Top

İncəsənət sevənlərin Dubay bələdçisi

logo image
İncəsənət sevənlərin Dubay bələdçisi https://www.visitdubai.com/az/articles/dubai-local-knowledge-guide 20160905T162336:636086894163246704 20170814T165420:636383264600061302 Dubayın incəsənət qalereyaları

İncəsənət, əla yemək və mədəniyyət qarışımı olan yerləri sevirsinizsə, onda Hişam Samavi ilə oxşarsınız. Dubayın qabaqcıl incəsənət qalereyalarından birini təsis etmiş özəl sahibkar Hişam doğma evi hesab etdiyi şəhərdə müsafirlərlə öz sevimli yerlərini bölüşür.  

Dubayın mədəniyyət, yaxşı yemək və görməli yerlərlə dolu marşrutu

İncəsənət sevənlər üçün bələdçi


Hişam Samavi yarı-Suriyalı, yarı-Avstriyalı sahibkardır və 2006-cı ildən Dubayda yaşayır. 2008-ci ildə o, yerli incəsənət səhnəsinin inkişafını təbliğ edən, bölgənin aparıcı Ayyam Qalereyasını təsis etdi. Keçən il o, öz sahibkarlıq bacarığının yönümünü dəyişərək, Clinton Street Baking Company ənənəvi Nyu-York yeməkxanasının ilk forpostunu açdı və bu, şadlıqla qarşılandı. O, ərəb rəssamlarını dəstəkləməyi davam etməklə, bu brendi bölgə ətrafında inkişaf etdirməyi planlaşdırır.



Dostlarım şəhərə gələndə mən onları …


Clinton Street Baking Company yeməkxanasında səhər yeməyinə aparıram. Qızarmış toyuqla vafli yeməkxananın xüsusi xörəyi və mənim sevimli yeməyimdir.

Sonra biz əsas görməli yerlərə gedə bilərik – Burj Khalifa, Dubayın işgüzar mərkəzi və s., lakin mən həmçinin çimərlik boyu bulvarı olan Jumeirah Beach qəsəbəsinə getməyi xoşlayıram. Çoxlu qayıqlar olan Dənizkənarı bulvar (Marina Walk) da gözəldir. Mən həmçinin dostlarımı çoxlu gözəl dizayn və qalereya yerləri olan Al Quoz-a aparmağı xoşlayıram. Burada yeraltı yaradıcılıq hərəkatı müsafirləri həmişə təəccübləndirir.


dubai-local-guide-breakfast-Clinton-St-Baking-Co


Yerli mətbəxi ən yaxşı təmsil edən yerlər …


Jumeirah Emirates Towers-də Al Nafoorah və Dubayın İşgüzar mərkəzində Al Hamidieh-dir.


dubai-local-guide-authentic-emirati-al-nafoorah-restaurant


Dubayda sevdiyim nahar yerləri...


La Petite Maison [DIFC] - zərif nahar etalonu və Zheng He’s [Madinat Jumeirah] restoranlarıdır.

Mən həmçinin Karamada yerləşən Eric’s - kiçik Goa-Hind restoranının böyük azarkeşiyəm. Restoranların çoxunda sadəcə olaraq çərəz ala biləcəyiniz pula burada dörd nəfər üçün nahar ala bilərsiniz! Bur Dubayda İran kababxanası Special Ostadi daha bir gizli yerdir.



Yerli dizayner yaradıcılığı üçün mən…


Hər altı aydan bir təşkil edilən Fashion Forward tədbirini təklif edərdim. Onlar ən yaxşı yerli dizaynerlərin yeni kolleksiyalarını təqdim edirlər. Gözəl və qəribə bir yerə getmək istəsəm, yerli sahibkar tərəfindən açılmış S*uce butikini seçirəm.


dubai-local-guide-shopping-SAUCE-Wasl-Square-designer


Mənim fikrimcə mükəmməl suvenir …


Onlardan bəziləri həqiqətən gözəl orijinal incəsənət və məhdud sayda nəşr edilmiş şəkillərdir.



