Top

Dubayın lüks təcrübələrini kəşf edin

Bu bənzərsiz macəralar ilə Dubayın ən yaxşı cəhətlərini aşkar edin.
Əgər Lüks Təcrübələr İstəyirsinizsə, Dubay bunu reallaşdıra biləcək bir şəhərdir. Fərdiləşdirilmiş ayaqqabılardan super maşın turlarına, VİP səhra əyləncəsinə və Ərəbistan Dənizində yaxta səfərlərinə qədər, Dubay diqqətcil turistləri xoşbəxt etmək üçün bir çox xidmətlər təklif edir. Şəhərdə olan zaman bunları təcrübədən keçirmək üçün bəzi yaxşı üsulları təqdim edirik. Lütfən nəzərə alın: bu macəralardan sonra lovğalanmamaq çətindir.
1

Səhra lüksü

Platinum Heritage

Səhra lüksü

Platinum Heritage

Həyatda bir dəfə olan səhra ekskursiyası

Dubayın aparıcı safari şirkətlərindən olan Platinum Heritage-in təklif etdiyi Platinum Luxury Desert Safari ilə heç vaxt olmayan tərzdə Səhranı sınaqdan keçirin. Yüksək səviyyəli bu premium safari sizi parlayan qum təpələri və ekzotik vəhşi təbiətin olduğu ən sakit məkanlara çatdıracaq. Krallara layiq bu məkanda ulduzlar altında dincəlin, təpələr boyunca aşağı düşün və ya lüks Range Rover ilə Dubay Səhra Qoruğunu tədqiq edin. Çox ləzzətli, altı yeməkdən ibarət nahardan tonqal qırağında həzz alın, eksklüziv əyləncə və lüksü qeyri-adi bir mühitdə yaşayın.
Əlaqə məlumatları
  Ofis 123, 3-cü mərtəbə, Oasis Centre, Sheikh Zayed şossesi
  +971 4 388 4044

2

VIP alış-verişi

Dubay Mall

VIP alış-verişi

Dubay Mall

Dəbdəbəli alış-veriş üçün

Yalnız Dubai Mall-un ən imtiyazlı müştərilərinə təqdim olunan "üstünlük verilən müştəri" qrupuna qoşulun. Eksklüziv siyahıya əlavə olunmaq, öz üzvlüklərini qoruyub saxlamaq üçün alıcılar bir ayda 100 000 dirhəmlik alış-veriş etməlidirlər. Bonuslara eksklüziv mall barına, parklama dəstəyi, yükdaşıma xidməti, xüsusi tədbirlərə və baxışlara dəvətlər və bütün mall boyunca qolf maşınında gəzmək imkanı daxildir. Orada olmuşkən, tam bir ayaqqabı alış-veriş məkanı olan Level Shoes-a baş çəkməyi unutmayın. Burada hətta kişilər üçün fərdi ayaqqabı seçimi, üstəlik alıcının arzusuna uyğun olaraq əl ilə düzəldilmiş klassik içliklər var.
Əlaqə məlumatları
  Dubai Mall, Downtown Dubai
  +971 4 362 7500

yourromanticgetaway-teardrop (1)
3

Lüks kruizlər

Ərəbistan Körfəzi

Lüks kruizlər

Ərəbistan Körfəzi

Dənizdə maraqlı vaxt keçirmək üçün

Burada yaşayan xaricilərin ən sevimli həftəsonu fəaliyyətlərindən biri Körfəzi qayıq ilə keçməkdir. Şəhərin sahili boyunca fərdi bir tura çıxmaq üçün lüks yaxta sifariş edin və istirahət səviyyəsini artırın. Xclusive Yachts qonaqların arzularına uyğun tam heyət və açıq proqram təklif edir. Günəş altında dincələrək və sahildən Dubayın göydələnlərinə tamaşa edərək dəbdəbəli bir istirahət keçirin. Və ya şəhərin işıqlarının qaranlıq düşəndən sonra yanmasını görmək üçün şam yeməyi kruizinə çıxın.
Əlaqə məlumatları
  Dubai Marina Yacht Club, Dubai Marina
  +971 4 432 7233

4

Şəxsi helikopterlər

Səmada

Şəxsi helikopterlər

Səmada

Tam bir lüks yaşamaq üçün

Tələsirsiniz yoxsa yol ilə səyahət edib narahat olmaq istəmirsiniz? Dubayın beş ulduzlu otellərinin öz vertolyot meydançalarına sahib olmalarının bir səbəbi var. Əgər helikopter ilə gəlməyi xoşlayırsınızsa Burj Al Arab ən lüks xəyallarını reallığa çevirmək istəyən və ya çay süfrəsinə tələsən qonaqlar üçün bu xidməti təklif edir. Səmalara yüksəldən bir təcrübə üçün müşaiyət xidməti vasitəsilə rezerv edin. Və ya HeliDubai vasitəsilə gəzinti rezerv edə bilərsiniz– onların VİP xidməti sizi otellərə, qolf kortlarına və hətta AVM-lərə qədər apara bilər.
Əlaqə məlumatları
  Jumeirah şossesi
  +971 4 301 7777
5

