Dubai

Ramazan dəb kolleksiyası

Fashion Forward sərgisi https://www.visitdubai.com/az/articles/ramadan-fashion 20170508T110521 20170508T211713:636298750339359121 İrs və Mədəniyyət

Ramazan Dubayda ən önəmli dini bayram və ailəvi toplantılar üçün vacib vaxtdır. Bu, fikrində dəbə xüsusi yer olanlar üçün, bir çox tanınmış beynəlxalq və yerli dizaynerlərin Ramazandan ilham alaraq hazırladığı eksklüziv kolleksiyalar üçün əsl vaxtdır. Ziyarətçilər üçün bu, yalnız regiona xas, həqiqətən bənzərsiz mallar almaq imkanıdır. 

Eksklüziv Ramazan dəbi üçün harada alış-veriş etməli

Ramazan alış-verişi


Dubayda ən əhəmiyyətli dini mövsüm olan Ramazan həm də yaxınlarınız üçün yeni paltar və hədiyyələr aldığınız vaxtdır; tanınmış beynəlxalq və yerli dizaynerlər Ramazandan ilhamlanmış eksklüziv kolleksiyalar təqdim edir və dərzilər də sifariş əsasında Ramazan Bayramı üçün gözəl libaslar hazırlamaqla məşğul olurlar. Bu, qonaqlar üçün xüsusi iftar və sahur vaxtı geyilən regiona xas, krallara layiq xüsusi paltarları almaq üçün şansdır.



Endemage


Lubna və Nadia Al Zakwani kimi dizaynerlər tez-tez öz dizaynlarında xurma palması formasına əsaslanan irs və təcrübələrdən ilham alırlar. Tül, şifon, krep və orqanza ilə hazırlanmış kolleksiya özü özlüyündə romantik bir əhval-ruhiyyə yaradan işıqlı və şux xarakterə malikdir. Yumşaq rəng palitrası yüngül, şəffaf parçalar ilə canlanır və üst-üstə düşən siluetlər çarpaz xurma palması budaqlarını əks etdirir.

Design 971 Boutique, Dubai Mall

Ramadan-Fashion-inarticle-Design-971



Arwa Al Banawi


Arwa Al Banawi-nin Ramazan kapsul kolleksiyası Ərəb yarımadasının dəbdəbəli olmayan keçmişi, zəngin irsi və böyük nailiyyətlərindən ilham alır. Arwa gözəl kaşmir pambıqdan hazırlanan fransız zaponkaları ilə həm güclü həm də zərif cinsə xas xüsusiyyətləri özündə birləşdirən iri ölçülü paltar siluetində ənənəvi ərəb geyimi olan taubu yenidən canlandırır. Səhra təsvirləri olan bir sıra rənglər qrupu arasından sevdiyinizi seçin və ərəb xəttatlıq nümunələri ilə bəzədilmiş yüngül şərflər ilə öz görünüşünüzü tamamlayın.

Ramadan-Fashion-Ramadan-Fashion-inarticle-ARWA-AL-BANAWI



Symphony


Dubai Mall-dakı bu butik Alexis Mabille, Zero Maria Cornejo, Stella Jean və İsa Arfen kimi eksklüziv beynəlxalq dizaynerlərə məxsus seçimləri bir araya gətirir. Bütün dizaynerlər Ramazan estetikasına uyğun hazırlanmış xüsusi kaftan xalatlar dizayn ediblər ki, üzərində tamamilə unikal naxışlar olan bu xalatları ilin bütün mövsümlərdə geyinmək olar.

Symphony, Dubai Mall

Ramadan-Fashion-inarticle-Symphony



Mango


İspan markası BƏƏ-də uzun müddətdir ki, populyardır və eyni sözləri onun illik Ramazan kolleksiyası barədə də demək olar. 8 iyundan başlayaraq ancaq bu regiondan satılacaq çeşidlərə uzunqollu maksi paltarları və geniş palazzo şalvarları kimi məclis paltarları daxil olacaq - Dubayda iftar və sahur üçün əla paltarlardır.

Dubayın bir çox yerində müxtəlif məkanlar



Harvey Nichols


Hər zaman yüksək-səviyyəli xidməti ilə seçilən Harvey Nichols, artıq ikinci dəfədir ki, Ramazana özəl qısamüddətli alış-verişi məkanını təqdim edir. Bu yer, istedadlı sənətkarlarının təqdim etdiyi, geyinməyə hazır paltarlar üçün əla bir nümayiş sahəsidir. Burada Bina Modi, Reemami, All Things Mochi, Mira Hayek, Dee by Dalia, Ayesha Depala və Dima Ayad kimi yeni və maraqlı dizaynerlərin ən son mallarını əldə edə bilərsiniz.

Harvey Nichols, Emirates Ticarət Mərkəzi



L’Afshar


Dizayner Lilian Afshar orijinal mərmər işləmələrlə, üzərində zövqlə işlənmiş bihuşedici teksturalar olan çox ecazkar müasir sandıqçalar hazırlayır. Bu Ramazanda özünüz və ya dostunuz üçün ərəb və ya ingilis dilindəki baş hərflər ilə bəzədilmiş lazer oymalı L’Afshar dizaynlı sandıqça sifariş verə bilərsiniz. Ramazan bayramında fərdi, yerli mədəniyyəti əks etdirən və gözəl üslublu paltar geyinmək çox xoşdur.

Ramadan-Fashion-inarticle-Lafshar



423
Azerbaijani Dubai Corporation of Tourism & Commerce Marketing

Qrafik sifariş elementləri

Otelləri və uçuşları axtarın

Uçuşları axtar

Bunlar da xoşunuza gələ bilər
O-Concept Dubayda alış-veriş
İncə arzular
O-Concept mağazasına baş çəkin
Eataly Dubay Kafe həyatının ləzzəti
Bura elə də kiçik olmayan İtaliyadır
Eataly italiya möcüzələr aləminə baş çəkin
Kinokinuya Dubayda alış-veriş
Mədəni maarifləndirmə
Kinokinuya-da dünya cəvahirlərini oxuyun
Mercato Ticarət-Əyləncə Kompleksi Dubayda alış-veriş
Renessans üslublu alış-veriş
Mercato Ticarət-Əyləncə Kompleksinə baş çəkin
Emirates NBD Mirvari Muzeyi Dubay muzeyləri
Dünyanı öz istridyənizə çevirin
Mirvari Muzeyinə gəlin