Dubay Çimərliklərindəki Ən İsti Yerlər

logo image
Dubay Çimərliklərindəki Ən İsti Yerlər https://www.visitdubai.com/az/articles/dubai-beachside-hotspots 20170312T115947 20181007T160656:636745252162026749 Günəş, qum və sörfinq

Gözəl çimərliklər, lüks çimərlik klubları, su kənarında restoranlar və sərin sörfçü kafelər Dubayda qış zamanı gəzməli yerlərdən sadəcə bəziləridir. "Əsl Dubay" rayonlarını, əla performans pit-stoplarını, gözəl kanalları və Dubayı məşhurlaşdıran digər memarlıq nümunələrini aşkar edin. Başlanğıc nöqtəsini seçin və şəhərin dənizkənarı qızğın yerlərinin rahat turu üçün Jumeirah şossesi boyunca aşağı sürün. 

Dubayın gözəl çimərlikləri və dənizkənarı isti yerlərinə bələdçi

Dubayın gözəl çimərlikləri və dənizkənarı isti yerlərinə bələdçi


Gözəl çimərliklər, lüks çimərlik klubları, su kənarında restoranlar və sərin sörfçü kafelər Dubayda qış zamanı gəzməli yerlərdən sadəcə bəziləridir. "Əsl Dubay" rayonlarını, əla performans pit-stoplarını, gözəl kanalları və Dubayı məşhurlaşdıran digər memarlıq nümunələrini aşkar edin. Başlanğıc nöqtəsini seçin və şəhərin dənizkənarı qızğın yerlərinin rahat turu üçün Jumeirah şossesi boyunca aşağı sürün.

in-article-Madinat-Jumeirah-Talise-Spa--yoga-on-the-beach-2


Lüksü sevən yerlilər


Daim genişlənməkdə olan Jumeirah Beach Residences (yerlilər tərəfindən şəfqətlə JBR adlanır) son illərdə kiçik çimərlikdən, üzü okeana olan restoranları, otelləri və təkmilləşdirilmiş çimərliyi olan gəzinti sahəsinə çevrilmişdir.

Harada nahar etməli? Harada başlamalı! Seçimlərə Michelin mükafatı qazanmış Tom Aikensin Pots, Pans and Boards adlı boşqab bölüşdürmə konsepsiyasının təklif olunduğu (Beach Mall; +971 4 456 1959) eləcə də, Seven Sands, bədəvi təamlarını təklif edən və sosial terrasın olduğu (The Walk; +971 4 551 6652) kimi Əmirliyin sevilən məkanları daxildir.

Daha sadə bir yemək üçün Rimal binasının (+971 4 448 6401) birinci mərtəbəsində yerləşən Cone Street-i () və ya canlı musiqi ifası, axşam bazarları, pərakəndə dükanlar, uşaqların oyun zonaları və bacarıq nümayişi oyunlarının olduğu, piyada səki ilə üzbəüz 1.7 km-lik çimərlik olan The Walk yaxşı seçim ola bilər.


Böyük Çarxlar Fırlanır


Su boyunca Ain Dubai-ın Bluewaters Island-da başlanğıcını görə bilərsiniz. Hazırda projektorların və kranların kütləvi şəkildə müşahidə edildiyi ərazinin 1 milyard dirhəm smeta dəyəri var və burada tikiləcək 260m hündürlükdə dünyanın ən böyük müşahidə çarxı bir dəfəyə 1400 sərnişini daşımaq gücünə malik olacaq.


Palmanın gücü


15 dəqiqəlik uzaqlıqda Dubayın ən yaxşı tanınan çimərlik xüsusiyyətlərindən biri, palma şəklində 78 km-lik sahil xəttinə malik dünyada insan əli ilə düzələn ən böyük ada olan The Palm Jumeirah yerləşir. Buranı tədqiq etmək üçün gövdə boyunca maşınla irəli gedin (və ya adanın yuxarıdan görüntüsünə baxmaq istəyirsinizsə tramvaya minin) və ən yuxarıda sola dönün. Yol kənarında maşını parklayın və Palm-ın sakinləri arasında da məşhur olan okean tərəfindəki yol ilə gəzərək aşağı düşün. Səmada tullanış edərək təkrar yerə enənlərə və Skydive Dubai-ın kiçik təyyarələrinin Dubai Marina üzərində manevr etmələrinə tamaşa etmək üçün geniş qumdaşı divarlarının üzərinə çıxın.

