Top

Dubayda mövzu parkları

Dubayın yeni mövzu parklarına dair bilməli olduğunuz bütün məlumatlar
Ən çətin xəyalları belə yerinə yetirmək üçün lazım olan böyük ambisiyalar və təcrübə ilə Dubay dünyadakı ən həyəcanlı oyun meydanına çevrilməkdədir. Əgər axtardığınız ailəvi əyləncə və ya tük ürpərdən həyəcandırsa burada hamısı var. Dünyanın ən böyük qapalı parkı olan "IMG Worlds of Adventure"ya üz tutun və ya özünün Motiongate Dubai, Legoland Dubai və Bollywood Dubai kimi parkları ilə bütün ailə üçün əyləncə təklif edən "Dubai Parks and Resorts"a baş çəkin.

1

IMG Worlds of Adventure

Kimlər üçün münasibdir: Həyəcan axtaranlar

IMG Worlds of Adventure

Kimlər üçün münasibdir: Həyəcan axtaranlar

DÜNYANIN ƏN BÖYÜK QAPALI MÖVZU PARKI

Yura Dünyası müəlliflərinin sözü ilə desək, “Park açıqdır”. Dubayın ən son, rekordlar qıran parkı 28 futbol meydançası böyüklüyündədir və biri tamamilə dinozavrlara həsr olunmaqla dörd zonadan ibarətdir. Temperaturuna nəzarət edilən qapalı yerdə yerləşən parkda 20-dən çox karusel və atraksionlar var və onların çoxu Marvel comic və Cartoon Network personajları haqqındadır.

Xüsusi karusellər: "Velociprator" amerikan təpəcikləri Dubayda ən hündür və ən sürətli amerikan təpəcikləri olub, qonaqları 2.5 saniyə ərzində 100 km məsafəyə - qədim dövrlərin cəngəlliklərindən səhraya daşıyır.

Həyəcan səviyyəsi: Dırnaqları çeynəmək dərəcəsində.
Əlaqə məlumatları
  Mohammed Bin Zayed şossesi, Dubailand

  +971 4 403 8888

2

Motiongate Dubai

Ən yaxşı kimin üçündür: Həyəcan sevərlər

Motiongate Dubai

Ən yaxşı kimin üçündür: Həyəcan sevərlər

İşıqlar! Kamera! Başla! 

Öz-özlüyündə blokbaster olan, Hollywood mövzulu bu məcara məkanında, Ghostbusters, Şrek və Aclıq Oyunları kimi filmlər daxil olmaqla 13 filmdən ilhamlanmış 27 attraksion var. Beş zonadan dördü Hollywood-un ən məşhur Dreamworks, Lionsgate və Smurfin yer aldığı Columbia Pirctures-ə həsr olunub.  

Əsas Atraksion: "Madagascar Mad Pursuit" parkdakı ən sürətli rollerkosterdir və Zoosters heyvanlara nəzarət məmuru Captain DuBois-nın əlindən qurtulmağa çalışarkən rollerkoster sizi sürətlə irəliyə aparır.

Həyəcan səviyyəsi: Qorxudan əsəcəksiniz.
Əlaqə məlumatları
  Şeyx Zayed şossesi, Palm Jebel Ali ilə üzbəüz

  800 2629464
3

Legoland Dubai

Kimin üçün nəzərdə tutulmuşdur: Balacalar. 

Legoland Dubai

Kimin üçün nəzərdə tutulmuşdur: Balacalar. 

BÜTÜN YAŞLAR ÜÇÜN MACƏRALAR 

Legoland Dubai-da leqo parçasının canlandığı bir yerdə dünyanı tədqiq edin 12 yaşa qədər uşaqları olan ailələr üçün münasib olan bu məkanda 40-dan çox karusel və 15 000 leqo modeli var. Bir çox attraksionlar uşaqlardan komanda işi, qayıq və ya maşın sürmək üçün bacarıqlarından istifadəni tələb edir. Lego City və yaxın şərq mövzulu Miniland daxil olmaqla, qapalı və açıq 6 məkandan ibarət bu ailəvi mövzu parkını qurmaq üçün 60 milyon Leqo parçasından istifadə olunub.

Ən önəmli attraksion:
  Orta əsrlərin Dragon rollerkosterinə minin və King's qəsrinin səhnələrinin arxasında gözəl mənzərələri seyr edin.

Həyəcan səviyyəsi:
Çox asan.  
Əlaqə məlumatları
  Şeyx Zayed şossesi, Palm Jebel Ali ilə üzbəüz

  800 2629464
4

Legoland Akvaparkı

Kimin üçün nəzərdə tutulmuşdur: Kiçik su pəriləri. 

Legoland Akvaparkı

Kimin üçün nəzərdə tutulmuşdur: Kiçik su pəriləri. 

AKVA ƏYLƏNCƏYƏ ATILIN

12 yaşına qədər uşaqları olan ailələr üçün tərtib olunmuş Legoland Akvaparkında leqo macəraları dünyasına baş vur. Qoy təxəyyülünüz 20 leqo mövzulu su sürüşkənlərində və attraksionlarında coşsun. Burada həmçinin dalğalı hovuz, körpələr üçün DUPLO su safarisi və öz leqo salınızı düzəldə biləcəyiniz asta axan çay da var.  

Əsas attraksion: Sal Düzəltmə Çayında uşaqlar yumşaq leqo hissələrindən istifadə edərək sal düzəldə və asta axan çay üzərində sal ilə üzə bilərlər.

Həyəcan səviyyəsi: Çox asan. 
Əlaqə məlumatları
  Şeyx Zayed şossesi, Palm Jebel Ali ilə üzbəüz

  800 2629464
5

Bollywood Parks™

Kimin üçün nəzərdə tutulmuşdur: Ustadlar. 

Bollywood Parks™

Kimin üçün nəzərdə tutulmuşdur: Ustadlar. 

BOLLİVUD SEHRİ CANLANIR 

Hindistanın qızğın Bollywood film sənayesinə həsr olunmuş mövzu parkı ilə Dubay fərqli bir dünyanı sizlərə nümayiş etdirir. Parkda 16-dan artıq kinofilmə həsr edilmiş karusel və atraksionlar, beş müxtəlif səhnədə 20 canlı şou, Hindistan yeməkxanaları, Bolivud Bulvarı və Mumbai Çouk da daxil olmaqla beş zona vardır.

Xüsusi atraksion: Parkın flaqmanı Racmahal Teatrı Yaxın Şərqin Brodvey üslublu Bolivud myuzikli Jaan-E-Jigar-ı nümayiş etdirir və 856-ə yaxın tamaşaçı tutur. 

Həyəcan səviyyəsi: Çox asan. 
Əlaqə məlumatları
  Şeyx Zayed şossesi, Palm Jebel Ali ilə üzbəüz

  800 2629464