Top

Dubayda Əmirlik Qidası

Harada yerlilər kimi yemək və yeni ərəb dadlarını aşkar etmək olar
Hindistan ədviyyatı, seçkin Levant təamları, fars inqridiyentləri və bədəvi həyat tərzi Dubay mətbəxinə təsir edəcək şəkildə birləşmişdir. Çeşidlər şəhərin mədəniyyəti kimi çox kozmopolitdir. Dubay Qida Festivalında sobalar qızışanda yemək ənənəsinə bələd olmaq üçün bu yerlərə getmək tövsiyə olunur.

1

Aseelah

Deira Creek

Aseelah

Deira Creek

Dubayın qədim hissəsinin mərkəzində yerləşən bu elit restoran ənənəvi təamlara müasir bir yanaşma ilə təqdim edir. Bu yanaşma özünü həm qum rənglərində, həm cut kəndirli qaf ağacında, həm də menyusunda özünü göstərir. 

Samak (ədviyyəli düyü ilə bişirilən balıq) kimi klassik təamlar ilə yanaşı, bol yemək çeşidləri insanda yerli inqridiyentlərin Avropa mətbəx və təqdimat üslubu ilə birləşməsi təəssüratı yaradır. Bu məkanda həmçinin ayrıca lounge sahəsi də var.

Dadına baxın: Otlarla bişirilmiş plovlu qabıqsız ərəb omarı, püre şəklinə salınmış noxud və razyanalı salat ilə

Əlaqə məlumatları
Radisson Blu Dubai Deira Creek
+971 4 550 8327
2

Logma

Boxpark

Logma

Boxpark

Dubayın ən maraqlı açıq-hava alış-veriş məkanlarından biri Boxparkda yerləşən busadə kafe əsl Khaleeji mətbəxi (körfəz yeməkləri) təklif edir. 

Bu fərah, müasir mühit chebab (Əmirlik piroqları) və khameer (pendir və xurma siropu ilə təklif olunan lavaş çörək) eləcə də Əmirlik üslubunda cücə və düyü kimi doyumlu yeməklərdən dadmaq üçün mükəmməl bir yerdir.

Nahar seçimlərinə salatlar, dadlı sendviçlər və əsl Əmirlik deserti olan luqaimat – karak çay (südlü çay) ilə yaxşı gedən şirin, xırtıldayan şirnilər daxildir.

Dadına baxın: Balaleet: zəfəranlı omlet ilə şirin vermişel 

Əlaqə məlumatları
Boxpark
+971 800 56462
3

Seven Sands

Çimərlik

Seven Sands

Çimərlik

Həm adı, həm də Arabesk dekoru ilə yeddi Əmirliyi ən yaxşı şəkildə tərənnüm edən bu zərif restoran Jumeirah Beach Residence ərazisində olan gözəl bulvar sahəsinə malikdir. Ənənəvi yeməklər qədim adət-ənənəyə uyğun şəkildə süfrəyə verilir, incə bir toxunuş və yaradıcı zövqlə təqdim olunur. Çox səxavətlidirlər! Səmimi bir ziyafətdən sonra, bir fincan çay içərək çimərlik mənzərəsini seyr etmək üçün geniş terrasa qalxın. 

Try:  Aishu laham: qurudulmuş lumu və zəfəranla dadlandırılmış düyülü, asta bişirilmiş quzu əti

Əlaqə məlumatları
The Beach, Dubai Marina
+971 4 551 6652
4

Yerli Təamlar

Umm Suqueim

Yerli Təamlar

Umm Suqueim

Təmirdən sonra yenicə açılmış bu rahat Jumeirah kafesində siz müxtəlif çeşiddə yeməklər vasitəsilə müasir Dubayı təcrübədən keçirə bilərsiniz. Burada içi doldurulmuş parafalar təklif edilir. Bu isə hind lavaşının Əmirlik sakinləri arasında populyarlığını göstərir. Digər nümunələrə Jumeirah khameer sendviçi (duza qoyulmuş cücə ilə Əmirlik çörəyi) və achar pastası (marinadlı pasta) daxildir. Əgər bu seçimlər sizə qəribə görünərsə, o zaman ləzzətli desertlər, yerlilərin sevdikləri süd şeykləri, xüsusi dəmlənmiş qəhvə ilə yanaşı ənənəvi yeməkləri də seçə bilərsiniz. 


Dadına baxın: Baith al tamait: pomidor və cəfəri ilə qayqanaq

Əlaqə məlumatları
Umm Suqeim 1, Jumeirah Beach şossesi
+971 4 388 3659
5

Al Fanar

Dubay Festival City

Al Fanar

Dubay Festival City

BƏƏ-də çoxlu restoranlar olsa da bu fisunkar restoran  külək qülləsi dizaynı, qədim üslublu fənərləri və real ölçülü bədəvi heykəlləri ilə qədim Ərəbistanın  həyat tərzini təcəssüm etdirir. Çox çeşidli menyuya malik, Balalit (şirin əriştə) və jesheed (ərəb ədviyyatları ilə körpə köpəkbalığı) təklif edən Al Fanar mükəmməl bir ərəb nahar təcrübəsi təklif edir. 

Dadına baxın: Şorbat adas: mərci şorbası

Əlaqə məlumatları
Jumeirah Town Centre və ya Dubai Festival City
+971 600 524646
6

Siraj

Al Bahar Bazarı

Siraj

Al Bahar Bazarı

Xüsusi təəssürat yaradan arkalar, ərəb xəttatlığı və at heykəlləri birləşərək bu Downtown məkanında Ərəb Gecələri üslubunda bir ab-hava yaradır. Qida isə isti xurma və kələm salatı; xərçəng kebbesi (ləzzətli yumru xəmir doldurulmuş); lavaşda verilən toyuq biryanisi; və ya 24 karat qızılı rəngli bal ilə masaya verilən mouhalabiya (Livan süd pudinqi) ilə ərəb-levant təamlarının müasir versiyasından ibarətdir. 

Try:
  Qril olunmuş zəfəranlı xərçənglər 
Əlaqə məlumatları

Al Bahar bazarı, Dubayın Mərkəzi
+971 4 513 6207

7

SMCCU

Əmirlik üslubunda səhər yeməyi

SMCCU

Əmirlik üslubunda səhər yeməyi

Al Fahididə yerləşən Mədəni Anlaşma üzrə Şeyx Məhəmməd Mərkəzi yerli mədəniyyət barədə öyrənə-öyrənə əsl Əmirlik mətbəxinin tam çeşidinin dadına baxmaq üçün əla bir yerdir. Mütəmadi turlar və məruzələr proqramı vasitəsilə, mərkəzin gözəl ticarət evinin həyətinin döşəkçəli döşəməsində dincələn ziyarətçilərə səhər yeməyi, nahar və ya şam yeməyi barədə məlumat verilir. Yeməklər, qədim reseptlər əsasında hazırlandığından, bədəvi yeməyinin ənənələri qorunur.

Nəyin dadına baxmalı: Ənənəvi ərəb qəhvəsi



Dubayın bənzərsiz nahar təcrübələrini kəşf edin və Dubay Qida Festivalında təklif edəcəyimiz ən yaxşı təamların dadına baxın.


Əlaqə məlumatları
Ev 26, Al Mussallah şossesi, Al Fahidi tarixi rayonu
+971 4 353 6666