in-article-madinat-jumeirah-shimmers

Açıq Havada Abra


Palmaya və Al Sufouh Road–a doğru yol alan zaman Madinat Jumeirah-da avtomobilinizin qayğısına qalınması üçün park xidmətlərindən faydalana və Madinatın özəl çimərliklərinə kanal sistemi vasitəsilə getmək üçün uzun bir abra qayığından istifadə edə bilərsiniz. Günəş vannasından həzz almaq həvəsiniz varsa, biletləri resepşndan əldə edə bilərsiniz və ya arzu etsəniz çimərlikdə yoqa dərslərində iştirak etmək üçün günəş batana qədər ətrafda gəzişə bilərsiniz. Talise Spa-nı (+971 4 366 6818) təmsil edən akkreditə olunmuş yoqa təlimçilərindən birinin rəhbərlik etdiyi yoqa dərslərindən sonra Burj Al Arabın fonunda mükəmməl bir selfi edə bilərsiniz. Yoqa sinifləri daha sərin qış aylarında gündüz vaxtı da fəaliyyət göstərir. Günəş batımından sonra Shimmers-də (+971 4 366 6730 ) nahar ilə davam edin. Yenicə təmir olunmuş sadə çimərlik restoranı əsl yunan yeməkləri təklif edir və dalğalardan sadəcə bir neçə metr aralıdadır.

in-article-salt-Clare-Geeves


Çərpələnglər və Şirnilər


Əksər həftəsonlarında səmanın rəngarəng çərpələnglər ilə dolu olduğu Kite Beach-ə doğru yönəlin. Quruda bu mövzu davam edir və çərpələng və parayelkənçilər su səthindən bir neçə metr yuxarıya yüksəlir. Yerli burqer maşını Salt (Küçə 2D), qumluğa yaxın yerləşir; Amerika üslublu burqerləri və pendir qızartması günəş sevənlər üçün əla yemək deməkdir. Burger hazırlanan gümüşü rəngli Airstream markalı araba qoşqusu Dubayın Lotus peçenye dəbinin ilk məkanlarından olub və burada Salt restoranına məxsus karamelli biskviti spekulos və südlü kokteyllər müştərilər tərəfindən daima təkrar-təkrar sifariş verilib.

Sonra Jumeirah Road və xurma ağacları ilə əhatələnmiş Public Beach-dən yuxarıdakı küçə boyunca yerləşən Surf Café (4 346 6292 +971) səhər erkən oyanan padlbordinq, veyksörfinq və okeanda kayakinqlə məşğul olanların soyuq hazırlanmış qəhvə və əzilmiş avokado qızartması üçün bir araya gəldiyi bir məkandır. Və ya daha sonra nahar üçün bu məkana yaxınlaşın və qidalı giləmeyvələrin bir qabını sifariş edin və ya çəndən bir xərçəng seçin. Public Beach-dən (Dubayın açıq çimərliklərindəki yekun dayanacaq) piyada gedərək ictimaiyyətə açıq olan Jumeirah Məscidinəbaş çəkə bilərsiniz. Siz həmçinin Mədəni Anlaşma üzrə Şeyx Məhəmməd Mərkəzinin təşkil etdiyi tura qoşula bilər və mədəniyyət və din barədə öyrənə bilərsiniz.



Daha çox su kənarı fəaliyyəti axtarırsınız? Bizim görülməli işlər siyahımızı təqdim edirik.

659
banner image
Azerbaijani Dubai Corporation of Tourism & Commerce Marketing

İndi Yüklə

Flight search button
Böyüklər (18+) Members 16+ yaş Uşaqlar (0-17) Traverller Number 0-15 yaş
TAMAM
Hotel search button
Bunlar da xoşunuza gələ bilər
Deira-Covered-Souk Dubay bazarları
Parça Ovuna Çıxın
Deira Örtülü Bazarını Tədqiq Edin
Cocoa Room Yeni qida tendensiyası
Cocoa Room
Lüks səhər yeməyi
Neos Dubayda Restoranlar
Neos
Adidən 63 səviyyə yuxarı
Al Qudra Gölləri Dubayda ekoturizm
Saih Al Salam səhrasında təbiətin ortasında
Al Qudra göllərində təbiətin gözəlliyini kəşf edin
Bollywood Parks™ Atraksion və akvaparklar
Bollywood Parks™
Dubayda hind kinosunun sehri
Top