Top
logo image
Dubayda elit şam yeməyi https://www.visitdubai.com/az/articles/dubai-high-end-dining 20150925T105320:635787752008138924 20170817T105000:636385638000281089 Dubayda Restoranlar Xüsusi bir gecə və ya tam bir bayram həftəsi üçün Dubayın ən yaxşı restoranlarından birində masa sifariş edin. Bilənlərin tez-tez baş çəkdikləri, şəhərin dad bilicilərinin damaq zövqünü oxşayan aşağıdakı elit restoranların hər birində yediyiniz yeməyin dadı damağınızda qalacaq. Dubayda bu ən yaxşı şam yeməyi təcrübələri üçün yer sifariş verin.

Dubayda çoxsaylı gözəl şam yeməyi təcrübələrindən birini seçə bilərsiniz - gözəl məkanları götürün, məşhur baş aşpazları əlavə edin və qarışdırın.


Xüsusi bir gecə və ya tam bir bayram həftəsi üçün Dubayın ən yaxşı restoranlarından birində masa sifariş edin. Bilənlərin tez-tez baş çəkdikləri şəhərin dad bilicilərinin damaq zövqünü oxşayan aşağıdakı elit restoranların hər birində yediyiniz yeməyin dadı damağınızda qalacaq.


La Petite Maison | yüksək keyfiyyətli fransız mətbəxi


2010-cu ildə açılan La Petite Maison bu gün də açıldığı həftə olduğu qədər dəbdədir. Masanıza yönləndirilməmişdən əvvəl restoranın aylıq gözləmə siyahısında səbirsizliklə növbələrini gözləməli olmuş müştərilərin, o cümlədən məşhurların, moda bloqqerlərinin və şəhərin bəzi böyük oyunçularının siyahısına nəzərə salmaq üçün barda ayaq saxlayın. Menyu Aralıq dənizi təmayüllü Provensal fransız mətbəxindən formalaşdırılıb, yeməklər, səxavətli porsiya ölçülərindən də göründüyü kimi, paylaşılmaq üçün nəzərdə tutulur. Favoritlərə süfrəyə ənginar və pomidorla birlikdə verilən duzda bişirilmiş lavrak, Fransa tostu və ədviyyatlı dondurmadır. 

Dubayda elit şam yeməyi

La Petite Maison

Gate Village 8, Dubai International Financial Centre

+971 4 439 0505


The Farm | şəhər vahəsi


Kafe şəhərdən bir qədər kənardadır, lakin bu müasir şəhər daldalanacağına- gizli bağa qədər maşın sürməyə dəyər. Sıx yaşıllıqlardan və zanbaqların bitdiyi göldən ibarət vahədə yerləşən restoran quru landşaftın əhatəsində yaşıllıq çoxdan arzulanan yaşıllıq sahəsi təklif edir. Bu nüfuzlu kafe "fermadan süfrəyə" fəlsəfəsinə sadiqdir, onun sağlam və faydalı menyusuna buğda ilə bəslənmiş limonlu rozmarinli toyuq kim yeməklər daxildir. Şənbə və bazar günləri üçün masa sifariş vermək üçün azı bir həftə əvvəl zəng vurun: nahar vaxtı masalar çox vaxt tutulmuş olur, üstəlik məkanda tez-tez toy şənlikləri keçirilir.

Dubayda elit şam yeməyi

The Farm

Al Barari Villas, Emirates Road

+971 4 392 5660


Nobu | dünya səviyyəli yapon restoranı 


Gəlin realist olaq - Nobunun daimi müştəriləri arasında keçirilən qeyri-rəsmi sorğu göstərir ki, çoxumuz bura şirin yuzu miso və yapon mətbəxinin dağlanmış qara treska balığı üçün gəlirik. Ləzzətli firma yeməkləri Nobunun Michelin ulduzlu şefi Matsuhisanin mətbəxində şübhəsiz şəfəq saçsa da, məşhur brendin labne və fatuş kimi ərəb ləzzətlərinin boşqablara yol tapdığı Atlantis palmadakı məkanında gizli saxladığı başqa hiyləgərlikləri də var. Xüsusən sakit axşamlarda möcüzəli bağ sahəsində masa sifariş edin.

Dubayda elit şam yeməyi

Nobu Dubai

Atlantis The Palm, Palm Jumeirah 

+971 4 426 2626


Table 9 | nəfis elit şam yeməyi


Keçmişdə Gordon Ramsey-də və hazırda bağlanmış Terre-də baş aşpaz kimi çalışmış Nik Alvis və Skot Prins qonaqlarını heyran etmək üçün öz elit şam yeməyi məkanlarını açırlar. Restoranın əsasını qoyan iki aşpaz artıq bu ideyanı davam etdirməsələr də, Daren Velvik (Ramsay-in daha bir yetirməsi) təkcə məşəli müvəffəqiyyətlə daşımağa davam etmir, həm də çeşidlərə öz ənənəvi Britaniya üslubunu əlavə edir. Menyu sirrləri ələ vermir və hər bir yeməyin yalnız bir əsas inqredienti göstərilir. Əlbəttə ki, mükəmməl işçi heyəti tərəddüd edən qonaqlara sağlamlığa yararlı ət qarışıqlarından ibarət yeməklər və mübahisəsiz ləzzətli desertlər arasından seçim etmək üçün yol göstərməyə hazırdır.

Table 9

Hilton Dubai Creek, Baniyas Road

+971 4 212 7551

458
banner image
Azerbaijani Dubai Corporation of Tourism & Commerce Marketing

İndi Yüklə

16+ yaş 0-15 yaş
TAMAM
Bunlar da xoşunuza gələ bilər
Кафе Zaroob Dubayda Restoranlar
Küçələrə
Zaroobda ərəb təamları