Dubai

Açıq Havada Təzə Sağlıqlı Qida

Açıq Havada Təzə Sağlıqlı Qida https://www.visitdubai.com/az/articles/fresh-healthy-food-in-dubai 20161113T160410 20170123T125252:636207727726869538 Dubayda mətbəxləri kəşf edin

Dubay, sizə şəhərin qızğın və mənzərəli hissələrini təcrübədən keçirmək imkanı verən, artmaqda olan sağlıqlı yemək seçimlərinin geniş seçimini təklif edir.

Dubayda açıq havada sağlıqlı qidalanma seçimləri artmaqdadır

Dubayda açıq havada sağlıqlı qidalanma seçimləri çoxalmaqdadır



Təzə, yerli orqanik məhsullar və super məkanlar Dubaydakı sağlıqlı qida mədəniyyətinin əsasını təşkil edir. Jumeirah çimərliklərində Al Fahidi tarixi məhəlləsinin tarixi cığırlarına qədər, Dubayda soyuq sıxılmış şirələrdən Paleo salatlarına qədər hər bir şey var. Bizim sağlıqlı yemək məkanlarımıza artıq France’s Wild & the Moon və Cycle Bistro kimi evdə hazırlanan yeməklər təklif edən nadir yerlər daxildir. Odur ki, sağlam olun, aktiv olun və Dubayda mükəmməl bir qışdan həzz almaq üçün açıq havaya çıxın.


Life ‘N One


Dubayın yüksək-səviyyəli Jumeirah rayonunda, Life ‘N One öz orqanik və vegetarian kafesi ilə sağlıqlı və həyat-sağaldan bir məkandır. Daşlı yol ilə gedin və bu, tam təbii istirahət məkanında otluq və ya ağac gövdələrinin üzərində oturun. Təzə hazırlanmış təamların dadına baxmazdan öncə sağlamlıq (yoga, reiki və pilates bunlardan bəziləridir) dərslərinə getməyi unutmayın.

Nəyi sınamalı:
Günün sifarişi "Çiy yeməklər"dir. Keşnişli və ədviyyalı Tayland sousu ilə zukkini pastasının və badamlı, qozlu və günəşin qızartdığı pomidorlu çiy veqan piroqun dadına baxın. Azacıq şirin, amma az kalorili şirnilər üçün keşyulu, xurma və aqavalı çiy şokolad braunilərin dadına baxın.

Villa 5/1b, Jumeirah 1 (Magrudy’s-in arxasında)
+971 4 343 6676


life-n-one

Wild & the Moon


Paris küçələrində doğulan və yenicə Dubaya gəlib çıxan bu 100% orqanik ərzaqlar təklif edən restoran sadə bir məntiqə əsaslanır ki, o da "qidanın sağlamlığınıza, planetimizə uyğun olması və hər şeydən öncə çox dadlı olmasıdır". Səhər yeməyi, nahar və ya erkən şam yeməyi üçün gəlməyinizdən asılı olmayaraq siz həmişə Wild & the Moon-un həm içi həm də çölündə qızğın söhbət və gözəl səslər eşidəcəksiniz.

Nəyi sınamalı:
İmmunitetini gücləndirmək istəyirsən? Alma, portağal, şirin kartof, sarıkök, qara bibər və hildən hazırlanmış soyuq halda sıxılmış Tiger şirəsinin dadına baxın, bu isə özünüzü elə şirənin adı kimi hiss etmənizə səbəb olacaq. Ədviyyatlı avokado ilə mərci və kələm salatı sifariş edin, yaxud onların Bullet-Proof qəhvəsinin və enerji və maddələr mübadiləsini gücləndirdiyi iddia edilən küncüt, xurma, spirulina, kokos yağı, dəniz duzu və vanil toxumundan hazırlanan məşhur Solar Bars-dan birinin dadına baxın.

Alserkal Prospekti, Al Quoz
+971 4 343 3392


wild-and-moon

Cycle Bistro


Velosiped sürmə Dubayda yeni əyləncədir və xüsusi hazırlanmış cığırlar şəhər boyu hazırlanıb istifadəyə verilməkdədir. Cycle Bistro-da sağlıqlı qida və velosiped sürmək, dincəlmək və hər dişləkdən həzz almaq üçün geniş, günəşli ərazi var. Bu innovativ konsepsiyanın ideya müəllifləri Əmirlikdən olan Paleo həvəskarı və velosipdeçisi Xalid Al Zarooni və Cycle Hub dükanının sahibi Sam Sayadandır. Paleo dietası və velosiped sürmək Zarooninin həyatını dəyişdirmişdir. Sayadanın əla yerdə yerləşən dükanı isə ona yerlilər və ziyarətçilərlə öz yeni tapdığı kəşfləri bölüşmək imkanı verib.

Nəyi sınamalı:
Cycle Hub-dan bir velosiped icarəyə götürün və daha sonra onların qlütensiz, südsüz, şəkərsiz seçimlərə malik “95% Paleo” menyusundan həzz alın. Dadlı, qidalı, zülal dolu yeməklərə Xırtıldayan Quinoa Krevetka Piroqu, Ədviyyalı Cücə Döş Əti və ya orqanik tərəvəzli masala yeməyi Tərəvəzli Sabzi Kari daxildir.

Dubay Avtodromu Əsas Tribun Bölmə B6, Motor City
+971 4 425 3000


cycle-bistro

XVA Café


Dubaydakı ən maraqlı yerlərdən biri olan Fahidi Tarixi bölgəsi Dubaydakı ən qədim icma yeri olan Bur Dubayın tam ortasında yerləşir. Dubay Körfəzi ilə həmsərhəd olan, öz ənənəvi memarlığı və dolanbac yolları ilə Al Fahidi rayonu Dubaydakı ən vacib irs məkanlarından biri hesab olunur. Tam mərkəzdə isə öz orijinal külək qüllələri və yenicə təzələnmiş XVA Café ilə qürrələnən XVA oteli yerləşir.

