Top
Dubai
logo image
"Legoland Dubai"a tam bələdçi https://www.visitdubai.com/az/articles/ultimate-guide-to-legoland-dubai 20170716T122401 20170814T165329:636383264097075345 Atraksion və akvaparklar

Rəng və fəaliyyət ilə dolu olan "Legoland Dubai" həm uşaqlar həm də qəlbən cavan olanlar üçün attraksiona çevrilmişdir. Regiondakı ilk, dünyadakı yeddinci leqoland parkı olan bu məkanda altı mövzulu park və qırxdan çox interaktiv karusel və attraksion vardır.


İndi isə niyə Leqoland mövzulu parkın Dubayda mütləq baş çəkilməli yer olduğunu izah edək


"Legoland Dubai" nələri sevəcəksiniz


Rəng və fəaliyyət ilə dolu olan "Legoland Dubai" həm uşaqlar həm də qəlbən cavan olanlar üçün attraksiona çevrilmişdir. Regiondakı ilk, dünyadakı yeddinci legoland parkı olan bu məkanda altı mövzulu park və qırxdan çox interaktiv karusel və attraksion vardır.




1. Lego sürücü vəsiqənizi qazanın


Lego City-dəki Sürücülük Məktəbində real bir trekdə çətin döngələri və əyriləri fəth edin. 6-12 yaşlarında olan uşaqlar sürmənin əsaslarını öyrənə bilər və ya öz Legoland sürücü lisenziyası ilə gələ bilərlər. 3-6 yaşlarında olanlar isə Balacalar üçün Sürücülük Məktəbində əylənə bilərlər.


in-article-legoland-driving-school

2. Əjdaha karuselində yüksəklik həyəcanı


Orta əsrlər krallığı mövzusunda olan Əjdaha karuselində həyəcanlı əyləncəyə hazır ol 60 km/saata sürətə və 6 metrə qədər hündürlüyə çatan bu karuseldə ziyarətçilər Kralın Qəsrinin içindən keçməklə həyəcanlı açıq hava və qapalı məkan əyləncələrindən həzz ala bilərlər. Daha balaca ziyarətçilər Əjdahanın Şəyirdi adlı daha asan karuseldən həzz ala bilərlər


in-article-legoland-dragon-coaster

3. Leqo ölçülü Burj Xəlifəyə heyrətlə tamaşa et


Bütün dünyadakı Legoland parkları arasında seçilən Dubaydakı Miniland həqiqətən zövq verir. Burada Burj Xəlifə, Şeyx Zayed yolu və Dubay Aeroportu daxil olmaqla Dubay ən tanınan binalarının real ölçülü (tamamilə leqodan hazırlanmış) maketləri, üstəlik dünyanın ən hündür on binası və Taj Mahal kimi attraksionlar yer alır. Parkın tam mərkəzində yerləşən Dubai Miniland isə tamamilə kondisioner ilə soyudulan bir məkandır.



4. Öz şəhərini ucalt


Tikinti layihələri olmadan heç bir Legoland tam sayıla bilməz Miniland-da uşaqlar daha irəli gedə bilər və interaktiv stol oyununda öz şəhərlərini tikə bilərlər. Bu yeni yaradılmış şəhərin səması Legolandın ziyarətçilərinin seçdikləri dizayna uyğun olaraq hər gün dəyişəcək.


in-article-legoland-miniland

5. Futurist Ninjago ev heyvanı şousunda heyrətlənin


Bu, sadə bir səhnə tamaşası deyil. Eyni adlı Lego qəhrəmanlarından ilhamlanmış bu 4D ekstravaqant ev heyvanı şousu City Stage-də keçirilir və auditoriyanı təəccübləndirmək üçün xüsusi effektlər və illuziyadan istifadə edir. Gözlənilməz sürprizlərə hazır olun!



