Dubai

Dubaydakı Ən Yaxşı Vegetarian Restoranları

Dubayda harada əla vegetarian yeməyi yeyə biləcəyinizi öyrənin
İstər çoxdanın vegetarianı, istərsə də yediyiniz ətin çəkisni nəzarətdə saxlyan biri olun, Dubay asanlıqla ləzzətli yeməklər kəşf edəcəyiniz bir şəhərdir. Ənənəvi vegetarian mətbəx nümunələri təklif edən xeyli sayda hind restoranları ilə yanaşı, əsasən bitkilərdən hazırlanan sağlıqlı təamlar təklif edən kafe və restoranlar, yeməyi ətsiz təsəvvür edə bilməyənlərin də Dubayda vegetarianlara xas ləzzətli yemək seçimləri edə biləcəyi anlamına gəlir. Ən yaxşı yerlərin seçimimizlə tanış olun
1

Rasoi Ghar

Bur Dubay

Rasoi Ghar

Bur Dubay

Əsasən qərbi Hindistan əyalətləri Gujarat və Rajasthan mənşəli vegetarian yeməkləri təklif edən bu ənənəvi, amma müasir restoranın hər gün dəyişən sabit qiymətli menyusu olur. Burada hind qonaqpərvərliyi ilə ev üslublu yeməklər verilir ki, onlar arasında saysız-hesabsız çərəzlər, hər gün dəyişən thali üslublu əsas yeməklər və desert çeşidləri var. Siz ehtimal ki, burada az tanınan gatte ki subzi (ədviyyatlı sousda un məmulatı); dahl baati churma (mərciməyə batırılmış qızardılmış çörək) və mango shrikhand (ətirli şirin qatıq) tapacaqsınız. 
Əlaqə məlumatları
Zainal Mohebi Plaza, Sheikh Zayed Bin Khalifa şossesi, Burjuman ilə üzbəüz, Bur Dubai
+971 4 388 5711
2

77 Veggie Butik

Jumeirah Lake Towers

77 Veggie Butik

Jumeirah Lake Towers

Qərbi Hindistan əyalətləri Gujarat və Rajasthandan əsasən vegetarian yeməkləri təklif edən bu ənənəvi amma müasir restoranın hər gün dəyişən sabit qiymətli menyusu olur. Burada hind qonaqpərvərliyi ilə ev üslublu yeməklər verilir ki, onlar arasında saysız-hesabsız çərəzlər, hər gün dəyişən thali üslublu əsas yeməklər və desert çeşidləri vardır. Siz ehtimal ki, burada az tanınan gattekisubzi (ədviyyatlı sousda un məmulatı); dahl baatichurma (mərciməyə batırılmış qızardılmış çörək) və mango shrikhand (ətirli şirin qatıq) tapacaqsınız. 
Əlaqə məlumatları
Lake Level, Tiffany Tower Cluster W, Jumeirah Lake Towers
+971 55 717 886
3

Quattro

Mankhool

Quattro

Mankhool

Adətən İtaliya və Meksika mətbəxləri vegetarianlıq ilə əlaqələndirilməsə də, Bur Dubaydakı bu yeni restoran anlayışlarınızı dəyişdirməyə hazırdır. Əslən Mumbaydan olan bu restoranda molekulyar qastronomiya üslubları, mövsümi inqrediyentlər, yaradıcı yanaşma tətbiq olunmaqla hətta ətin ən böyük həvəskarlarını da cəlb edəcək bir menyu təklif edilir. Tanınmış seçimlərə ədviyyatlı queso (təzə Meksika pendiri) və yaşıl çay ilə birlikdə "deconstructed minestrone" şorbası daxildir.
Əlaqə məlumatları
Aster Xəstəxanası ilə üzbəüz, Sharaf DG ilə yanaşı, Kuwait küçəsi, Mankhool
+971 4 2753179
4

Wild & the Moon

Alserkal Prospekti

Wild & the Moon

Alserkal Prospekti

Dubayın incəsənət rayonunda yerləşən bu müasir kafe (Alserkal Prospekti Al Quoz) əsas diqqəti saf, qidalı bitki əsaslı yeməklərə yetirməklə digərlərindən fərqlənir. "Wild and the Moon" kafesi ilk dəfə Parisdə detoks içkilər brendi kimi fəaliyyətə başlayıb. Amma qoy bu sizi həvəsdən salmasın - kafenin yaradıcı salatları, yağsız desertləri və faydalı şirə qarışımları çox ləzzətlidir. Əgər bunlar da yetərli deyilsə, müasir, içi tamamilə yaşıllıqla örtülmüş və təbii taxta mebel sizi məftun edəcək.
Əlaqə məlumatları
Alserkal prospekti, küçə 8, Al Quoz
+971 800 9453
5

