatla birgə verilir və xüsusi tərzdə təqdim olunur. O, dallah adlanan klassik ərəb kofe qabından süzülür və böyük bir boşqab xurma ilə tutacağı olmayan kiçik fincanlarda təqdim olunur.

qəhvə



Karak çay


Qəhvə Ərəbistanda içkilərin şahi hesab olunsa da, çay da "karak çay" adı ilə böyük populyarlıq qazanmışdır. Karak sözü hind dilində "tünd" mənasına gələn "kadak" sözündən götürülüb. BƏƏ-nin Hindistan ilə tarixi köklərə dayanan ticarət və mədəni əlaqələrinin nümunəsi kimi bu ətirli, ədviyyatlı içkinin dadına şəhərdəki istənilən kafedə baxmaq olar.

inarticle-RajuOmlette

Jellab və qamardeen


Bir çox şeylərlə yanaşı Dubay öz günəşinə görə məşhurdur, odur ki, əksər içkilər sərin verilir. Klassik ərəb içkisi, üzüm bəhməzi ilə qızılgül suyunun qarışımı olan, küknar qozaları və kişmiş əlavə edilmiş jellabdır. O, qatı, ərikli içki olan qamardeen kimi Ramazan ayında sevilən bir içkidir.



Tamar Hindi

İsladılmış, əzilmiş dəmirhindi ilə su, şəhər və limon şirəsinin qarışımı olan bir içkidir. Tamar Hindi, bir qədər kəskin dada malik, mükəmməl şirin içkidir və adətən səyahət edən xırdavatçılar tərəfindən bütün Ləvəntdə satılırdı.

Tamar-Hindi



Laban və ayran


Dieta planlarına daxil edilmək üçün kifayət qədər sağlam hesab edilən laban sərinləşdirici ayrandan hazırlanır, Orta Şərqin hər yerində məlumdur və istənilən supermarketdə onu asanlıqla tapmaq olar. Sərinləşdirilmiş və duz qatılmış Ayran bölgənin daha bir sadə qatıqdan hazırlanmış içkisidir.



Nanə lemonadı


Sırf ərəb içkisi olmasa da, sərinləşdirici nanə qatılmış lemonadın həzm sisteminə kömək edir və mədə yanmasını aradan qaldırır. Bütün günü günəş altında gəzəndən sonra, bundan yaxşı sərinləmə üsulu ola bilməz.

Nanəli-Lemonad



Ərəb xüsusiyyəti əlavə edilmiş içkilər


Xurma ilə şirinləşdirilmiş süd kokteylləri, dəvə südündən kokteyl və kapuçinolar Dubay müasir menyusunda öz yerlərini tapmışlar. Al Fahidi Tarixi məhəlləsinin müxtəlif yerlərində yerləşmiş bir çox qeyri-adi kafe və çayxanalarda, məsələn Ərəb Çay EvindəXVA Gallery and Café kafesində yerlilərin bu sevimli içkilərinin dadına baxın.

346
banner image
Azerbaijani Dubai Corporation of Tourism & Commerce Marketing

İndi Yüklə

16+ yaş 0-15 yaş
TAMAM
Bunlar da xoşunuza gələ bilər
سوق المدينة
Ərəb üsulu ilə alış-veriş
Souk Madinat- (Madinat Bazarını) sınaqdan keçirin
Promenáda The Walk ve čtvrti Jumeirah Beach Residence Dubayda alış-veriş
Dəbli gəzin
JBR-də Walk ticarət mərkəzində alış-veriş edin
Atelier M Dubayda Restoranlar
Yaxşı və Böyük
Atelier M-də özünüzü təamlara qərq edin
Agentura The Yellow Boats Diqqət çəkin
Tam Sürətlə İrəli
Sarı Qayıqlarla gəzintiyə çıxın
مطعم الحظيرة
Şam yeməyi şousu
Səhrada "Al Hadheerah"-da nahar edin