Dubayda ən romantik məntəqə…


Kite Beach qürub anında günəşin düz Burj al Arab-ın arxasında batdığını görməyə imkan verir. Adətən, səmanın fonunda çərpələng uçuranların siluetini, o cümlədən idman həvəskarlarını görmək olar. Fikrimcə bu gözəl mənzərədir.


dubai-local-guide-kite-beach-romantic-sightseeing


Dubay təqviminin ən yaxşı tədbiri…


Art Dubai (Mart 2016) tədbiridir. İlin bu vaxtını mən çox sevirəm, çünki bu zaman çoxlu əla incəsənət tədbiri keçirilir və dünyanın hər yerindən olan insanlar Dubayın təklif etdiyi ən gözəl şeyləri təcrübədən keçirməyə gəlir. Adətən hava da gözəldir.


dubai-local-guide-events-Art-Dubai


Mənim sevimli alış-veriş məkanım…


Dünyanın ən yaxşı alış-veriş nöqtələrindən biri olan Dubai Mall mərkəzidir. Onların bu sahəyə nə qədər sığışdıra bilməsi təəcüblüdür. Mən həmçinin çoxlu qəribə brendlərin olduğu Boutique 1-i də xoşlayıram.



Mənim sevimli mehmanxanam…


Address Downtown Dubay otelidir, çünki o, yaşadığım yerə elə yaxındır ki, həm də Dubayın bu hissələrinə mən daha tez-tez baş çəkirəm. Mən həmişə qonaqlarımı bu mehmanxanaya yerləşdirirəm.


dubai-local-guide-best-accommodation-The-Address-Downtown


Dubayda ən yaxşı incəsənəti görmək üçün mən …


Al Quoz-da yerləşən Alserkal Prospektinı gedirəm. O, Orta Şərq incəsənət səhnəsinin mərkəzindədir və Dubayda ilk qalereya burada açılmışdır.



Çiçəklənən incəsənət səhnəsinə dair fikirləriniz …


Ən maraqlısı odur ki, bu, Dubayda öz-özünə inkişaf etmiş bir neçə şeydən biridir. Onu yönəltmək vəzifəsini üzərinə götürmüş xeyli incəsənətə vurğun şəxs var idi. İcarə haqqı az olduğu üçün hər şey Al Quozda başladı, lakin bura sənaye zonası olduğu üçün o zaman [on il bundan əvvəl] siz hətta incəsənət qalereyası üçün lazımi lisenziya ala bilməzdiniz. Bu, yaradıcılıq əməkdaşlığı prosesi olmuşdur və o vaxtdan bəri xeyli dəstək də almışıq. Bu da hər şeyə həqiqətən də xüsusi cazibə verir.



Mənim hazırda sevimli rəssamlarım sırasına …


Son zamanlar Dubay metrosunun vaqonlarında gördüyümüz incəsənət bəzəklərinin müəlliflərindən biri olan Safuan Dahul (Safwan Dahoul) daxildir. Mən həmçinin Tammam Azzamı da xoşlayıram — o çoxlu gözəl, heyrətamiz əsərlər yaradan gənc, inkişaf edən rəssamdır.



Boş günüm olsaydı, mən …


Onu Jebel Əlidə Palm yaxınlığında çərpələng uçurtmaqla keçirərdim.

574
banner image
Azerbaijani Dubai Corporation of Tourism & Commerce Marketing

İndi Yüklə

16+ yaş 0-15 yaş
TAMAM
Bunlar da xoşunuza gələ bilər
Ripe Market Dubayın ərzaq dükanları
Orqanik Cümələr
Ripe Marketdə alış-veriş edin
Atelier M Dubayda Restoranlar
Yaxşı və Böyük
Atelier M-də özünüzü təamlara qərq edin
Salero Tapas & Bodega Dubayda Restoranlar
İspan üsulu ilə nahar
Eleqant kiçik ispan boşqablarında ziyafət
مركز تايمز سكوير للتسوق (Times Square Center) Dubayda alış-veriş
Tech Chic
Times Square Mərkəzində alış-veriş edin
مطعم Bateaux Dubai
Dənizdə Nahar edin
Bateaux Dubayda Nahar Kruizi