logo image
Şəhərdə Çimərlik Tətili https://www.visitdubai.com/az/articles/dubai-urban-beach-where-city-meets-sea 20170306T122924 20180826T140702:636708892222618792 Günəş, qum və sörfinq Dubay üslubunda bir tətil keçirin. Bu tətilə yüksək enerjili şəhər ab-havası və Ərəbistan Dənizinin gözəlliyi daxildir. Şəhər Ərəbistan Körfəzi boyunca uzanır və ağ qumlu sahillər elə qapınızın ağzındadır. Qızğın gecə həyatı və sahil kənarında alış-veriş səhnəsi, lüks kurortlar və dənizkənarı macəra idmanı ilə Dubay şəhər və dənizin ən yaxşısını özündə birləşdirir. Burada Əmirliyin ən yaxşı çimərlik məkanlarını təqdim edirik. Dubay, çimərlik tətilini qızğın şəhərdə keçirməyi təklif edən az sayda yerlərdəndir.

Dubay, çimərlik tətilini qızğın şəhərdə keçirməyi təklif edən az sayda yerlərdəndir


Dubay üslubunda bir tətil keçirin. Bu tətilə yüksək enerjili şəhər ab-havası və Ərəbistan Dənizinin gözəlliyi daxildir. Şəhər Ərəbistan Körfəzi boyunca uzanır və ağ qumlu sahillər elə qapınızın ağzındadır. Qızğın gecə həyatı və sahil kənarında alış-veriş səhnəsi, lüks kurortlar və dənizkənarı macəra idmanı ilə Dubay şəhər və dənizin ən yaxşısını özündə birləşdirir. Burada Əmirliyin ən yaxşı çimərlik məkanlarını təqdim edirik.




Rahatlandıran çimərlik klubları


Yalnız Dubayda bir dəqiqəyə dünyanın ən hündür binasına qalxa, o biri dəqiqədə isə çimərlikdə alkoqolsuz içkinin dadına baxa bilərsiniz. Şezlonqlar və gözəl musiqi Dubayın ödənişli çimərlik klublarında boldur, burada həm də gözəl şəhər və sahil mənzərəsi də var. Pearl Jumeira-da bəyaz, Miami mənşəli Nikki çimərliyində 14,000 kvadrat metr lüks dəbdəbə var və sürətlə Dubayın ən eksklüziv şəhər çimərlik məkanlarından birinə çevrilməkdədir. Zero Gravity, Dubay Marinada özəl bir çimərlikdə yerləşir və onun şüşə pəncərəli kənarsız hovuzu səmanı seyr etmək üçün mükəmməl bir yerdir. Rixos, The Palm's Eden Beach Club-dakı özəl kabanalar sıçrayışlı hovuza malikdir və burada şəhərə gözəl mənzərə açılır.


in-article-urban-beach-beachclubs-NikkiBeach

Çimərlikdə rəqs yerləri


Ayaqlarınız qumda, dünyanın ən məşhur DJ-lərinin musiqisinə qulaq asarkən günəş batımını izləyin. Dubay Marinada yerləşən Barasti-nin sahildəki məkanında DJ-lər elə qumluqda musiqilər ifa edirlər (burada əvvəllər DJ Jazzy Jeff və Vanilla Ice ifa ediblər). Zero Gravity-də çimərlik klubu ab-havası soyuq aylarda daha da gur olur. Burada "gündüzdən gecəyə" toplantıları, Paul Van Dyk, Erick Morillo və Sam Feldtin iştirak etdiyi One Big Friday keçirilir. Onlar uzun müddətdir Rudimental və Kings Of Leon kimi ifaçılarla açıq hava əyləncələri təşkil etməklə tanınan Atlantis, The Palmdakı Nasimi çimərliyinin yolu ilə gedirlər.


