Top

Dənizdən Dubay Mənzərəsi

Dənizdən Dubayın ən yaddaqalan hissələrini - Dubayın fərqli simasını kəşf edin.
Müasir və qədim ənənələrə əsaslanan müxtəlif tədbirlər zamanı yelkən atın və şəhərin sahil xəttini tədqiq edin. Dubay məftunedici super avtomobilləri, özəl vertolyotları və yüksək texnologiyalı oyuncaqlarına görə tanınan bir yer olsa da, bir zamanlar bu şəhərdə Dubay Körfəzi boyunca insanları və ticarət mallarını daşımaq üçün abralardan istifadə edərdilər. Qondolalar oxşar sadə, lakin çox effektiv uzun qayıqlar olan abralar (və onlara oxşayan böyük yelkənli olan doular) etibarlı nəqliyyat vasitəsi kimi bu gün də istifadə edilir və Ərəbistana xas yaşam tərzini özündə təcəssüm etdirir. Abra kruiz ilə keçmişə səyahət edin.
1

Madinat Jumeirah

Madinat Jumeirah

BURJ AL ARAB-I ABRA QAYIĞI İLƏ SEYR EDİN

Madinat Jumeirah bazar və kurortunda bu qorunan ərazinin otellərini, villaları və restoranlarını insan əlinin məhsulu olan kanal vasitəsilə birləşdirmək üçün abralardan istifadə olunur. Sahildən keçən Madinat abrası ilə gəzintilər zamanı tam bir dövrəni başa vurmaq təxminən 30 dəqiqə çəkir və abralar limandan elə tez-tez yola düşürlər ki, səfər zamanı göyərtədə sizdən başqa heç kimin qalmadığını görə bilərsiniz.
Məkan ilə bağlı təfərrüatlar
  Madinat Jumeirah Bazar Abra Stansiyası (Trattoria Toscana ilə üzbəüz)
2

Dubay Körfəzi

Dubay Körfəzi

QƏDİM DUBAYI SUDAN SEYR EDİN

Vaxt öz əlinizdədir? Unudulmaz bir xatirə üçün Dubay Körfəzi boyunca aşağı səyahət edin. Burada əsrlər öncə olduğu kimi duzlu suyu olan körfəzdə abralar o yana bu yana üzürlər. Simvolik bir ödənişdən sonra ziyarətçilər yaxşı qiymətə bahalı daş-qaşlar və qızıl sikkələr, ekzotik parçalar və Yaxın Şərqə xas mətbəx qab-qacağı ala biləcəkləri Qızıl, Tekstil və Ədviyyat bazarları arasında gediş-dönüş səfərləri edə bilərlər. Bu gəzintini, Körfəzin o biri tayında "Dubai Creek Golf and Yacht Club"dakı terrasda içki ilə tamamlaya bilərsiniz.
Məkan ilə bağlı təfərrüatlar
  Dubay Qədim Bazarında Su Nəqliyyatı Stansiyası
3

Dubay Su Kanalı

Dubay Su Kanalı

DUBAYIN YENİ SU KANALINA DAXİL OLUN

Dubay müasirləşdikcə, su nəqliyyatı da simasını dəyişir. Dubayın ən yeni su kanallarından və onun ən ambisiyalı layihələrindən olan Dubai Kanalında yelkən atın. Ərəbistan körfəzindən Səfa Parkın içərisi ilə şəhərin tam mərkəzinə doğru üç kilometr uzanan və Business Bay-in mövcud suları ilə qovuşan yeni su yolu özünün ən geniş yerində 180 metrdir.

Kanalın fanatik dənizçilər, avarçəkənlər və kanoeçilər üçün açacağı yeni imkanlar bir yana, çimərliklərin bol olduğu Dubayın şəhər ərazisinə bir kilometr yarım uzunluqda yeni çimərliklər əlavə edəcəkdir. Əyləncəli yarmarka üslubundakı geniş səkilər, velosiped və qaçış yolları, dənizkənarı əraziyə xidmət edən üç yeni RTM metro stansiyası, yaxta klubu, "üzən" restoranlar və əlbəttə beş ulduzlu otellər də artıq yeni yaşayış rayonunun bir hissəsi olacaq. Yeni sahil xətti və marina formalaşmağa başladıqca, cəsur dizaynlar həyata keçdikcə həyəcan artmaqdadır. Layihənin 2019-cu ildə yekunlaşması gözlənilir.
Məkan ilə bağlı təfərrüatlar
  Dubay Su Kanalında Şəlalə
4

Dubay Marina

Dubay Marina

BÖYÜK ŞƏHƏRİN İŞIQLARININ ALTINDA KRUİZ EDİN

Eyni zamanda şəhərin ən yeni yerində, meqa-yaxtalar və şıq katerlər Dubai Marinada məskən salıblar. Əksər dənizçilik şirkətləri kapitanı, xidmətçisi və aşpazı olan tam heyətli gəmilər təklif edir və müştərilərin müraciəti əsasında marşrutlarını fərdiləşdirməyə hazırdırlar. Çox çeşiddə olan icarə şirkətlərindən birini seçin və ya yaxtanızı sifariş etmək üçün CharterClick kimi xidmətlərdən istifadə edin.
5

Ərəbistan Körfəzi

Ərəbistan Körfəzi

DUBAYIN GÖZƏL KÖRFƏZİNDƏ AÇIQ DƏNİZDƏN HƏZZ ALIN

Ərəbistan Körfəzi boyunca kruiz səyahəti zamanı Burj Al Arab yaxınlığında lövbər salın və arxa mənzərədə yelkən formalı otelin olduğu bir mühitdə, elə göyərtədə yemək yeyin və ya eksklüziv çimərlik kabanalarında öncədən rezerv etdiyiniz naharı dadmaq üçün World Islands və ya Lebanon Island-a gedin.

İdman həvəskarı olan cütlər göyərtədən çıxan zaman sürətli dəniz xizəyinin yüklənməsini sifariş edə bilərlər. Açıq dənizdə maneəsiz məkanda tam sürət yığa bilərsiniz. Günəş batan kimi Ərəbistan körfəzinə xas günəş batımının şəhərin aynalı göydələnlərində bərq vurmağına tamaşa etmək üçün kapitandan sahil xəttinə doğru getməsini xahiş edin.

Daha çox əyləncə axtarırsınız? Su əyləncələrini sevən cütlər üçün bizim unudulmaz su təcrübələrini sınayın.