Dubai

Dubaya gələn qonaqlar, 21-ci əsrin rahatlığının Əmirliyin zəngin ərəb mədəniyyəti ilə birləşdiyi dinamik və firavan biznes mərkəzi görürlər. Bizim maraqlı şəhərimiz, qədim bazar və ticarət mərkəzlərini, qum təpələri ilə otlu qolf meydançalarını, yenilənmiş tacir evləri ilə otel şəbəkələrini birləşdirir.

Dubayın strateji yerləşməsi onun Yaxın Şərqdə ən böyük təkrar ixrac mərkəzi kimi xidmət göstərməsinə şərait yaradır. Onun aşağı logistika və əməliyyat xərcləri, əla infrastrukturu, beynəlxalq perspektiv və hökumətin liberal siyasəti, sayı artmaqda olan investorları cəlb edir. Ticarət, nəqliyyat, turizm, sənaye və maliyyə kimi sektorlar sabit inkişaf etmiş və iqtisadiyyata yüksək ekspansiya və diversifikasiya dərəcəsinə nail olmağa kömək etmişlər.

Dubayın qlobal uğuru həmçinin bizim qlobal dünya görüşümüzün məhsuludur. Bizim, ərəb və ingilis dillərində danışan və müxtəlif dini inanclara qarşı tam tolerant olan, açıq, çoxmədəniyyətli cəmiyyətimiz vardır. Yerli əhali Dubayın İslam mirasını qoruyub saxlayır, lakin burada bütün insanlar və dini inanclar xoş qarşılanır.


Bunlar da xoşunuza gələ bilər
Skydive Dubay Dubayda paraşütlə tullanma
Dubay üzərində uç
Skydive Dubay ilə həyəcanı hiss et
Mall of the Emirates Alış-Veriş Mərkəzi Dubayda alış-veriş
Hər şey boldur
Mall of the Emirates Ticarət Mərkəzi
JBR-də Walk ticarət mərkəzi Dubayda alış-veriş
Dəbli gəzin
JBR-də Walk ticarət mərkəzində alış-veriş edin
Dubay Avtobus Turlarında eksklüziv endirimlər Eksklüzivlər
Dubay Avtobus Turlarında eksklüziv endirimlər
Dubay avtobus turları visitdubai.com müştəriləri üçün eksklüzivdir
La Serre Bistro & Boulangerie (Bistro və Bulka dükanı) Ulduzlar ilə nahar
Zərif Fransa mətbəxini kəşf edin
La Serre-da fransız delikatesləri