in-article-urban-beach-nightlife-zerogravitypool

Dəbdəbəli sahilkənarı kurortlar


Beş ulduzlu otellər və sahil kurortlarına ev sahibliyi edən Dubay çimərlikdə dəbdəbəli istirahət barədə geniş təcrübəyə malikdir. One&Only The Palm-ın saraya bənzər məkanını Palm Jumeirahda, West Crescent-in sonunda tapa bilərsiniz. Bura tənha hiss etdirəcək qədər uzaq olsa da, Dubay Marinadakı göydələnlərə heyrətamiz mənzərəyə malikdir. Villaların arası ilə kanalın keçdiyi Jumeirahdakı Al Qasrda və ya birbaşa otel otağından dalğalara və Burj Al Araba möhtəşəm mənzərəsi olan şəhərin yeni lüks kurortu Jumeirah Al Naseemdə dəbdəbə sərhədsizdir. Onların hər ikisi Madinat Jumeirahın restoranlarından və dükanlarında bir qayıq məsafəsindədir. Eyni zamanda Jumeirah Beach Residences-lərdə yerləşən "DoubleTree by Hilton"da təklif olunan kənarları görünməyən hovuzlarda kiçik körfəzə gözəl mənzərə açılır və əyləncə və alış-veriş rayonları The BeachJBR Walk-a gözəl mənzərə açılır.


in-article-urban-beach-hotels-Madinat_JumeirahAlQasr

Sahil kənarında alış-veriş yerləri


Əsas gəlir mənbəyi pərakəndə satış olan bu şəhər özünün iki sevdiyi xidmətini təklif edir. Açıq hava əyləncə rayonunda alış-veriş və çimərlik həyatı JBR-da yerləşən, Adventure HQ və Victoria's Secret kimi pərakəndəçilərin sahilə çox yaxın olduğu bu məkanda bir araya gəlir. Eyni zolaqda, JBR-da yerləşən restoranlar və xırda bəzək əşyaları satan, az tanınan restoranlar ilə doludur. Jumeirahda Sunset Beach-inKite Beach-in arxasında Sunset Mall, okeana baş vurub çıxandan sonra West LA Boutique-də piştaxtaları gəzən şəhərin ən üslublu alış-veriş həvəskarları üçün bir mərkəzə çevrilmişdir.


in-article-urban-beach-shopping-the beach

Macəralı çimərlikdə oyun meydançaları


Fəal həyat tərzini sürənlər və idman azarkeşləri üçün Dubay gözəl bir şəhər cənnətidir. Palm Jumeirahın kosmosdan necə göründüyünü heç təsəvvür etmisiniz? Qızılı rəngli sahil xəttinin, insan əli ilə düzəlmiş adaların və turkuaz rəngli dənizin yuxarıdan görüntüsünə baxmaq üçün Skydive Dubai's Palm dropzone ilə bir təyyarəyə minin. Burada hər il aprel ayında oyunların şahı Dubay Çimərlik Polo Kuboku keçirildiyindən, tamaşaçılar öz vaxtlarını səmərəli keçirə bilərlər. Eyni zamanda, Kite Beach və Sunset Beach-də gəzintiyə çıxa və şəhərə gözəl mənzərəsi olan SUP su idmanı növü ilə məşğul olmaq olar.


in-article-urban-beach-adventure-SkydivePalm

Acmısınız? Bu gözəl çimərlik məkanlarında təamların dadına baxın.

567
banner image
Azerbaijani Dubai Corporation of Tourism & Commerce Marketing

İndi Yüklə

Flight search button
Böyüklər (18+) Members 16+ yaş Uşaqlar (0-17) Traverller Number 0-15 yaş
TAMAM
Hotel search button
Bunlar da xoşunuza gələ bilər
IMG Worlds of Adventure Atraksion və akvaparklar
IMG Worlds of Adventure
Dünyanın ən böyük qapalı mövzu parkı
Bounce Dubai Qapalı məkanda əyləncələr
BOUNCE Dubai
Qapalı Batut Parkı
"Mazmi Coffee And More" Dubayda mətbəxləri kəşf edin
"Mazmi Coffee And More"
Körfəzə gözəl mənzərəsi olan lüks butik otel
Outlet Village Alış-veriş həvəskarları birləşin
Əla qiymətlərə məşhur şirkətlərin malları
Dəbdəbəli brendlərin mallarını heyrətamiz endirimlə alın
Dubay Su Kanalı Dünyaca məşhur attraksionlar
Dubay Su Kanalı
Dubayın sahil xəttinin uzanması
Top