Dubai

Orta səviyyəli Mehmanxana Seqmentinin inkişafı üçün təşviqlər

Qarşıya qoyulmuş 2020-ci ilə 20 milyon müsafir qəbul etmək məqsədinə nail olmaq üçün mehmanxana otaqlarının sayını artırmaq və geniş çeşiddə yaşayış mənzilləri seçimlərini təmin etmək tələb olunur. Bunun həyata keçirilməsinə yardım etmək üçün mehmanxana sektorunda sərmayəni həvəsləndirəcək bir sıra addımlar atılmışdır.

Diqqətin cəmləşdiyi məsələlərdən biri orta səviyyəli biznes seqmenti fondunun artırılması olduğundan, 2013-cü ilin oktyabrında bu kateqoriyada tamamlama sürətini artırmaq və rəqabətliliyi yüksəltmək üçün təşviq bonusu elan edilmişdir.

Tikintini 1 oktyabr 2013-cü il tarixdən əvvəl başlamış tikinti şirkətləri istismarın birinci günündən etibarən 10% bələdiyyə vergisindən iki il müddətinə azad olunacaqlar. 1 oktyabr 2013-cü il tarixindən sonra tikintiyə icazə almaq üçün ərizə vermiş sərmayədarlar və tikinti şirkətləri tikintinin başladığı gündən etibarən dörd il müddətinə bu vergidən azad olunacaqlar; bu, onları belə azad olmadan istifadə etmək üçün tikintini səmərə ilə başa çatdırmağa həvəsləndirəcək. 

2014-cü ilin yanvar ayında elan edilmiş əlavə stimullar və direktivlər mehmanxana otaqlarının sayının artırılmasını asanlaşdırmaqla yanaşı tikinti sürətini daha artırmağa həvəsləndirəcək. Bu, diqqəti tikinti icazəsinin alınması prosesini iki aya azaltmağa; sektor üzrə bütün icazələrin bir yerdən alınmasına; Dubay Bələdiyyəsinin bütün şöbələrində təsdiqlərin standartlaşdırılmasına; və üç və dörd ulduzlu mehmanxanaları tikmək üçün dövlət torpaqlarının ayrılmasına yönəldəcək.

Bunlar da xoşunuza gələ bilər
Souk Madinat (Madinat Bazarı) Dubayda alış-veriş
Ərəb üsulu ilə alış-veriş
Souk Madinat- (Madinat Bazarını) sınaqdan keçirin
Mall of the Emirates Alış-Veriş Mərkəzi Dubayda alış-veriş
Hər şey boldur
Mall of the Emirates Ticarət Mərkəzi
Mercato Ticarət-Əyləncə Kompleksi Dubayda alış-veriş
Renessans üslublu alış-veriş
Mercato Ticarət-Əyləncə Kompleksinə baş çəkin
La Serre Bistro & Boulangerie (Bistro və Bulka dükanı) Ulduzlar ilə nahar
Zərif Fransa mətbəxini kəşf edin
La Serre-da fransız delikatesləri
O-Concept Dubayda alış-veriş
İncə arzular
O-Concept mağazasına baş çəkin