Nəyi sınamalı:
Yaşıl açıq hava məkanında, bu sürpriz paket sürətli, dadlı və münasib qiymətli, sağlıqlı vegetarian menyusu təklif edir. Feta pendirli və narlı, nanəli və halumili tomat püresi və ya kuskusun dadına baxın. Nahardan sonra, körfəzin ən yaxşı sənətçilərinin yer aldığı XVA Gallery-yə baş çəkdikdən sonra isə Al Fahidi rayonunda gəzişin və 100 il bundan öncəki Dubay barədə təəssürata malik olun.



Tarixi Əl Fahidi MəhəlləsiBur Dubay
+971 4 353 5383


XVA-cafe

@Blend


Dubaya edilən heç biri səfəri Palm Jumeirah-sız təsəvvür etmək olmaz və bunu Dubayın yeni ekoloji təmiz qidalar təklif edən yemək məkanlarından birində pit-stop edərək həyata keçirsəniz sizin üçün bonus olar. @Blend yalnız qısa bir müddət əvvəl açılıb, bununla belə materikdən davamlı olaraq Palm-a gələn müştərilərin bura gəlişinə stimul verən öz yüngül və sağlam qida menyusu ilə onlara həzz bəxş edir. Bu işıqlı, havalı restoran dəniz elementləri ilə - okean mozaikası, xilasedici rezinlər və qəribə gəmi çarxları ilə zəngindir. Burada həmçinin yay günəşinin altında xoş vaxt keçirmək üçün rahat açıq hava məkanı da var.

Nəyi sınamalı:
"Sağlamlıq", "Fitnes", "Desert" və "Detoks" kateqoriyalarında təklif olunan meyvə kokteylləri bu məkanın üstün məhsuludur. Əgər bir az daha mühüm bir şey axtarırsınızsa, içərisinə yüngül ədviyyəli Tayland tunes balığı qoyulan dürməyin və ya mavi pendir ilə örtülən qırmızı kvinoa, avokado, ispanaq, soğan, xiyar və xırda pomidordan hazırlanan Superfood Q salatının dadına baxın. Zülala ehtiyacınız var? Asta bişirilmiş qızılbalıq əlavə edin.

Gülərüz və müdaxiləsiz xidmətin olduğu bu məkan Shoreline Beach klubda, the Palmın tam ortasında yerləşir, odur ki, Crescent-in digər tərəfinə getməli olmayacaqsınız. Amma istəsəniz tam Palm təcrübəsi yaşamaq üçün həmin yolu maşın ilə gedə bilərsiniz.

Shop 04, Shoreline Çimərlik Klubu, Palm Jumeirah
+971 4 514 8966


qarışıq-salat

Comptoir102


Burj Al Arab yolundan yalnız bir neçə kilometr kənarda yerləşir və bir neçə mil qızılı qumdan ibarət sahillərlə uzanan Körfəzə baxır. Səhər erkən və ya gecə gəzintisindən həzz aldıqdan sonra Comptoir102-ə baş çəkin.

Nəyin dadına baxmalı:
Əgər səhər yeməyi vaxtıdırsa, ərəblərin sevimlisi olan və Black Lemonade limonadı, ekstrim detoksikant, aktivləşdirilmiş kömür, limon şirəsi və ağcaqayın siropu ilə birgə masaya verilən və rukkola, nanə, zeytun və qoz ilə hazırlanan Panini kəsmiyinin dadına da baxın.

Daha sonra quakamole və ya ev üsulu ilə hazırlanan kətan toxumu krekerləri və ya üzərinə makadamiya sousu və yonca kələmi əlavə edilmiş avokado krostinisi ilə masaya verilən dəniz bitkiləri pestosunun dadına baxın. Özünü izlə üzməyə bir şey gətirin, çünki yeməkdən əvvəl özünüzü dalğaların qoynuna atmaq istəyəcəksiniz. Qarabaşaq yarması blinlərindən tutmuş Cat’s Claw (Pişik Pəncəsi) tozu kimi yerli məhsullara qədər taamların dadına baxmaq üçün orqanik ərzaq məhsulları satılan mağazada ayaq saxlamağı unutmayın.

102 Jumeirah Beach şossesi, Jumeirah 1
+971 4 385 4555


comptoir102

Dubayın ən yaxşı çimərlik kafelərində dəniz mehini içinizə çəkin və ailələr üçün ən yaxşı açıq hava məşğuliyyətlərini sınayın.

973
Azeri Dubai Corporation of Tourism & Commerce Marketing

Qrafik sifariş elementləri

Otelləri və uçuşları axtarın

Uçuşları axtar

Bunlar da xoşunuza gələ bilər
Pierchic restoranı Yeni qida tendensiyası
Romantik və Eksküziv Mühitdə Nahar Edin
Pierchic-i Kəşf Edin
Dubay körfəz turu Dubayda Səhra Macəralarını kəşf edin
Yaxın Şərqi hiss edin
Dubay körfəz turu ilə səyahətə çıxın
Etihad Muzeyi Dubay muzeyləri
İndi Açıqdır: Etihad Muzeyi
BƏƏ-nin müasir tarixi
Palm Jumeirah Dubay Möcüzələri
Həqiqi vadinin şahidi olun
Palm Jumeirah-nı aşkar edin
Al Sahra Desert Resort Atçılıq Mərkəzi Dubayda Səhra Macəralarını kəşf edin
Səhra Üzərində At Sür
Səhra Boyunca At Belində