Dubayda ulduzlar altında axşam brançı

logo image
Yemək üçün təzə vaxt https://www.visitdubai.com/az/articles/evening-brunch-dubai 20180122T154800 20181021T175809:636757414892345942 Dubayda mətbəxləri kəşf edin Daima bir yenilik təklif edən və yeməyinizi evdən kənarda yemək üçün yeni bəhanələr tapmaqda sizi mütəxəssisə çevirən Dubay restoranları heç vaxt heç kimin ac qalmasına imkan verməyən və ecazkar qürub və alatoran vaxtını əhatə edən və axşam üstündən başlayaraq yeyilən axşam brançları ilə tanınır. İkinci yemək mərhələsinə ehtiyacı olan, gecə gec saatlarına qədər oyaq qalan və günorta brançlarını xoşlayanlar üçün mükəmməl yeməkləri kəşf etmək üçün bizim ən üst səviyyəli restoranlarımızdan birində özünüzə yer rezervasiya edin. Dubayın yüngül və dolğun dadlı axşam "brançlarını" təqdim edirik

Dubayın yüngül və dolğun dadlı axşam "brançlarını" təqdim edirik


Daima bir yenilik təklif edən və yeməyinizi evdən kənarda yemək üçün yeni bəhanələr tapmaqda sizi mütəxəssisə çevirən Dubay restoranları heç vaxt heç kimin ac qalmasına imkan verməyən və ecazkar qürub və alatoran vaxtını əhatə edən və axşam üstündən başlayaraq yeyilən axşam brançları ilə tanınır. İkinci yemək mərhələsinə ehtiyacı olan, gecə gec saatlarına qədər oyaq qalan və günorta brançlarını xoşlayanlar üçün mükəmməl yeməkləri kəşf etmək üçün bizim ən üst səviyyəli restoranlarımızdan birində özünüzə yer rezervasiya edin.


Sparkling cümə brançı


"Ən son reseptlər", sınaqdan çıxmış branç formuluna daima sadiq qalır və bütün otaq boyunca uzanan canlı yemək bişirmə yerləri seçimi, steyklərin qızardıldığı açıq hava barbekyusu, yerli tərzdə ədəvalarla doldurulmuş toyuq, eləcə də təzə dəniz məhsullarının təklif edildiyi bar, salatlar və soyuq qəlyanaltılar üstəgəl çizkeykdən tutmuş ənənəvi dadlı Misir çörək pudinq tərzindəki Umm Ali desertinə qədər hər şeyin düzüldüyü desertlər masası təklif edir. Ailələrin sevdiyi əyləncələr, böyüklər üçün canlı musiqi və makaron dolu boşqablar arasında uşaqların başını qarışdıraraq, onları xöşbəxt edəcək okeana doğru baxan açıq terrasda uşaqlar üçün əyləncələri və oyunlar var.

Le Meridien Mina Seyahi, Al Sufouh Şossesi, Media City
hər cümə, 19:00-gecə yarıyadək
+971 4 399 3333


in-article-evebrunch-SparklingMeridien

Festa Italiana bazar günü axşam brançı


Dubay sakinləri Positano-nun cəlbedici bazar günü brançında zövqlü nahar şansı əldə edirlər. İtaliyanın sahil regionlarına xas mətbəx üzrə ixtisaslaşmış bu məkanda qonaqlar yeməyə lazanya, xərçəngin ətli quyruq hissəsi, qızardılmış iri krevetlər və Amalfi üslubunda dəniz məhsullarından hazırlanan yeməklərin daxil olduğu ana yemək menyusuna keçməzdən əvvəl, italyan məzələrindən ibarət assorti masasındakı məzələrdən dadaraq başlayırlar. Açıq mətbəxlərdə isə hazırlanma prosesini izlədiyiniz təzə ev üsulu makaron sizin üçün seçdiyiniz sous ilə gətirilir. Panna kotta, tiramisu və nənənin tərzində hazırlanan xüsusi tortlar dünyanın ən hündür otelində desert olaraq brançı qapamaq üçün sizlərə təqdim edilir.