Govinda’s

Karama

Govinda’s

Karama

Dubayın yeganə sattvik (bişirmə zamanı sarımsaq və soğandan istifadə etməyən Ayurveda konsepsiyası) restoranı olması ilə fəxr edən Govinda’s, hind, vegetarian, Çin və İtaliya yeməklərinin də olduğu çoxçeşidli menyuya malikdir. Menyuya dieta nəzərə alınmaqla aşağı kalorili, yüksək zülallı, vegetarian, qlütensiz və yağsız seçimlər daxildir. Saf, keyfiyyətli inqrediyentlərin yüngül bişirmə tərzi ilə birləşməsi sayəsində sağlıqlı yeməklərin dadsız olmadığının şahidi oluruq.
Əlaqə məlumatları
Regent Palace otelin arxasında, Burjuman Centre ilə üzbəüz, 4A küçəsi, Al Karama;
+971 4 4535259
6

Tidjoori

Dubay Marina

Tidjoori

Dubay Marina

Özünü Dubaydakı ilk bio-organik və veqan kafe kimi reklam edən Dubai Marinadakı bu kiçik kafe vegetarian burqerlər, pizzalar və şokolad tortu kimi çətin tapılan veqan məhsulları təklif edir. Qida kimi burada dekor da təbiidir, yarpaqlı bağda divar və sadə taxt mebel var. Kərə yağından (əslində bu tofudur) mayonezə və ketçupa qədər hər şey veqandır. Badam burgeri çiabatta, günəbaxan tumu və badam, avakado və çiy soğanla birgə verilir.
Əlaqə məlumatları
Trident Grand Residence, Dubai Marina
+971 4 553 1370
7

Rangoli Vegetarian Restoranı

Bur Dubay

Rangoli Vegetarian Restoranı

Bur Dubay

Bur Dubaydakı Meena bazarında (camaat arasında balaca Hindistan kimi tanınan) münasib qiymətli bu hind restoranında adam başına 25 dirhəmə məhdudiyyətsiz vegetarian thali yeməkləri təklif olunur. Hər bir thali sinisi bir neçə gümüşü qablardan ibarətdir ki, bu qabları da ziyarətçilər sarı dahl, noxud və kartof daxil olmaqla, rəngarəng karri əlavə edirlər. Sousla birgə yemək üçün çoxlu pappadum və chapati də təklif olunur.
Əlaqə məlumatları
Cosmos Lane, Meena Bazarı, Bur Dubai
+971 4 351 5873
8

Omnia Gourmet

Jumeirah

Omnia Gourmet

Jumeirah

Britaniyalı məşhur aşpaz Silvena Rowe-un şıq Osmanlı üslublu kafe və restoranı seçkin dadlar təklif etdiyinə görə şəhərin vegetarianları arasında sevilən yerlərdən birinə çevrilmişdir. Qurman Orta Şərqdən ilhamlanmış qəlyanaltılara bir sıra vegetarian və veqa yeməkləri, o cümlədən təbii yaşıl soya lobyası ilə kvinoa, limon-zirə vineqreti ilə qızardılmış soğan və avokado pesto ilə yunan balqabağından linquini daxildir.
Əlaqə məlumatları
Jumeirah Balıqçılıq Limanı, Dükan n1-15
+971 4 343 7181
9

Comptoir 102

Jumeirah

Comptoir 102

Jumeirah

Bu gözəl üslublu, fransız butikində çox çeşiddə vegetarian yeməkləri, şəkərsiz içkilər və südsüz smuzilər var. Səhər yeməyi həvəskarları buraya badam südlü, kokos şirəli, xurmalı və portağal qönçəli çia tumlu puddinq üçün gəlirlər. Bununla yanaşı bütün günü ərzində sizə enerji verəcək razyanalı, avakadolu, cəfərili, qozlu, günəbaxan tumlu, boranı tumlu və arqan yağlı salatlar da təqdim olunur.
Əlaqə məlumatları
102 Jumeirah Beach şossesi, Jumeirah 1
+971 4 385 4555
10

Saravana Bhavan

Bur Dubay

Saravana Bhavan

Bur Dubay

Əslən Hindistanın Chennai bölgəsindən olan bu müəssisə Dubayda bir neçə filialları olan beynəlxalq zəncir şirkətdir. Saravana Bhavan, öz münasib qiymətli cənubi Hindistan yeməkləri ilə özünə azarkeş kütləsi toplamışdır. Ədviyyatlı yemək həvəskarları dosa-ları polad qablarda bufet üslubunda verilən (düyü unundan lavaş), idli-ləri (dadlı düyü unu şirniləri) və thali-ləri (bir neçə kiçik qabda çoxçeşidli yeməklər) çox xoşlayacaqlar. Burada həmçinin şimali Hindistan üslublu vegetarian yeməklər və ənənəvi şirnilər də təklif olunur.
Əlaqə məlumatları
No.4&5, Al Khalifa Bin Saeed binası, Mashreq Bankın yaxınlığında, Bur Dubai
+971 4 353 9988