Dubai

Beynəlxalq Humanitar Şəhəri

Humanitar yardım məqsədli dünyanın ən böyük və ən məşğul logistika mərkəzi


Beynəlxalq Humanitar Şəhəri (IHC) Dubayın nəqliyyat və logistikada təcrübəsini böhran qurbanlarına və həyatında aclıq və kasıblığın iz qoyduğu ailələrə yardım etmək məqsədi güdən yardım agentlikləri üçün işləməyə xərcləyir.

IHC-n imkanları və Dubayda strateji yerləşməsi - dünya əhalisinin üçdə ikisinə qədər səkkiz saatlıq uçuş məsafəsində olması - onu humanitar yardım üçün dünyanın ən böyük və məşğul logistika qovşağına çevirmişdir və onun üzvləri arasında Birləşmiş Millətlər təşkilatının doqquz agentliyi və demək olar ki, 50 QDT və kommersiya müssisələri vardır.

O, keçmiş onillik ərzində dünyanın ən pis humanitar böhranlarından bəzilərinə, o cümlədən cənub-şərqi Asiyada 2004-cü ildə baş vermiş sunami, Afrika Burnunda təkrarlanan quraqlıq, Əfqanıstanda və Darfurda mülki qarşıdurma və 2010-cu ildə Haitidə zəlzələ zamanı humanitar yardım çatdırmağa kömək etmişdir.

Azad zona imtiyazlarına əlavə olaraq, IHC anbar kompleksi, o cümlədən tez xarab olan və tibb məhsulları üçün xüsusi təyinatlı soyuq saxlama konteynerləri, ofis kompleksi, obyektləri idarəetmə xidmətləri, gömrük prosesinə yardım, humanitar təşkilatların qeydiyyatı və lisenziya verilməsi, onlayn verilənlər bazası və işə götürmə xidməti vasitəsilə könüllü xidmətlər təchiz edir.

Bunlar da xoşunuza gələ bilər
IMG Worlds of Adventure Dubay Möcüzələri
IMG Worlds of Adventure
Dünyanın ən böyük qapalı mövzu parkı
Seven Sands BƏƏ mətbəxi
Yerli Təamlar
Seven Sands-da kulinariya səyahətinə çıxın
Bollywood Parks™ Şəhər boyunca incəsənət və əyləncə yerlərini kəşf edin
Bollywood Parks™
Bollywood Parks™ Dubai-da daha çox interaktiv əyləncə və multimedia teatr şoularına baxın.
Madinat Jumeirah Dubay Möcüzələri
Dəbdəbə qalası
Madinat Jumeirah-da nahar, alış-veriş edin və qalın
Dubay Muzeyi Dubay muzeyləri
Bilik Qalası
Dubay Muzeyində Dəfinə tap