Top

Uşaqlar üçün ən yaxşı yay tətil attraksionları

Balacaları harada əyləndirmək olar
Dubayda əylənmək üçün yay ən yaxşı vaxtdır, xüsusilə əgər yanınızda balacalar varsa. Şəhərin bəzi ən yaxşı fəal istirahət yerləri və attraksionları qapalı şəraitdədir və tətil zamanı uşaqları məşğul etmək və öz işinizlə məşğul olmaq və ya yəqin ki onlara qatılmaq üçün çoxsaylı imkanlar vardır! Bu yay Dubayda tapa biləcəyiniz ən yaxşı qapalı uşaq əyləncəsini təqdim edirik.
1

Legoland Dubai

Xatirələr qur

Legoland Dubai

Xatirələr qur

LEGOLAND DUBAI EVİNİZDƏKİ LEQO HƏVƏSKARLARINI ÖZÜNƏ BAĞLAYACAQ

Dubayın ən yeni və ən populyar ailəvi attraksionlarından olan Legoland Dubaihəyəcanverici karusellər, interaktiv oyun və fabrika turları təklif edir. Üstəlik burada öz leqo avtomobillərini və robotlarını qurmaq və yarışdırmaq imkanı və əlbəttə ki, nəhəng dükan var. Bu mövzu parkı təxəyyülləri canlandıracaq və balacaları bütün günü məşğul saxlayacaq.  Və bu hamısı deyil, yaxınlıqdakı Legoland Akvaparkına gedin və suda doyunca əylənin. 

Əlaqə məlumatları
Biletlər 125 dirhəmdən başlayır
"Dubai Parks and Resorts",
   Palm Jebel Ali, Sheikh Zayed yolu ilə üzbəüz

+971 4 820 0000

summerindubai-teardrop
2

Dubay Akvariumu

Sualtı dünya

Dubay Akvariumu

Sualtı dünya

140 növdə dəniz canlısı

"Dubai Aquarium and Underwater Zoo", qələbəlik Dubay Mall-un içərisində yerləşən, dünyanın ən böyük asılqan akvariumudur. Burada uşaqlar köpəkbalıqlar, timsahlar və skatlara yaxın olur və hətta dəniz canlılarının qayğısına qalmaqla bağlı Aquarist (150 dirhəmdən başlayır) ilə tura da yazıla bilərlər. Əgər macəra arzusundasınızsa, köpəkbalıqlarına yaxın dayanın və ya şüşənin altı ilə qayıq turuna çıxın.

Əlaqə məlumatları
Biletlər 145 dirhəmdən başlayır
Dubai Mall, Downtown Dubay
+971 4 448 5200

experienceadventure-teardrop
3

KidZania

Qoy işləsinlər

KidZania

Qoy işləsinlər

Balacalar 80 real həyat peşəsini tədqiq edə bilərlər

Dubai Mall-da tədris-əyləncə mərkəzi olan KidZania döşənmiş küçələri, işlək iqtisadiyyatı olan, 4-16 yaşlı uşaqlara xidmət göstərən bir şəhərcikdir. Təhlükəsiz bir mühitin olduğu məkanda balacalar arzularına uyğun olaraq pilot, diş həkimi, həkim, yanğınsöndürən və hətta jurnalist ola bilərlər. Balacalar həmçinin bu interaktiv oyunun içində xərcləyə biləcəkləri KidZos valyutasını qazana bilərlər. 
Əlaqə məlumatları
Uşaqlar üçün qiymət 150 dirhəmdən başlayır
Dubai Mall, Downtown Dubay
+971 4 448 5222

shopdubai-teardrop
4

Motiongate™

Filmləri canlandırın

Motiongate™

Filmləri canlandırın

Sevimli qəhrəmanlar aləmini kəşf edin

Balacaları ruhların və əjdahaların gəzişərək musiqi oynadığı, rəqs etdiyi bir məkana, Madaqaskardan olan heyvanların ətrafınızda olduğu bir yerə aparın. "Dubai Parks and Resorts"da yerləşən Motiongate, bir çox yaşlarda və macəra həvəsində olan ziyarətçilər üçün Dreamworks mövzulu qapalı əyləncə məkanı, Smurfs Village kimi bir çox maraqlı təkliflər edir. 

Əlaqə məlumatları
145 dirhəmdən başlayan qiymətlərlə
Dubai Park & Resorts, Sheikh Zayed
    yolu

+971 800 2629464

themeparksindubai-teardrop
5

"Arabian Adventures"

Safari həyəcanı

"Arabian Adventures"

Safari həyəcanı

Sehrli səhra təpələri, gözəl günəş batımı, ərəb təamları

Dubaydakı səhra safarisi gənc tədqiqatçıları mədəni təcrübə barədə həyəcanlandırmaq üçün bütün inqrediyentlərə malikdir. Arabian Adventures günəş batımı zamanı dəvə sürmə, 4x4 maşınlarında səhra safarisi, bədəvi üslublu məkanda, ulduzlu səmanın altında, tonqalın yanında möhtəşəm yemək kimi əyləncələrlə səhranın gözəlliyini və sehrini kəşf etmək istəyənlərə yay fəslində münasib qiymətli paketlər təklif edir. 

Əlaqə məlumatları
Paketlər 200 dirhəmdən başlayır
Arabian Adventures, DIP2
+971 4 303 4888

desertsafari-teardrop