Positano, JW Marriott Marquis, Biznes Körfəzi
hər bazar günü, 18:00-gecə yarıyadək
+971 4 414 3000


in-article-evebrunch-Positano-Spaghetti

Très Lazy Dəniz Qidası brançı

La Residence, Paris restoranlarının birbaşa dənizdən çıxarılan təzə dəniz məhsullarına müasir fransız yanaşmasını təqdim edərək, bu yaxınlarda axşam brançı üzrə qış mövsümünü yenidən açıb. Art-deko üslubundakı dekorasiyası, sayrışan şamdanları və tünd qırmızı rəngli dəri divanları ilə eyni zəriflikdəki hər dörd yeməyi əhatə edən menyu təzə açılmış istridiyələr, un və yağ çəkilərək hazırlanan Sakit okean kambala balığı və seçilmiş yeməklər arasında yavaş ocaqda bişirilmiş yerli səkkizayaqlı ilbizlə hazırlanan salat birbaşa masanıza təqdim edilir. Gecə yarısına qədər açıq olan məkandakı pianoçunun ifasında həzin caz melodiyaları gecə gec saatların DJ-nin Paris üslubundakı ritmləri sizi növbəti gün üçün əhvalını qaldırmazdan öncə yeməklərin yaxşıca həzm olunmasına kömək edəcəkdir.

La Résidence, Raffles Oteli, Umm Hurair
Hər cümə günü, 8-23:45
+971 4 396 2211


in-article-evebrunch-DIFC Firebird Blues Brunch2

Wednesday Night brançı


Lexus istiqamətində, İntersect-dəki bu həftəiçi axşam brançları Maliyyə Mərkəzinin aparıcı siyasətçiləri və iqtisadçılarını incəsənət məkanı təsiri bağışlayan, vizual olaraq diqqəti cəlb edən mətbəxdə iş yorğunluğunu çıxarmağa dəvət edir. Aşpazın fantaziyaları və bazar gününə xas tapıntılarına uyğun olaraq, beynəlxalq yeməklərin mütəmadi olaraq dəyişilən menyusuna malik İntersect restoranı bir həftə Fransız-Mərakeş, növbəti həftə isə Tailand yeməklərinə qonaq etdiyi ziyarətçiləri ilə "özünüzü yaxşı hiss edin mətbəxi" üzrə ixtisaslaşdığını iddia edir. Sıra ilə düzülmüş kitablar və bitkilər yerləşən yemək zalında masaya verilən çərşənbə günü gecəsinə xas branç, qonaqları nahardan əvvəl süfrəyə verilən başlanğıc qəlyanaltılara, sifarişlə hazırlanan ana yeməklərə və yeyə biləcyiniz bütün şirəli desertlər üçün seçim sərbəstliyi verir.

Gate Village 7, Dubay Beynəlxalq Maliyyə Mərkəzi
Hər çərşənbə günü, 19:00 - 23:00
+971 4 355 9524


in-article-evebrunch-intersect-brunch-20

Favela Chic brançı


"Spirito Lounge and Kitchen"-nin əla brançında nahar ilə rəqs birləşir Orijinal Cənubi Amerika mətbəxi özündə Kajun kreveti, limonla marinə edilmiş, kömürdə qızardılmış ət parçaları, şişdə quzu, acılı və manqo ilə hazırlanan muss kimi təamları birləşdirən xüsusi a la carte menyusu ilə öz köklərinə ehtiram ifadə edir. Orta ölçülü və böyük qruplar üçün mükəmməl olan bu şənlik parıldayan daşlarla bəzədilmiş paltarlar geyinmiş və lələkli baş geyimində olan əsl Braziliya karnaval rəqqasələri ilə açılır. Xəbərdarlıq: onlar masa arxasında əyləşən qonaqlara samba hərəkətlərini necə təkrarlamağı addım-addım öyrədirlər, odur ki, siz də rəqsə hazır olun.

Media One oteli, Dubai Media City
hər cümə günü, 20:00-gecə yarısı
+971 4 421 2679



Dubayın ən sevilən brançlarının dadına baxın və ya şəhərin ən qızğın restoranlarında təamların dadına baxın.

676
banner image
Azerbaijani Dubai Corporation of Tourism & Commerce Marketing

İndi Yüklə

Flight search button
Böyüklər (18+) Members 16+ yaş Uşaqlar (0-17) Traverller Number 0-15 yaş
TAMAM
Hotel search button
Bunlar da xoşunuza gələ bilər
default image Dubayda mətbəxləri kəşf edin
Dənizdə Nahar edin
Bateaux Dubayda Nahar Kruizi
Emirates NBD Mirvari Muzeyi Dubay muzeyləri
Dünyanı öz istridyənizə çevirin
Mirvari Muzeyinə gəlin
Kinokinuya Dubayda alış-veriş
Mədəni maarifləndirmə
Kinokinuya-da dünya cəvahirlərini oxuyun
The Meat Co Dubayda Restoranlar
Ət Sevərlər üçün
Meat Co istəyinizi təmin etməyə söz verir
Seawings Dubayda macəralı fəaliyyətləri kəşf edin
Səmaya qədər həyəcan
Seawings ilə tura qoşulun
Top