Dubai
Uşaqların sevəcəyi dörd məkan https://www.visitdubai.com/az/articles/four-places-the-kids-will-love 20150925T105619:635787753792138715 20161108T190040:636142284408378452 Qapalı məkanda əyləncələr

Ailəvi tətillər, uşaqların əylənməsi, valideynlərin istirahət etmələri və xoş zaman keçirmələri üçündür və Dubay, övladların həqiqətən əylənməsi üçün kifayət qədər seçim təklif edir. Burada, akvaparklardan tutmuş Ski Dubay və daha fərqli məkanlara qədər Dubayda uşaqların sevəcəyi dörd əsas məkan vardır.

Bura gəldikdə uşaqlarınızı aparmalı olduğunuz dörd gözəl yer

Qapalı məkanda xizək sürmək, su təpələrindən sürüşmək və daha nələr



Ski Dubay


Nə qədər qəribə səslənsə də bu səhra şəhərində həqiqətən xizək yamacı vardır. Emirates Mall-da yerləşən Ski Dubayda, dünyada ilk qapalı qara cığır (mürəkkəb xizəksürmə yamacı) da daxil olmaqla 22 500m2 qapalı xizəksürmə sahəsi vardır. Mürəkkəb xizəksürmə imkanları ilə yanaşı bu yamac, uşaqlar üçün də toboqqan yamaclar, ikicığırlı dağdan sürüşmə meydançası və hətta müəyyən fasilələrlə oynamağa çıxan Ski Dubayın sakinləri olan pinqvinləri görmək şansı kimi müxtəlif əyləncələr təklif edir.


uşaqların-sevəcəyi-dörd-məkan


"Wild Wadi" Akvaparkı


Bütün ailə üçün kifayət qədər həyəcanlandırıcı olan Dubayın əsil akvaparkı, ailələr arasında həmişə çox sevilir. Böyük yaşda uşaqlar və yetkin insanlar Jumeirah Sceirah da daxil olmaqla çoxlu su təpələrindən sürüşərək adrenalin ala bildikləri halda, azyaşlı uşaqlar dalğalı hovuzlarda çimməkdən və ailəvi oyun sahələrini kəşf etməkdən zövq alacaqlar.


uşaqların-sevəcəyi-dörd-məkan


KidZania


KidZania adlı atraksionlar parkı təəccüblü deyil ki, Dubayda uşaqlar üçün ən məşhur əyləncə məkanıdır. Dubay Mall ərazisində olan bu interaktiv əyləncə mərkəzində uşaqlar, real şəhər mühitində baş aşpazdan tutmuş, yanğınsöndürən və pilota qədər 80-dən artıq rolları təcrübədən keçirərək həm öyrənir həm də təcrübə əldə edirlər.


uşaqların-sevəcəyi-dörd-məkan


Dubay Akvariumu və Sualtı Zoopark


Digər bir uşaq yönümlü atraksion KidZaniadan çox uzaqda deyildir. Dubay Mall-da bir neçə eskalator aşağı endikdə siz təsirli Dubay Akvariumu və Sualtı Zooparkı görəcəksiniz. Köpəkbalıqları, skat balığı və nəhəng timsah kimi müxtəlif gözəl məxluqların evi olan bu geniş heyvanxananın ticarət mərkəzində yerləşdiyinə inanmaq çətindir. Həyəcana daha yaxın olmaq istəyən üzgüçülər üçün akvarium, qorxunc pələng köpəkbalıqları ilə üzbəüz gəlmək şansı verir. Əgər bu addım çox həyəcanlandırıcıdırsa sualtı qəfəs də təşkil oluna bilər.

uşaqların-sevəcəyi-dörd-məkan
257
Azeri Dubai Corporation of Tourism & Commerce Marketing

Qrafik sifariş elementləri

Otelləri və uçuşları axtarın

Uçuşları axtar

Bunlar da xoşunuza gələ bilər
Barasti Gecə uzun ikən rəqs edin
Bonanza Çimərliyi
Barasti-də Çimərlik Əyləncəsi
Dubai Outlet Mall Dubayda alış-veriş
Öz təcrübəli alıcınızı yönləndirin
Dubai Outlet Mall-da sərfəli alış-veriş
Su Macəra Əyləncəsinə 25% endirim Sövdələr
Su Macəra Əyləncəsinə 25% endirim
Dubayda Su Macəra Əyləncəsinə elə indi 25% endirim əldə edin
Boutique 1, Mall of the Emirates Dubayda alış-veriş
Boutik Şik
Boutique 1-də dəbdəbəyə daxil olun.
LİME Spa
Sakitliyə səfər
LIME Spa-ya qurtulma