6. Rescue Academy-də qəhrəman olun


Bu, hər bir uşağın arzusudur: yanğınsöndürən maşının sükanı arxasında "yanan binanı" xilas etmək üçün trek boyu şütümək. Valideynlər öz uşaqlarına alova tərəf getməkdə kömək edə bilərlər, burada onlar cəsur qəhrəmanlar ola və su nasosu və şlanq ilə yanğını söndürə bilərlər. Ailələr üçün həyəcan dolu fəaliyyət.


in-article-legoland-rescue-academy

7. Macəraya qərq olun


Balaca tədqiqatçılar üçün burada çox macəra var Adventure-da, park ziyarətçiləri yüksək səviyyəli lazerlərdən istifadə edərək qədim Misir mövzulu İtmiş Krallıqda fironun itmiş xəzinəsini aşkar edə bilərlər. Onlar həmçinin Dalğa Yarışçıları adlı su attraksionunda dalğalarla savaşa bilərlər.



8. İmagination-da bunların hamısı sizin təxəyyülünüzdür


İmagination-da öz bacarıqlarınızı sınaqdan keçirin, burada robotlar hazırlamaqla və elektrik maşınları sınaqdan keçirməklə saatlarla əylənə bilərsiniz. Balaca Lego heyranları Duplo vadisində həyəcana qərq ola bilərlər, daha böyük uşaqlar isə Master Builder Academy-də daha təkmil çətinliklərin öhdəsindən gələ bilərlər.


in-article-legoland-robotics

9. Öz şəxsi kərpicinizi evinizə aparın


Fabrika turunda iştirak edin və Lego kərpiclərinin haradan gəldiyini və necə hazırlandığını öyrənin. Turun sonunda, siz, təzə hazırlanmış kərpicinizi evinizə apara bilərsiniz.


in-article-legoland-factory

ƏN YAXŞI ÜÇ MƏSLƏHƏT


1. Biletlərinizi onlayn sifariş edin (təkrar əyləncə üçün illik bilet alın). 1. Daha çox məlumatı buradan əldə edin.
2. Kütlədən yan keçmək üçün parkın arxasına keçin və ya növbədə gözləməmək üçün Q-Fast alın
3. Rahat ayaqqabılar geyinin.

Bir günlük qiymətlər böyüklər üçün 295 dirhəm, uşaqlar üçün 250 dirhəmdir. İllik biletlər bütün il boyu limitsiz giriş təmin edir və 3 yaşdan böyük hər kəs üçün 765 dirhəmdir. Bir günlük iki-park biletlər böyüklər üçün 395 dirhəm, uşaqlar üçün isə 350 dirhəmdir.


Daha çox həyəcan axtarırsınız? Qapalı mövzu parkı IMG Worldsdə ən yaxşı attraksionlar və Dubayın ən yaxşı mövzu parkları barədə öyrənin.



LEGOLAND® Dubai

556
banner image
Azerbaijani Dubai Corporation of Tourism & Commerce Marketing

Qrafik sifariş elementləri

Otelləri və uçuşları axtarın

test

Uçuşları axtar

Kimdən :
Qədər :
Bunlar da xoşunuza gələ bilər
Bloomingdale’s, Dubay Mall Dubayda alış-veriş
Stil ikonası kimi alış-veriş edin
Bloomingdale’s mağazasında fərdi alış-veriş
JA Jebel Ali Golf Resortda Qolf İrəli atılın
Əsl peşəkar kimi oyna
JA Jebel Ali Golf Resortda Qolf
Ədviyyat Bazarı Dubay Möcüzələri
Xüsusi rəng qatın
Ədviyyat Bazarında dərindən nəfəs alın
Virgin Megastore Dubayda alış-veriş
Pop musiqi və hədiyyələr qalereyası
Virgin Mega-mağazasında alış-veriş edin.
Dubay Teatr Sənəti və Yaradıcılıq Mərkəzi Dubayın incəsənət qalereyaları
Sənətkarlar İcması
Dubay İctimai Teatr və İncəsənət Mərkəzi