Top

Dubayın ən gözəl fotogenik məkanları

logo image
Ən gözəl poçt markaları https://www.visitdubai.com/az/articles/photogenic-spots-in-dubai 20160228T114925 20170814T165251:636383263714564502 Yeni qida tendensiyası

İnstagramda sizi izləyənləri bu bərq vuran fotogenik şəhərin gözoxşayan şəkilləri ilə başdan çıxarın. Bunlar, fotoqraflar üçün mükafata layiq #nofilter Dubay şəkilləri çəkmək üçün kadra alına biləcək ən gözəl yerlərdir.

Dubayda fotoşəkil çəkmək üçün ən yaxşı yerlər

Şəhərimizin heyranedici foto çəkdirmək üçün ən gözəl məkanları


Avanqard üslublu memarlıq abidələri, ağ qumlu çimərlikləri və səhra qürubu ilə heç bir şəhər Dubay qədər fotokamera çəkilişlərinə hazır deyil. Bu şəhərin hər yerindən maneəsiz görünən Burc Xəlifə, Palm Jumeirah və Burc Əl Ərəb kimi dünyada tanınmış şəkillərini sadəcə haradan çəkmək lazım olduğunu bilmək lazımdır.

The_Observatory Müşahidə məntəqəsi

Helikopter kirayələməyi və ya Skydive Dubai ilə təyyarədən tullanmağı nəzərə almasaq, Palm Jumeirahın Dubay Marinadakı ən hündür barından görünən mənzərəsindən daha yaxşısını tapa bilməyəcəksiniz. Dubai Marriott Harbour otelinin 52-ci mərtəbəsində yerləşməklə o, döşəmədən tavanadək olan pəncərələri vasitəsilə insan əli ilə salınmış adaya və Atlantis, The Palm otelinə açılan gözəl mənzərəyə malikdir. Qürubdan öncə gəlin və pəncərə önündə münasib bir yer tutaraq səmanın dəyişməsini kadrlarda əbədiləşdirin.

Dubai Marriott Harbour oteli, Al Sufouh Şossesi, Dubay Marina
+971 4 319 4000


dubai-photographers-instagram-spots-photogenic-armani-hotel-(1) Armani/Hashi restoranı

Burj Xəlifə otelinin aşağı hissəsində dayanıb misli-bərabəri olmayan mənzərəni müşahidə edin. Armani/Hashi yapon restoranında bütün istiqamətlərə açılan mənzərələr, o cümlədən diqqəti cəlb edən Dubay Fəvvarəsi və Al Bahar Bazarı da daxil olmaqla valehedicidir. Başınızı qaldırıb yuxarı baxmağı unutmayın!

Armani oteli, Downtown Dubay
+971 4 888 3888


dubai-photographers-instagram-spots-photogenic-jumeirah-beach-hotel
360°

Adından göründüyü kimi açıq havada yerləşən dairəvi restoran Ərəb körfəzinə, Burc Əl Ərəbə və Jumeirah Beach otelinə açılan 360 dərəcəlik mənzərəsi ilə insanı valeh edir. Toranlıq düşəndə və şəhərin məşhur oriyentirləri dramatik şəkildə suyun üzərində əks olunaraq zəngin rəng çalarları altında bərq vuranda, gözünüzü buradan çəkməyin—bu cür ponorama çəkilişlərinin həyata keçirilməsi üçün bura ideal yerdir.

Jumeirah Beach Oteli
+971 55 500 8518


dubai-photographers-instagram-spots-photogenic-burj-al-arab Skyview Barı

Burc Əl Ərəbə birbaşa baxmağın daha yaxşı üsulu onun içərisində olmaqdır. 27-ci mərtəbədən Dubayın sahil mənzərəsinə tamaşa etmək üçün Skyview Barına baş çəkin. Mavi suların və ağ qumların daha gözəl fotoşəkilərini çəkmək imkanı əldə etmək üçün gün ərzində gəlib çay süfrəsi sifariş etməyinizi tövsiyə edirik.

27-ci mərtəbə, Burc Əl Ərəb
+971 4 301 7600


dubai-photographers-instagram-spots-photogenic-desert-shot-(1) Səhrada qürub

Offroad sizin üçün kifayət qədər əyləncəli deyilsə, fantastik qürub selfiləri çəkin Təbii ki, əyləncəli səhra safarisi üçün qeydiyyatdan keçməklə. Ulduzlar altında, qum təpələrinin üzərində şəkil çəkdirərkən qırmızı qum arxa fonu təşkil edəcək - bu sizin səfər ərzində çəkdirdiyiniz ən sevimli fotoşəkliniz ola bilər. Səhranın gözəlliyinə tamaşa edin və qrupla bir yerdə tullanaraq havada şəkil şəkil çəkdirməyə vaxt ayırın.


dubai-photographers-instagram-spots-photogenic-thiptara-terrace-(2) Thiptara

Əgər Tailand mətbəxinin vurğunusunuzsa, haqqında deyilən tərifdən daha artığına layiq olan Thiptara restoranda əyləşin. Bu sözün tərcüməsi "su yaxınlığında möcüzə" kimi səslənir. Dünyanın ən hündür qülləsinin fonunda rəqs edən fəvvarə şousuna açılan mənzərəsi ilə bu restoran öz adından yuxarıya yüksəlib.

Birinci mərtəbə, The Palace Downtown, Dubay
+971 4 888 3444

Dubayda unikal nahar təcrübəsi axtarırsınız? Dubayın romantik restoranlarının birində unudulmaz gecə keçirin və ya qum səhralarında sığınacaq taparaq, səhrada eksklüziv nahardan ləzzət alın.

440
banner image
Azerbaijani Dubai Corporation of Tourism & Commerce Marketing

İndi Yüklə

16+ yaş 0-15 yaş
TAMAM
Bunlar da xoşunuza gələ bilər
Кафе Zaroob Dubayda Restoranlar
Küçələrə
Zaroobda ərəb təamları