Top

Dubayda münasib qiymətə yeməklər

Təmiz və qiymətli təamlar üçün bizim əsas məkanımız
Dubay çoxlu sayda mədəniyyətlərin yaşadığı yerdir, buna görə də burada təmiz, münasib qiymətə qidalanmaq mümkündür. Küçə yeməyi həvəskarları və kulinariya tədqiqatçıları razı qalacaqları təamları Dubayda ucuz qiymətə tapa biləcəklərindən məmnun olacaqlar.

1

Zaroob

Zaroob

Asan ərəb ləzzəti 

Əgər Dubay Beynəlxalq Maliyyə Mərkəzinin yaxınlığında qalırsınızsa, Fələstin mənşəli Zaroob kafesinin gözəl bağında dadlı ərəb yeməkləri verildiyini yəqin ki bilirsiniz. Burada isti falafel seçə, mana’oushe morsel-in dadına baxa, və ya digər ərəb klassik yeməkləri ilə birgə fatir də yeyə bilərsiniz. Daha sonra isə DİFC-dəki müasir  incəsənət qalereyaları arasında gəzişə bilərsiniz.
Əlaqə məlumatları
   Dubay Beynəlxalq Maliyyə Mərkəzi

  +971 4 403 8888
2

Dhou Dəniz Səyahətləri

Dhou Dəniz Səyahətləri

Dənizdə Nahar Edin

Dubay Marina və ya Dubay Körfəzində Dhou Qayıq Nahar Kruizi ilə naharı möhtəşəm qayıq turu ilə birləşdirmək imkanı əldə edirsiniz. Nahar adətən bufet üslubunda təklif olunur və bəzi qayıqlarda uşaqlar üçün əyləncə kimi ekstra xidmətlər təklif olunduğundan siz Dubay səmasını sakit şəkildə izləyə bilərsiniz. Populyar kruizlərə  Bateaux Dubai və Rustar daxildir.
Əlaqə məlumatları
    Bateaux Dubai- Dubay Körfəzi

  +971 4 814 5553


    Rustar Kruiz - Baniyas şossesi

  +971 4 395 7941
3

Bu Qtair Café

Bu Qtair Café

Ədviyyatlı dəniz yeməkləri

Jumeirah Balıqçılıq Limanında yerləşən bu Hindistan kafesi ləzzətli dəniz yeməklərini möhtəşəm bir mühitdə təklif edir. Qızardılmış balıq, BBQ kreveti, karrili balıq kimi klassik təamları sifariş etdikdən sonra  Burj Al Arab-ın şəklini çəkmək üçün Sunset Beach-ə gedin.
Əlaqə məlumatları
   Umm Suqeim 3, Jumeirah

  +971 55 705 2130
4

Tom&Serg

Tom&Serg

Mükəmməl bir "flat white" qəhvəsi için

Avstraliyalı kafe biznesmenləri Tom və Serg, incəsənət rayonu Al Quozda anbar üslublu kafe yaratmaqla bir yenilik ediblər. Balacalar üçün oyun sahəsinin də olduğu açıq hava kafesində salatlardan, sadə yeməklərdən və "flat white" qəhvəsindən zövq alın. Səhərlər brança gedin, daha sonra isə anqar üslublu qalereyalardakı ən son sərgilərə tamaşa etmək üçün möhtəşəm  Alserkal Prospektinə gəlin.
Əlaqə məlumatları
    Al Quoz

  +971 4 449 8579
5

Din Tai Fanq

Din Tai Fanq

Enerji dolu Tayvan mətbəxi

Tayvan mənşəli, Mall of the Emiratesdə yerləşən bu restoran bütün dünyada un məmulatı həvəskarlarının sevimli yeridir. Ski Dubai-a getməzdən öncə baş çəkməyiniz tövsiyə olunan bu məkanda verilən bol əriştə seçimi, ağız sulandıran xiao long bao və sadə tərəvəz xörəkləri yerli sakinlər tərəfindən çox bəyənilir.
Əlaqə məlumatları
Mall of the Emirates 
+971 4 265 1288
6

Calicut Paragon

Calicut Paragon

Hind Dadı 

Öz dadlı karriləri və münasib qiymətlərinə görə müsbət rəylər alan bu  hind restoranına hər axşam ac kütlə yığılır. Dadlı ispanaqlı pakodalar və pendirlə doldurulmuş göbələklər standart sifarişlər olsa da bu yerin bəzəyi dəniz qidalarıdır.  Krab masala, meyvəli manqo balıq karrisi və ya ədviyyatlı pomfreti tövsiyə edirik. Yeməyinizi tamamlamaq üçün ətirli biryani çayı əla seçim olardı.
Əlaqə məlumatları
Mattar Al Tayer binası, Karama
+971 4 335 8700
7

Ravi Restoranı

Ravi Restoranı

Ağız sulandıran Pakistan təamları 

Mədəniyyətlərin qarışım yeri olan Satwadakı bu layiqli  Pakistan kafesi bütün qrup insanların sevdikləri bir yerdir. Menyudakı bütün yeməklər yaxşıdır, amma biz ədviyyatlı qoyun ətindən hazırlanmış tikələri və ya cücəli  mughlai-ni (yumurta sarısı ilə qaymaqlı karri) daha çox tövsiyə edirik. Münasib qiymətə əsl küçə yeməyi təcrübəsi üçün bunları paratha çörəyi ilə tamamlayın.
Əlaqə məlumatları
2 dekabr küçəsi, Al Satwa
+971 4 331 5353
8

Al Ustad Özəl Kabab

Al Ustad Özəl Kabab

K hərfi, Kababı bildirir

Dubayın ən qədim restoranlarından olan bu fars incisində əsl, bəzək-düzəksiz İran təamları təklif olunur. Qədim üslublu dekor qəribə olsa da, kabablar ağzınızda əriyəcək. Meena bazarının maraqlı küçələrini gəzişməzdən öncə oraya, doyumlu bir nahar üçün gedin.
Əlaqə məlumatları
Meena Bazarı, Bur Dubai
+971 4 3971469