Dubai

Biznes və Bilik Mərkəzi

Öz strateji yerləşməsi, yüksək qoşulma qabiliyyəti və əhatəli xidmətləri sayəsində Dubay, Yaxın Şərqdə ticarət və tədqiqat mərkəzinə çevrilmişdir. Dubay, Fortune 500-dən olan şirkətlərin 124-ü daxil olmaqla 20000-dən artıq beynəlxalq şirkətlərə ev sahibliyi edir. Dövlətimiz, regionda ən şəffaf sahibkar fəaliyyətinin dövlət nizamlanmasına malikdir, işgüzar dairələrin maraqlarını müdafiə edir və vergidən azad zona, birinci sinif fiziki infrastruktur və təcrübəli və bacarıqlı işçi qüvvəsi əldə etmək imkanı təmin edir.

İnkişaf edən bilik mərkəzi olaraq Əmirlik, texnoloji və elmi tərəqqiyə yol açmağa köklənmiş əhəmiyyətli sayda universitetlər və tədqiqat mərkəzləri üçün ev sahibliyi edir. Dubay İnternet Şəhəri və Silikon Oazis kimi Azad Zonalar qabaqcıl texnologiya, təqdiqat və inkişaf və sənaye obyektləri təklif edir, Dubay Biotexnologiya və Təqdiqat Parkı isə Yaxın şərqdə aparıcı həyat elmləri mərkəzidir. Bundan başqa, Dubayın mərkəzində ümumi sahəsi 4.1 milyon kvadrat fut sahəni əhatə edən Dubay Tibb Şəhərciyi, iki xəstəxanası və sayı 120-dən artıq olan ambulator tibb mərkəzləri və diaqnostik laboratoriyalarında 4000-dən artıq lisenziyalı mütəxəssislərə ev sahibliyi edir.

Yenicə təsis edilmiş Dubay Assosiasiya Mərkəzi, Yaxın Şərq və daha geniş ərazidə sənaye sahələrini genişləndirmələri üçün qlobal təşkilatlara ideal şərtlər təklif edən, dünyanın ən sürətlə inkişaf edən sənaye sahələri üçün bir qapıdır. Dubay Assosiasiya Mərkəzi, Dubay Əmirliklərində qeyri kommersiya, qeyri-siyasi və qeyri-dini peşəkar assosiasiyalar və ticarət orqanlarına yardım etmək məqsədilə Dubay Ticarət və Sənaye palatası, Turizm və Ticari Marketinq Şöbəsi və Dubay Dünya Ticarət Mərkəzi tərəfindən təsis edilmişdir.

Dubay Assosiasiya Mərkəzi, Əmirliklərdə qeydiyyatdan keçmiş təcrübə keçən mütəxəssislərə, ümumi sənaye sahəsi və peşə çərçivəsində üzvləri olan birliklər yaratmağa imkan verərək, assosiasiyalara özlərini Dubayda təsis etmələri məqsədilə rəsmi mühit təklif edir. Bundan əlavə, Dubay Assosiasiya Mərkəzi, beynəlxalq təşkilatlara öz bizneslərini Dubay və ya başqa şəhərlərdən idarə edə bilmələri məqsədilə regional nümayəndəliklərini açmaq üçün şərait yaradır. Nəticədə assosiasiyalar, miqyasın böyüklüyü, assosiasiya bazarında təcrübə, rahatlıq və adaptasiya, alıcı gücündən və mərkəzləşdirilmiş Dubay Assosiasiya Mərkəzindən faydalana bilirlər.


Bunlar da xoşunuza gələ bilər
yaxta turu Sövdələr
2 saatlıq yaxta turuna 49% endirim
2 saatlıq yaxta turuna 49% endirim
Qədim Sirrlər Aşkar Edilir Dubay muzeyləri
Qədim Sirrlər Aşkar Edilir
Muzeydə Bir Gün
Dubay Mədəniyyət Turuna Endirim Sövdələr
Dubay Mədəniyyət Turuna Endirim
Ənənəvi Dubay Şəhər Turuna 10% endirim
Dubay Parkları və Kurortları Dubay Möcüzələri
Dubay Parkları və Kurortları
Yeni meqa parkımızdan zövq almağa hazır olun
Ərəb Gecələri Turları Dubayda Səhra Macəralarını kəşf edin
Tədqiq Etməyə Davam Et
Ərəb Gecələri Turları İlə Unudulmaz Anlar