Dubai

Dubay Beynəlxalq Maliyyə Mərkəzi

Bölgənin yaranan bazarları ilə və ondan kənarda şirkətlərlə əlaqə saxlayır


Dubay Beynəlxalq Maliyyə Mərkəzinin müstəqil qaydaları, ümumi qanunvericilik çərçivəsi, dəstəkləyici infrastrukturu və asan vergi rejimi onu bölgənin sürətlə artan maliyyə xidmətləri tələbatını yerinə yetirmək arzusunda olan şirkətlər üçün ideal bazaya çevirir. O, qlobal peşəkarlar üçün tam çeşiddə biznes və həyat tərzi obyektləri təchiz edən "şəhər daxilində şəhər" kimi layihələşdirilmişdir.

DIFC modelinin mərkəzində lisenziyalar verən, bank və maliyyə təşkilatlarının buradakı fəaliyyətini tənzimləyən və maliyyə şirkətlərinə biznesləri üçün dayanıqlı, stabil, təhlükəsiz və inkişaf yönümlü platformaya sahib olacaqları inamı verən müstəqil risk-əsaslı tənzimləyici -  Dubay Maliyyə Xidmətləri Orqanı (DFSA)durur.

DIFC-n Dubaydakı strateji mövqeyi qərbdə London və Nyu York, şərqdə isə Honq Konq və Tokio arasındakı vaxt fərqi boşluğunu doldurur.

DIFC İngiltərə Ümumi Qanunlarına uyğun gələn qanunvericilik sisteminə malikdir və onun muxtariyyətinin bir hissəsi kimi, DIFC Məhkəmələri bu Azad Zona daxilində müstəqil inzibati rəhbərliyə və ədalətin həyata keçirilməsinə cavabdehlik daşıyır.

DIFC ilə iş görmək istəsəniz, siz aşağıdakıları gözləyə bilərsiniz:

  • Regional zənginlik və sərmayə imkanları üçün platforma
  • Tam, 100 faiz xarici sahiblik
  • Gəlir və mənfəətə tətbiq edilən sıfır faiz vergi (50 il müddətinə zəmanət verilir)
  • BƏƏ-də təsis edilmiş müəssisələr üçün geniş ikiqat vergi tətbiqi şəbəkəsi mövcuddur.
  • Mübadilə nəzarəti yoxdur (kapitalın azad konvertasiyası)
  • Qanun, qayda və prosedurların yüksək standartları
  • İngiltərə və Uelsin Ümumi Qanunlarına əsasıanan beynəlxalq qanunvericilik sistemi 
  • Qlobal qabaqcıl təcrübəyə və beynəlxalq səviyyədə qəbul edilmiş qanunlara və normativ proseslərə uyğun tam şəffaf əməliyyat mühiti
  • Kapitalın təşkil edilməsinin dəyişkənliyi sayəsində təşkil edilə bilən geniş sayda hüquq mexanizmləri
  • Dubayda və bölgədə yaşayan bacarıqlı peşəkarların geniş fondundan istifadə etmək imkanı
  • Müasir nəqliyyat, rabitə və internet infrastrukturu
  • Vizalar, iş icazələri və digər əlaqədar tələblər üçün cavab verici universal xidmət
  • Müstəqil, ümumi qanunvericiliyə əsaslanmış məhkəmə sistemi

Bunlar da xoşunuza gələ bilər
Deira Örtülü Bazar Dubayda alış-veriş
Parça Ovuna Çıxın
Deira Örtülü Bazarını Tədqiq Edin
Qədim Sirrlər Aşkar Edilir
Qədim Sirrlər Aşkar Edilir
Muzeydə Bir Gün
Tədbirlər
Global Village 2015-2016
Cocoa Room Yeni qida tendensiyası
Cocoa Room
Lüks səhər yeməyi
Su Macəra Əyləncəsinə 25% endirim Sövdələr
Su Macəra Əyləncəsinə 25% endirim
Dubayda Su Macəra Əyləncəsinə elə indi 25% endirim əldə edin