Kralların idmanı

Polo Club

Kralların idmanı

Polo Club

Krallara layiq dəbdəbə üçün

Kralların idmanı kimi tanınan polo Dubayda sevilən idman növüdür, axı Ərəbistanın atçılıq ənənələri hələ də kral ailəsi və digərləri tərəfindən sevilir. Burada keçirilən polo tədbirləri arasında BƏƏ-nin Vitse Prezidenti və Dubayın Hakimi Sheikh Mohammed Bin Rashid Al Maktoumun həyat yoldaşı Haya Bint Al Hussein-in himayədarlığı ilə keçirilən Cartier International Dubai Polo Challenge yarışıdır. Matçlar oktyabrdan aprelə qədər olan polo mövsümünün tam ortasında Desert Palm Resort-da keçirilir və qonaqlar günəşdən zövq alaraq sosiallaşırlar. Böyük Britaniyadan şahzadə Harri kimi yüksəksəviyyəli oyunçular daim bu beynəlxalq turnirlərdə iştirak edirlər.
Əlaqə məlumatları
  Al Awir şossesi, Warsan 2
  +971 4 323 8888

6

Delfinlərlə görüş

Atlantis, "The Palm"

Delfinlərlə görüş

Atlantis, "The Palm"

Dənizin ən dostyana canlıları ilə bir gün keçirin

Atlantis, The Palm-ın həm Dubayın möhtəşəm Palm Jumeirah bölgəsinə, Ərəbistan Körfəzinə və kurortun öz gözəl infrastrukturuna gözəl mənzərəsi açılır və dünya səviyyəli bu kurorta səfər sizə yeni dostlar da qazandıracaq. Heyvan sevərlər, okeanın ən dostyana heyvanı ilə üzbəüz görüşmək imkanı əldə etdikləri Dolphin Bay-də dincələ bilərlər. Xüsusi bir görüş üçün qonaqlar delfin sürüsü ilə birgə üzə və sonra akvaparkdakı su şirləri ilə əylənə bilərlər.
Əlaqə məlumatları
  Atlantis, The Palm, Crescent şossesi - Dubay
  +971 4 426 1030

yourromanticgetaway-teardrop (1)
7

Gözəl üslubda maşın sürün

Xəyallarınızın maşını

Gözəl üslubda maşın sürün

Xəyallarınızın maşını

Qoy baxsınlar

Polisin Lamborgini maşınlarından patrula çıxdığı bir şəhərdə şəhərin ali təbəqəyə məxsus nümayəndələri üçün idman maşınları vacib bir aksesuardır. Ferrarilər, Lamborginilər, Maseratilər və daha nələr təchiz edən VIP Luxury kimi təchizatçıların xidmətlərindən istifadə edə bilərsiniz. Dubayın Sheikh Zayed şossesində maşın sürən zaman və ya Jumeirah Beach Residence və Downtown Dubai ətrafında kruiz edən zaman göydələnlərə tamaşa edə bilərsiniz.
Əlaqə məlumatları
  Sheikh Zayed şossesi, Dubai
  +971 56 505 5216

8

Dünyanın ən zəngin yarışı

Dubay Dünya Kuboku

Dünyanın ən zəngin yarışı

Dubay Dünya Kuboku

Eleqant atçılıq üçün

1 milyon ABŞ dolları (3,673,000 dirhəm) mükafat fonduna malik, Meydan Yarış Cığırında keçirilən Dubay Dünya Kuboku dünyanın ən yaxşı atlarını, çaparları, təlimçiləri və həvəskarları hər il mart ayında Dubaya cəlb edir. Şəhər sosial təbəqəsinin nümayəndələri və həvəskarlar ilə bir arada vaxt keçirən zaman pavilyon çadırında yer rezerv edərək bu tədbirin bir hissəsinə çevrilə bilərsiniz. Əlbəttə bu yarış atlar ilə yanaşı dəb məkanıdır, odur ki, digərlərində gözəl təəssürat oyatmaq üçün gözəl geyinin - gözəl bir şlyapa və ya yadda qalan bəzək əşyası taxmağı unutmayın.
Əlaqə məlumatları
  Al Meydan şossesi, Nad Al Sheba - Dubay
  +971 4 327 0000

9

Zəngin desert

Scoopi Parlour

Zəngin desert

Scoopi Parlour

Lüks şirniyyatlar üçün Dubayda ən münasib məkan

Jumeirah Beach Road-da yerəşən Scoopi Parlour-da dünyanın ən bahalı dondurmasını 2,999 dirhəmə ala bilərsiniz. Onların Black Diamond dondurmasının tərkibində Madaqaskar vanili paxlası, İran zəfəranı, İtaliya qara trüfeli və 23 karatlıq yeyilə bilən qızıl yarpaqları var və dondurma, Versace qabında təqdim olunur. Əgər bu sizə görə çox bahalıdırsa onların konusvari Avropa şokoladı dondurması (15 dirhəm) lap yerinə düşər.
Əlaqə məlumatları
    Jumeirah Beach yolu, Umm Suqeim 2
+971 50 113 8497 
10

Sehrli Majlis kortu

Emirates Qolf Klubu

Sehrli Majlis kortu

Emirates Qolf Klubu

Peşəkarlar kimi qolf oynamaq üçün

Emirates Golf Club nəzdindəki Majlis kortunda öz gücünüzü sınayın və Tiger Woods, Rory McIlroy və Ernie Els (61 vuruş ilə mövcud rekordun sahibidir) kimi qolf dahilərinin yolu ilə gedin. Avropa Turunun ən çətin və layiqli raundlarından hesab olan 18 dəlikli kortun lanşaftı öz gücünə güvənən hər bir qolfçunun mütləq baş çəkməli bir yerdir. Karl Litten tərəfindən dizayn olunmuş bu kort Yaxın Şərqdəki ilk otlu kortdur və illik Omega Dubai Desert Classic yarışının keçirildiyi məkandır.
Əlaqə məlumatları
  Emirates Hills 2, Nakheel Metrosu yaxınlığında
  +971 4 417 9999